Məhkəmə qərarları › İş №3(032)-458/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-458/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-458/2024 20.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X1 baş məsləhətçisi - baş əmək müfəttişi X6 iştirakı ilə, xx.xx.1978-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli , evli, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin “X31” MMC-də sahə rəisi işləyən , ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən tərtib olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin “X31” MMC-də 23 yanvar 2024-cü il tarixdə bədbəxt hadisə baş verən zamanı əmək mühafizə qaydaları həvalə edilmiş şəxs tərəfindən sağlamlığa yüngül zərər vurulmuşdur. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla , protokolu tərtib etmiş şəxsin nümayəndəsinin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 mart 2024-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəməyə gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X1 baş məsləhətçisi - baş əmək müfəttişi X13 izahat verərək bildirdi ki, 23 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin “X31” MMC-də bədbəxt hadisə baş vermişdir. Hadisə zamanı X14, X10 və X7 xəsarət almışdır. Hadisə ilə əlaqədar məlumat aldıqdan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətində təhqiqat komitəsi yaradılmış, hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisənin necə və hansı səbəbdən baş verməsi müəyyən olunmuşdur. Baxış keçirildirikdən sonra təhqiqat aktı tərtib olunmuş, təhqiqat aktında bütün zəruri məlumatlar göstərilmişdir. Qeyd edilənlərə və araşdırmanın nəticəsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş və iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin 25 yanvar 2024-cü il tarixli 42 №-li rəyinin surətindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarətlər -alının sağ yarısında və sol gicgahda əzilmiş-cırılmış yaralar-hərbi sursat partlayışı zamanı qəlpələrin təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 23 yanvar 2024-cü il tarixdə baş vermiş partlayış nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcləri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin 25 yanvar 2024-cü il tarixli 43 №-li rəyinin surətindən görünür ki, X8 bədən səthində aşkar olunan xəsarətlər – barotravma- təzyiqlər fərqindən əmələ gəlmiş, 23 yanvar 2024-cü il tarixdə partlayış travması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə , qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin 26 yanvar 2024-cü il tarixli 44 №-li rəyinin surətindən görünür ki, X4 bədən səthində aşkar olunan xəsarətlər – sol əlin İ-İİ-İİİ barmaqlarının ovuc səthinin əzilmiş-cırılmış yaraları, İ-İİİ barmaqlarının yad cismi-hərbi sursat partlayışı zamanı qəlpələrin təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 23 yanvar 2024-cü il tarixdə baş vermiş partlayış nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə , qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin “X31” MMC-nin xx.xx.2024-cü il tarixli 04 saylı əmrinin surətindən görünür ki, struktur bölmələrdə (şöbələrdə, sexlərdə, istehsalat sahələrində və bölmələrində) əməyin mühafizəsi üzrə işlərin təşkilinə cavabdeh şəxslər ştat cədvəlinə uyğun olaraq həmin struktur bölmənin rəisi, “doldurma” sahəsində Şəxs təyin edilməsi. 6. Adları 3-cü bənddə qeyd edilən struktur bölmə rəhbərlərindən onlara etibar edilən istehsalat sahələrində vəzifə təlimatlarına uyğun olaraq əməyin mühafizəsi sahəsində aşağıdakı işlərin yerinə yetirilməsinin tələb edilməsi: - hər gün işə başlamadan öncə iş yerlərinin vəziyyəti yoxlansın, o cümlədən aradan qaldırılması öz gücləri ilə mümkün olmayan nöqsanlar və çatışmamazlıqlar barəsində zavodun uyğun xidmətlərinə məlumat verilməklə və işçilərin işə buraxılması aşkar edilən nöqsanların və çatışmamazlıqların tam aradan qaldırılmasından sonra yerinə yetirilsin” - tabeliklərində olan işçilər tərəfindən əməyin mühafizəsi üzrə zavodda hazırlanmış təlimatların və başqa lokal normativ sənədlərin müəyyən etdiyi təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarət həyata keçirilsin; - iş yerlərində işçilərə struktur bölmə rəhbərləri (sex və ya sahə rəisləri, sahə ustaları, sahə texnoloqları və digər mütəxəssislər) tərəfindən təsdiq edilmiş proqramlara uyğun olaraq üç ayda bir dəfədən az olmayaraq (ilkin, təkrar) və zəruri hallarda növbədənkənar, birdəfəlik və məqsədli təlimatlar keçirilsin; - iş yerlərində "Keçirilən təlimatların qeydiyyatı furnalı"-na qeydlər aparılsın; - işçilər yanğın-partlayış təhlükəli, xüsusi diqqət tələb edən işlərin yerinə yetirilməsinə yalnız işə başlamadan öncə təlimatlandırmadan sonra buraxılsın; - tabeliklərində olan işçilər struktur bölmə rəhbərləri tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları barəsindəki biliklərinin yoxlanması üçün vaxtında komissiyaya təqdim edilsin; - struktur bölmə rəhbərlərinin biliklərin yoxlanması üzrə komissiyaların işində iştirak etməsi; - tabeliklərində olan işçilərin xüsusi geyim, fərdi mühafizə vasitələri, sabun və digər yuyucu vasitələrlə təmin edilməsi; - işçilər tərəfindən əmək intizamı və daxili relim qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına əməl edilməsinin struktur bölmə rəhbərləri tərəfindən təmin edilməsi ; - tabeliklərində olan işçilər tərəfindən yerinə yetirilən, əməyin mühafizəsinə aid peşə və iş növləri üzrə təlimatların işlənib hazırlanması (dəqiqləşdirilməsi) ; - tabeliklərində olan işçilərlə əlaqədar baş verən bədbəxt hadisələr barəsində zavod rəhbərliyinə və sahə üzrə ƏM.TT üzrə mühəndisə vaxtında məlumat verilməsi; - tabeliklərində olan işçilərin sağlamlıq vəziyyəti qeyri qənaətbəxş olduqda, o cümlədən alkoqol və narkotik sərxoşluq halında olduqda iş yerinə buraxılmasının qarşısının alınması X23 direktoru R.Mehdiyev tərəfindən təsdiq edilmiş 2022-ci il tarixli “Doldurma sahəsi rəisinin vəzifə təlimatı”nın 2.7-ci və 2.9-cu bəndlərindən görünür ki, İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına , əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik , istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına və normalarına riayət etmək sahə rəsinin əsas vəzifələridir. 3.4-cü və 3.5-ci bəndlərindən görünür ki, işçilərin əmək və istehsalat intizamına , işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl etmələrini , təhlükəsiz iş üsullarının tətbiqini təmin etmək ; əmək şəraitinin vəziyyətinə daim nəzarət etmək sahə rəisinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsalat sahələrində ƏM və TT Qaydaları üzrə vəzifələridir. 5.1-ci bəndindən görünür ki, bu təlimatda nəzərdə tutulan əsas vəzifə və funksiyaların və bu təlimatın 3-cü bölməsinin tələblərinin yerinə yetirilməməsinə görə sahə rəisi məsuliyyət daşıyır. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış aktının surətindən görünür ki, direktorun istehsalat üzrə müavini X15, doldurma sahəsinin rəisi Şəxs, istehsalat Şöbəsinin rəisi X16 bu aktı tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən hadisə baş verən artileriya, tank və top mərmilərin doldurulma sahəsinə baxış keçirtmişlər. Doldurma sahəsində 120 mm-lik (maral -8) məmulatı şnek vasitəsilə doldurulur, 5 əməliyat dəzgahında yuva açılır, dolu gövdənin içinə rodaminli lak vurulur, stabilizator bağlanılır, kerna vurulur, gücləndirici stəkan gövdəyə bağlanır. Sonra yeşiklərə yığılaraq doldurma sahəsinə göndərilir. Doldurma sahəsində gövdənin üstü təmizlənir, əvvəlcə qurunt sonra rəng vurulur. Sonra stvoldan keçirilir, ballistik göstəricilərinə uyğun olaraq markalanır. Gövdələrə M12 başlıq (maral 6-2) bağlanır, tubusa qoyuyulur, əsas atım stabilizatora yerləşdirilir. Sonra gövdəyə əlavə atımlar qoyulub skoçlanır. Tam hazır gövdələr yeşiklərə qoyulur, kipləşdirici karton tubusların arasına qoyulur, yeşiyə qablaşdırma vərəqələri yapışdırılır yeşik bağlanır və blomblanır. xx.xx.2024-cü il tarixində əsas atım stabilizatora yerləşdirilən zaman kapsul partlamışdır və əsas atımı işə salmışdır. Əsas atım partlayan mina zədələnməmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin “X31” MMC-də presləyici işləyən X2 izahatının surətindən görünür ki, 23 yanvar 2024-cü il tarixdə işdə olarkən saat 14:15 radələrində yığıcı çilingər işləyən X10 əsas atımı 120 mm-lik minaya yerləşdirirərkən ani partlayış baş vermişdir. Partlayış səsini eşitmiş, həmin vaxt özündə olmamışdır, xəstəxanadan bilmişdir ki, baş nahiyyəsinə bir neçə qəlpə dəyib. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin “X31” MMC-də yığıcı işləyən X5 izahatının surətindən görünür ki, 23 yanvar 2024-cü il tarixdə nahar fasiləsindən sonra işə davam etmişlər. Təxminən saat 14:15 radələrində yığıcı çilingər X10 əsas atımı 120 mm-lik minaya yerləşdirirərkən ani partlayış baş vermişdir. Belə ki, əsas atım qəlpəli minaya tam yerləşmədiyinə görə o, əsas atımı plastik boru vasitəsi ilə taxta çəkiclə yerləşdirməyə çalışmışdır. Bu zaman zərbədən əsas atım (patron) partlamışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin “X31” MMC-də sahə rəisi Şəxs izahatının surətindən görünür ki, 23 yanvar 2024-cü il tarixdə Babayev Elçin, İmanov Məhəmməd və Muradov İsmayıl saat 08.00-da sexə gəlmişlər. O, işə başlamazadan əvvəl işçiləri yığıb təlimatlandırılandan sonra iş bölügüsü aparıb işçiləri iş yerlərinə göndərmişdir. Nahardan qayıtdıqdan sonra təxminən 14.10 radələrində o 300-400 m sexdən aralıda olmuşdur. Üstündən 5 dəqiqə keçməmiş ona zəng eləyib demişlər ki, sexdə əsas atım açılmışdır. O dərhal hadisə olan sexə gəlmişdir və Babayev Elçinin sol əlində qan izləri var. Dərhal zavodun xidməti nəqliyyat vasitəsini çağırtdırıb zərərçəkmişləri otuzdurub aparmışlar. Şirvan şəhər X3 və Babayev Elçinə xəstəlik vərəqəsi açılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 mart 2024-cü il tarixli qərarın surətindən görünür ki, aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə asasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/3-2-156/2024 nömrəli əmri ilə təyin edilmiş tərkibində sədr X13 - X19 Xidmətinin Şirvan X11 baş məsləhətçisi-baş əmək müfəttişi və üzvlər : X17- “ X31” MMC-nin hüquq məsləhətçisi , X18- “ Azərbaycan Respublikası Müdafiə X9 İttifaqı Respublika Komitəsinin baş texniki əmək müfəttişi olan komissiya xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və aktı tərtib etmişdir. Həmin aktın 5-ci bəndində Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən “X31” MMC-nin Minaların doldurulması zavodu-istehsalat sahəsinin 12-ci dərəcəli sahə rəisi Şəxs cavabdehliyini, 4.2-ci və 4.3-cü bəndlərinə əsasən 3-cü dərəcəli yığıcı-çilingəri X4 cavabdehliyini müəyyən etmişdir. X4, X2 və X5 xəsarət almaları ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" MMC-də uçota alınmalıdır. İZ formalı aktların bir nüsxəsinin zərəçəkənlərə verilməsi Cəmiyyət rəhhbərliyi tərəfindən təmin edilsin. Komissiya üzvləri zərərçəkənlərlə görüşərək onlara sosial təminat hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir. X12 sədri və üzvləri tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.\ Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXİ fəslinə aid edilmiş İXM-in 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta siyasi, sosial və əmək hüquqları əleyhinə olan xətadır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar