Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-460/2024 29.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş Şəxs Məhərəm oğlunun iştirakları ilə, xx.xx.1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Məhərəm oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ələskərov X4 şəhər Məhkəməsinin 2(032)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhərəm oğlu izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ondan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hazırda işsizdir. Aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Şirvan şəhər məhkəməsinin 2(049)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadak saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Şəxs hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Belə ki, icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş, tələbin könüllü icrası haqqında bildiriş və qərar tərəflərə göndərilmişdir. Lakin verilmiş müddət ərzində tələb yerinə yetirilməmişdir. Borclu Şəxs xəbərdarlıq göndərilsədə o, icra və probasiya şöbəsinə gəlməmişdir. Bundan sonra borclunun yaşadığı ünvana gedilmiş lakin borclunu həmin Ünvanda tapmaq mümkün olmamışdır. Beləliklə tərəflərindən xx.xx.2023-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə borclu X. Ələskərovu Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təhfil verilmişdir. İş üzrə borclu Şəxs izahat alınmış, yaranmış 1200 manat aliment borcunun ödənilməsi tələb edilsədə o, həmin alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Bundan sonra borclu Şəxs batəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətində inzibati qaydada cərimə olunmuşdur. İnzibati həbs başa çatdıqdan sonra borcluya dəfələrlə xəbərdarlıqlar göndərisədə telefon əlaqəsi saxlanılsada, yenə də o, icra şöbəsinə gəlməmişdir. Beləliklə tərəfimizdən xx.xx.2024-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə borclu Şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş üzrə borclu Şəxs Məhərəm oğlundan izahat alınmış, yaranmış 1800 manat aliment borcunun ödənilməsi tələb edilsə də, o, həmin alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Beləliklə, borclu Şəxs Məhərəm oğlunun bu günə olan borcu 1800 manat təşkil edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs Məhərəm oğlundan cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Borclu Şəxs Məhərəm oğlu bu günədək borcundan heç bir ödəniş etməmiş, borcunun ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs Məhərəm oğlundan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs Məhərəm oğluna göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1252/2023 saylı qərarı ilə Şəxs Məhərəm oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Şəxs Məhərəm oğluna tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin borclunun axtarılması barədə qərarları ilə Şəxs Məhərəm oğlu barəsində axtarış elan edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş alimentin məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, tələbkarın mövqeyini, borclunun öz əməlinə münasibətini, şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Məhərəm oğlunun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 29 may 2024cü il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-460/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-460/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver