Məhkəmə qərarları › İş №3(032)-464/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-464/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-464/2023 04.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Şəxs Şirvan şəhəri “Bağ evləri” adlanan yaşayış massivindən keçən hissəsində saxlanılmış, yoxlama zamanı ondan 2 lüləli odlu yivsiz ov silahı aşkar edilərək götürülmüşdür. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, cinayət işi başlanmasının rədd olunması haqqında 11 mart 2023-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında 2 lüləli odlu yivsiz ov silahının uzun müddət bundan əvvəl vəfat etmiş babasına məxsus olduğunu, babasının rəhmətə getdikdən sonra həmin silahı yaşadığı evdə saxlamış, həmin silahdan uzun müddət istifadə etməmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə həmin silahı götürdüyünü və yaşadığı evin yanına olan vəhşi heyvanları vurmaq üçün çölə çıxdığını, həmin heyvanların öz həyətyanı sahəsində saxladığı toyuqlara ziyan vurduğunu, lakin çölə çıxan zaman polis əməkdaşlarının ona yaxınlaşdığını, onu izahatının alınması üçün polis şöbəsinə dəvət etdiklərini, həmin silaha aid heç bir sənədi olmadığını, silahın təxminən 1950ci ilə aid olduğunu bildirdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş 11 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/198R saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1950-ci ildə Ljevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-49 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır, silah hər hansı bir kustar üsul ilə dəyişikliyə məruz qalmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində ondan 1 ədəd qoşa lüləli ov silahı müsadirə edilməklə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş Azərbaycan Respublikası DİN-in NBPİ-nin Təhcizat Bölməsində saxlanılan SSRİ dövlətində 1950-ci ildə Ljevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-49 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngi, odlu yivsiz silah müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar