Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-464/2024 31.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayır. Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq əməlinə yol vermişdir. Buna görə də, Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 31 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, o “Mercedes Sprinter” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı Binə ticarət mərkəzindən Şirvan şəhər avtovağzalına sərnişin daşıyır. xx.xx.2024-cü il tarixdə səhər saatlarına sərnişin daşınması ilə bağlı digər sürücü ilə aralarında mübahisə yaranmış və sözlə mübahisə etmişdirlər. O, Şirvan şəhərinə gəlmiş, Kamal ona Şirvan şəhərində söhbət etmək istədiyini bildirmişdir. İdarə etdiyi avtomobil ilə Salyan dairəsi adlanan yerdə dayanmış, Kamal idarə etdiyi avtomobil ilə onun yanına yaxınlaşmışdır. O, Kamalın idarə etdiyi avtomobilə əyləşmiş, Kamal avtomobildə onunla sözlə mübahisə etmişdir. Kamal onun ünvanına nalayiq ifadələr işlətdiyindən avtomobildən düşərək bu barədə DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Mübahisə zamanı yanlarında heç kim olmamışdır. Hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, “Mercedes Sprinter” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan-Bakı xətti üzrə sərnişin daşıyır. xx.xx.2024-cü il tarixdə saat təxminən 12:20 radələrində Şirvan şəhərində sərnişin düşürdərkən tanıdığı onun kimi sərnişin daşıma ilə məşğul olan Fuad adlı şəxs onun avtomobilinə yaxınlaşaraq avtomobilini dayandırmağa çalışmışdır. Həmin vaxt Fuadı avtomobil ilə vurmamaq üçün avtomobili saxlamış, Fuad onun avtombilinə əyləşərək onu təhqir etməyə başlamışdır. Buna səbəb Fuadın onun növbəsindən sərnişin daşımasına görə Fuada irad bildirməsi olmuşdur. Fuad onu təhqir etmiş, sonra avtomobilini tərk edərək oradan uzaqlaşmışdır. O, Fuadın onu təhqir etməsi barədə mobil telefonu ilə qeyd etdiyi səs yazılarını təqdim edəcəyini bildirmişdir. Mübahisə zamanı yanlarında heç kim olmamış, sözlü mübahisə etmişdirlər. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Yusif Əhmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 2 ünvanında yaşayan X2 xx.xx.2024-cü il tarixdə Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə əvvəllər tanıdığı Şəxs adlı şəxsin onun ünvanına nalayiq ifadələr işlətməsi barədə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması, həmin əməli törətmiş Şəxs barəsində inzibati qaydada tədbir görülməsi haqqında qərar qəbul olunmuşdur. Şəxs əməli İXM-nin 510-cu maddəsinin təsiri altına düşdüyündən onun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-464/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-464/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver