Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-465/2024 31.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 iştirakı ilə , xx.xx.1979-cu ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, işləməyən , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Hacıqabul rayon Məhkəməsinin 2(071)-318/2019 saylı , xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəli xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşağa 100 (bir yüz) manat sabit pul məbləğində aliment olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq iddiaçı X5 verilməsi, Şirvan şəhər Məhkəməsinin 2(032)-386/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs 10292,44 (on min iki yüz doxsan iki dollar qırx dörd sent) ABŞ dolları ödəniləcəyi gün üçün bank faizlərinin uçot dərəcəsi nəzərə alınmaqla manatla alınaraq "xxxx" ASC-yə verilməsi , borcun ödənilməsi ipoteka predmeti olan Şəxs məxsus 2012-ci il buraxılışlı , ağ rəngli , Vaz 21154 minik markalı , ** CH *** dövlət nömrə nişanlı ( mühərrik 5745861, ban XTA211540C5133743) avtomobilin açıq hərracda satılaraq əldə edilmiş vəsaitin hesabına təmin edilməsi, 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs alınaraq "xxxx" ASC-yə verilməsi barədə icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 31 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması 31 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, əvvəllər işləmədiyindən və maddi imkanı olmadığından icra sənədləri üzrə borcu ödəyə bilməmişdir. Hazırda fərdi əməklə məşğuldur, borcu hissəhissə ödəyə bilər. Barəsində axtarış elan olunmasından məlumatı olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirdi ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-318/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəli xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşağa 100 (bir yüz ) manat sabit pul məbləğində aliment olmaqla , cəmi 200 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq iddiaçı X5 verilməsi, Şirvan şəhər Məhkəməsinin 2(032)-386/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs 10292,44 (on min iki yüz doxsan iki dollar qırx dörd sent) ABŞ dolları ödəniləcəyi gün üçün bank faizlərinin uçot dərəcəsi nəzərə alınmaqla manatla alınaraq "xxxx" ASC-yə verilməsi , borcun ödənilməsi ipoteka predmeti olan Şəxs məxsus 2012-ci il buraxılışlı , ağ rəngli , Vaz 21154 minik markalı , ** CH *** dövlət nömrə nişanlı ( mühərrik 5745861, ban XTA211540C5133743) avtomobilin açıq hərracda satılaraq əldə edilmiş vəsaitin hesabına təmin edilməsi, 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs alınaraq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Borcluya hər iki icra vərəqəsi üzrə “icraata başlamaq haqqında” qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilməsinə baxmayaraq icra sənədləri üzrə tələblər icra edilməmişdir. Hazırda Hacıqabul rayon Məhkəməsinin 2(071)-318/2019 saylı , xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 4000 manat aliment borcu, Şirvan şəhər Məhkəməsinin 2(032)-386/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə isə 6982,45 ABŞ dolları məbləğində borcu vardır . İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Cavidi X1 rayon Məhkəməsinin 2(071)-318/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X5 ödənilməsi və Şirvan şəhər Məhkəməsinin 2(032)- 386/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borcun alınıb tələbkar "xxxx" ASCyə verilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir . İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli iki icra vərəqəsinin ümumi icraatda birləşdirilməsinə dair qərardan görünür ki, Şəxs barəsində Hacıqabul rayon Məhkəməsinin 2(071)-318/2019 saylı, xx.xx.2019-cu il tarixli və Şirvan şəhər Məhkəməsinin 2(032)-386/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqələri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-27/2023 saylı qərardan görünür ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) müddətinə inzibati həbs tətbiq olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs məxsus əmlakın axtarışı bir nəticə verməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Rövşən Şəmsəddin oğlu barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan şəhər Polis Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, borclu Şəxs barəsində açılmış “axtarış işi” nə xitam verilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, icra sənədləri üzrə borcu maddi imkanı olmadığından ödəyə bilmir . Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə inzibati xətanın xarakterini (idarəçilik qaydaları əleyhinə olması), inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq yenidən borclunun icra sənədinin icrasından yayındığını və barəsində axtarış elan edildiyini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcunun icrası ilə əlaqədar olduğunu, bu alimentin ödənilməməsində uşağın mənafelərinin pozulduğunu, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq , məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz . Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: xx.xx.1979-cu ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən , ünvan 1 ünvanında qeydiyyatda olan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 31 may 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-465/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-465/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver