Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-468/2023 17.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Şirvan şəhəri, ünvan 1 ünvanında rəsmi qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2- 1020/2023 saylı məktubu ilə tələb edilən məlumat və sənədləri (Cəmiyyətin illik hesabatları, nizamnaməsi, səhmdarların reyestri, səhmdarların ümumi yığıncaqlarının protokollarının surətləri, həmçinin C.Məmmədovun ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması barədə məlumat) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Buna görə 31 mart 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Mərkəzi Bankın nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvanına göndərilmiş və həmin cəmiyyətin məsul şəxsi tərəfindən 06 mart 2023-cü il tarixdə qəbul edilmiş 3 fevral 2023-cü il tarixli 6-1-26/2-M- 156-0-1210/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra-Mərkəzi Bank) vətəndaş Cəmil Məmmədovun müraciəti daxil olmuşdur. Vətəndaş öz müraciətində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin əldə edilməsi üçün cəmiyyətə müraciət etdiyini, lakin həmin məlumat və sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Nəzərinizə çatdırırıq ki, səhmdar, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 102.4-cü, 106- 1.3.2-ci, 106-1.3.8-4-cü, 106-2.3-cü və 107-6.3-cü maddələrinə müvafiq olaraq səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, mühasibat balansı ilə, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq, cəmiyyətinin nizamnaməsinin, səhmdarların reyestrinin və səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.0.9-cu maddəsinə müvafiq olaraq C.Məmmədovun "xxxx" ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, yuxarıda göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 7 (yeddi) gün ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 02 mart 2023-cü il tarixli, 6-1-26/2-1020/2023 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 6-1-26/2-M- 156-0-1210/2023 saylı 03 fevral 2023-cü il tarixli göstərişi ilə tələb edilən məlumatlar tərəfinizdən bugünədək təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq sözügedən göstəriş məktubunda göstərilən məlumatları 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etməyiniz tələb olunur. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna bilərsiniz. İş materiallarında olan EP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Yol Tikinti-3” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, inzibati xəta haqqında materiala baxıldığı zaman müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvanına 3 fevral 2023-cü il tarixli 6-1-26/2-M-156-0-1210/2023 nömrəli məktub ünvanlanmış, həmin məktubda C.Məmmədovun "xxxx" ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, yuxarıda göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 7 (yeddi) gün ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş olunmuşdur. Qeyd edilən sənədlər təqdim edilməmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilə biləcəyi barədə xəbərdar edilmişdir. Lakin sonuncu sorğuda qeyd edilən sənədləri təqdim etmədiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə barəsənidə inzibati protokol tərtib edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində "xxxx" açıq səhmdar cəmiyyətinin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakimi Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-468/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-468/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver