Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-47/2025 13.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30-da yol hərəkəti qaydalarını pozub, yol nişanlarının tələbinə əməl etməməklə, sərxoş vəziyyətdə idarə etdiyi “Opel Astra” markalı ** YS *** dövlət qeydiyyat nişanlı avtomobillə iki məzar daşını zədələmiş və nəticədə maddi ziyan vurmuşdur. Bu səbəbdən də barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 02:30-da Şəxs ona məxsus “Opel Astra” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək, Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən qəbiristanlığa gələrək atasın ziyarət etmək istəmiş, bu zaman qəbristanlıq yolunda manevr etmə qaydasını pozaraq iki məzar daşını zədələmişdir. Hadisə nəticəsində məzar daşlarına dəymiş zərər 1750 manat məbləğində qiymətləndirilmişdir. Bu səbəbdən də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək özü ilə birlikdə məhkəməyə gətirildiyini və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, “Opel Astra” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, o, həmin minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində minik avtomobilində bir qədər spirtli içki qəbul edərək sərxoş olduğu üçün atasının məzarını ziyarət etmək istəmişdir. O, idarə etdiyi minik avtomobili ilə Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən qəbirstanlığa getmiş, atasının məzarının yerləşdiyi yerə yaxınlaşdıqda idarə etdiyi minik avtomobil bir qədər sürüşərək qəbiristanlığın içərisində yerləşən yoldan çıxmışdır. O, minik avtomobilinin yolun kənarında yerləşən bir qədər aşağıya sürüşərək orada yerləşən iki ədəd məzar abidəsini zədələmişdir. Hazırda əməlindən peşmandır, dəymiş maddi ziyan tərəfindən ödənilmişdir. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Opel Astra” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə, saat 02:30-da idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. xx.xx.2024-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsibarədə protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 1.354 % müəyyən edilmişdir. Şirvan şəhər X2 üzrə qrup rəhbəri işləyən X6 və Bələdiyyənin El qəbirstanlığının işçisi X7 və Şirvan şəhər PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Şirvan şəhər PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X8 oğlunun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri Bələdiyyəsinin nəznində olan El Qəbirstanlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X5 ( 1966-2015) oğlu və X9 (1966-2015) oğluna məxsus məzar üstü abidələrinə zərər dəymişdir. X5 (1966-2015) oğlunun məzar üstü abidəsinin bərpa edilməsi üçün xammal olan daşın qiyməti 500 manat və ustanın ödənişi isə 250 manatdır. X9 (1966-2015) oğlunun məzar üstü abidəsinin bərpa edilməsi üçün xammal olan mərmərin qiyməti 700 manat və ustanın ödənişi isə 300 manatdır. Ümumilikdə hər iki məzara 1750 manat məbləğində maddi zərər dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1, 333.1 və 333.3-cü maddələri ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib əməlindən səmimi peşman olmasını, dəymiş zərəri ödəməsi Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 13 yanvar 2025-ci il tarixdən, saat 15:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Şəxs adına verilmiş BD seriyalı, 508213 saylı sürücülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə təhvil verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-47/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-47/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver