Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-470/2023 06.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələri ilə Şirvan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şirvan şəhər Məhkəməsinə 06 aprel 2023-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 14:30 radələrində «VAZ 21061» minik markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması müəyyən olunmuşdur. Aşağdakı əsaslara görə inzibati material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir. İnzibati xəta haqqında materialdan görünür ki, inzibati xəta haqqında protokolu tərtib edən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı, həmçinin dəymiş ziyanın ödənilməsi ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 327.2-ci və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şirvan şəhər Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-470/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-470/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver