Məhkəmə qərarları › İş №3(032)-473/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-473/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-473/2024 03.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati protokolu tərtib etmiş Şirvan şəhəri Yol Patrul Xidməti Baş inspektor polis kapitanı X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 19 aprel 2024-cü il tarixdə, saat 17:00 radələrində “VAZ 21214” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, Naxçıvan küçəsində yol nəqliyyat hadisəsi törətməsi nəticəsində piyada yüngül bədən xəsarəti almışdır. İnzibati xəta hadisəsinin olması 03 iyun 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, təxminən 1 aydır ki, Şirvan şəhər İcra Hakimiyyətinin Şirvan İşıqlar İdarəsində baş mühəndis kimi çalışır. Həmin vaxta qədər isə işlədiyi idarənin müdür vəzifəsini yerinə yetirmişdir. **-AA-*** dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobilin Şirvan şəhər İcra Hakimiyyətinə məxsus olmuş, həmin avtomobil idarədə sürücü kimi çalışan X12 təhkim olunmuş, 19 aprel 2024-cü il tarixində, saat təxminən 17 radələrində işçilərlə birlikdə Şirvan şəhəri Naxçıvan küçəsində olan işıq dirəklərinə nəzarət etmiş, həmin vaxt Cavid Azayev də orada olmuş, Cavidə təhkim olunmuş "Niva" markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil Naxçıvan küçəsi istiqamətində dayanıqlı vəziyyətdə olmuş, həmin vaxt insanların işdən çıxdıqları vaxt olduğu üçün avtomobili bir qədər qarşıda yerləşən boş ərazidə saxlamaq qərarına gəlmiş, ətrafa baxan zaman Cavidin orada olmadığını görmüş, bu zaman avtomobili özünün idarə etməsi qərarına gəlmiş, avtomobilə əyləşmiş və idarə etməyə başlamış, həmin vaxt hərəkət sürəti təxminən 40 km\saat təşkil etmiş, həmçinin avtomobildə tək olmuş, avtomobil ilə hərəkətdə olan zaman "Telemexanika" zavodu istiqamətindən yolu əks tərəfə keçən bir neçə piyada qəflətən qarşısına çıxmış, həmin piayadalardan birinə toxunmuşı, bu zaman ayağını əyləcə sıxmış, avtomobilin sükanını sol tǝrǝfǝ burmuş və avtomobil fırlanaraq yolun kənarında yerləşən səkiyə çırpılmış, ardınca avtomobildən aşağı düşmüş, həmin yolu keçən piyadalardan bir nəfər şəxsin yerdə yıxılı vəziyyətdə olduğunu görmüş, digər iki piyadanın isə ayaq üstə olmalarını görərək, dərhal vurduğu piyadaya yaxınlaşmış, daha sonra ətrafda olan şəxslər oraya yaxınlaşmışlar. Xəsarət alan piyada TTY tərəfindən xəstəxanaya aparılmış, o cümlədən hadisə baş verən zaman spirtli içkinin təsiri altında olmadığını, bədənində heç bir xəsarət olmadığını və avtomobil idarə etmək, üçün sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. X1 Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək heç bir şikayət və tələbinin olmadığı bildirmişdir. Şirvan şəhəri Yol Patrul Xidməti Baş inspektor polis kapitanı X5 məhkəmə iclasında xx.xx.2024cü il tarixli protokolu müdafiə edərək, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2024-cü il tarixdə, saat 17:00 radələrində “VAZ 21214” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, Naxçıvan küçəsində piyadanı vurmuş, bu zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024-cü il tarixdə, Şirvan şəhər X4 şəhər sakini X6 “burun nahiyyəsinin əzilmiş yarası və başın tüklü nahiyyəsinin açıq yarası” diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan X6 “burun nahiyyəsinin əzilmiş yarası və başın tüklü nahiyyəsinin açıq yarası” diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məlumat toplanmış materialda cinayət tərtkibi olmadığından material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X9 X14 250 N-li, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən X6 bədən səthində aşkar olunan xəsarət-sağ baldırın aşağı 1/3-nin tış səthində piqmentasiya-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 19 aprel 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Rəy aktından görünür ki, Şirvan şəhəri İcra Hakimiyyətinə məxsus “VAZ 21214” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 607 manat maddi ziyan dəymişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin səmimi etirafı, əməlindən peşman olması, ilk dəfə məsuliyyətə cəlb edilməsi, şikayətin olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128- 130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar