Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-473/2025 06.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə inzibati tənbeh almasına baxmayaraq təkrarən il ərzində, yəni xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə «Opel Vectra» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri H.Əliyev prospektində küçəsində idarə etmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilən xüsusatları etiraf edərək izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə dostları ilə yeyib içmiş, daha sonra ona zəng gəldiyi üçün bacisigilə gedərkən «Opel Vectra» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlini səmimi etiraf edir, hazırda əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Şirvan şəhəri polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:46 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən «Opel Vectra» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, sürücü nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi müəyyən edilmiş, yoxlama zamanı onda alkoqolun miqdarı 1.224 % promil olduğu müəyyən edilmişdir. Həmçinin, yoxlama zamanı onun xx.xx.2025-ci il tarixdə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməklə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən edilmişdir. Yəni Şəxs inzibati xətanı il ərzində təkrar olaraq törətmişdir. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:15 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrinin tələblərini pozduğu üçün barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 400 manat məbləğində cərimə edilmişdir. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin materiallarındakı xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrinin tələblərini təqsirli bilinərək 400 manat miqdarında inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli 02127 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 1.224 % müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş BD seriyalı 576195 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Opel Vectra» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şəxsdur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısı olmaqla 80 manat təqaüd alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə ona da hüquqi qiymət verir ki, şəxsin barəsində fərqli günlərdə, iki inzibati xəta haqqında protokol tərtib edilsə də, faktiki olaraq onun əməlləri ayrı-ayrılıqda inzibati xətadır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, hazırkı halda şəxsin əməli davam edən inzibati xəta kimi deyil, yeni inzibati xəta kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və ona nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-473/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-473/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver