Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-476/2024 04.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Barəsində inzibati protokol tərtib edilmiş Şəxs İnzibati protokolu tərtib etmiş Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 iştirakları ilə, xx.xx.1973-cü ildə anadan olmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tərtib edilmiş inzibati protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri Mərkəzi Xəstəxanasında vətəndaşların içində ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində iş kabinetində olmuş, işçi Aynurə Seyfiyevanın anası Sevda Əliyeva içəri daxil olmuş, Xəyalə xanımın otağdan çıxmasını tələb etmiş, Sevda Əliyeva tərəfindən dəfələrlə təhqir olunmuş, sözlə hədələnmişdir. Lakin o, Sevdaya qarşı heç bir təhqiramiz söz deməmiş, hətta səs tonunu belə qaldırmamışdır. X1 həmin vaxt otaqda olmamış, heç bir səs-küy salmamışdır, onunla həmin vaxt mübahisə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, həmin tarixdə dəhlizdə gedəndə Təranı xanımın otağında səs-küy esitmiş, otaqda Aynurə xanımın anası Sevda xanım Şəxs ilə mübahisə etmiş, sonradan Sevda xanımı çıxarıb öz kabinetinə aparmışdır. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 04 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri Mərkəzi Xəstəxanasında vətəndaşların içində ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:32-də DİN-in 102 xidmətindən daxil olmuş ********** saylı məlumatda ünvan 1 ünvanında yaşayan Şəxs ***-***- **-** saylı nömrədən zəng edərək, işlədiyi xəstəxanada qeydiyyatçı işləyən Seyfiyeva Aynurə və anası Əliyeva Sevda tərəfindən dəfələrlə təhqir olunaraq, sözlə hədələməsi barədə xx.xx.2024-cü il tarixdə mərkəzə etdiyi müraciət üzrə Şirvan ŞPŞ-nin polis kapitanı Saatov Ravil tərəfindən ərizəsi alınmış, lakin bu günkü tarixdə ona bildirmədən işinin Tural Kərimovun icraatına verilməsinə narazılıq bildirmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə polis qurumunun şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tərtib etdiyi protokol və ona əlavə edilmiş sənədlərdə, həmçinin barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatında, şahidin ifadəsində kifayət qədər ziddiyyətlərin mövcudluğunu diqqətdən qaçırmır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hazırki işə baxılarkən müəyyən olundu ki, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərməsi müəyyən edildiyi halda, hadisənin 21 may 2024-cü il tarixdə baş verməsinə baxmayaraq, Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 inzibati xəta haqqında protokolu 04 iyun 2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmə, aşkar edilmiş nöqsanı inzibati orqanın diqqətinə çatdırmaqla, göstərilən nöqsanın bir daha təkrarlanmaması məqsədi ilə məlumatlandırmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-476/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-476/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver