Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-477/2025 07.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ,fərdi əməklə məşğul olan, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-ci maddəsi Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Şirvan şəhəri Bayramlı qəsəbəsi Sabir küçəsində «Vaz 2106 minik» markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılmaqla idarə edərək avtoxuliqanlıq hərəkətlərini etmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə, məhkəməyə təqdim edilmiş videogörüntü ilə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Şirvan şəhəri Bayramlı qəsəbəsi Sabir küçəsində etibarnamə əsasında «Vaz 2106 minik» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə idarə edərkən yola çınqıl daşları töküldüyündən, həmçinin qonşuluqda yaşayan Gülnar Əliyeva ona tərəf əlində daşla gəldiyindən o avtomobili sürətlə sağa çəkərək oradan uzaqlaşmışdır. O qəsdən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmamışdır. Qonşusu ilə aralarında məhkəmə qaydasında yolun açılması ilə əlaqədar mübahisələri olduğundan və məhkəmədə onun xeyrinə qərar çıxarıldığından Gülnar Əliyeva və onun yaxınları bilərəkdən DİN-nin 102 xidmətinə şikayətlə müraciət edərək böhtan xarakterli məlumatlar vermişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı videogörüntüdən müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılmaqla idarə etmişdir. X1 əlində daşın olması videogörüntüdən müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nın 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaqla ətrafdakı şəxslərin həyatı üçün təhlükə yaradan davranışı, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır . İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs İXM-nın 511.1.3-ci maddəsi ilə təqsirli bilinməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasının həddləri daxilində müəyyən məbləğdə inzibati cərimə təyin olunması inzibati tənbehin məqsədlərini təmin etmədiyindən nəqliyyat vasitəsini idarə etmək hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-nın 114, 115,128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.1980-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ,fərdi əməklə məşğul olan, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla barəsində 17 (on yeddi) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbsdə saxlamanın əvvəli 07 may 2025-ci il tarixdən hesablansın. Azərbaycan Republikası DİN-i tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-477/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-477/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver