Məhkəmə qərarları › İş №3(032)-479/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-479/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-479/2023 04.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədirliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol Şirvan şəhər Məhkəməsinə 06 aprel 2023-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və inzibati xəta haqqında protokola əlavəyə görə Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2020 saylı, xx.xx.2020-ci il, 2(032)1085/2020 saylı və xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2 uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X7 verilməlidir. Hazırda 5071 manat aliment borcu var. Aliment borcundan 296 manat pensiyasından tutularaq tələbkar X3 hesabına köçürülmüşdür Qızıl-zinət əşlarına görə 3565 manat valideynləri ilə birlikdə ödəməlidir. X1 pensiyasından 380 manat tutularaq tələbkar X3 hesabına köçürülmüşdür. İcra sənədinin icrasının təmin olunması məqsədilə Şəxs şöbəyə dəvət olunmasına baxmayaraq o, gəlməkdən boyun qaçırmış və onun qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən olunmuşdur. Borclunun yaşayış yeri məlum olmadığı üçün xx.xx.2023-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün aidiyyəti polis orqanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən yaxalanaraq İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Bununla da, Şəxs icra məmurunun qanuni tələbin yerinə yetirməmişdir . Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icraatında olan icra işlərinin icrası ilə əlaqədar borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə təqdim edilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə tələbkar X3 hesabına 1400 manat məbləğində pul vəsaiti köçürmüş və bundan sonra borc qurtarana kimi hər ay 500 manat pul vəsaitini tələbkara ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə təqdim edilmiş ******* nömrəli inzibati xəta haqqında protokola baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs borcundan 1400 manat məbləğində ödəniş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb hesab edir ki, Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2020 saylı, xx.xx.2020-ci il, 2(032)1085/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə aliment borcunun müəyyən hissəsini ödədiyindən, inzibati protokol tərtib etmiş orqanın ərizəsi olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar