Məhkəmə qərarları › İş №3(032)-48/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-48/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-48/2023 26.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1974-cü ildə Sabirabad rayonu, Xersonovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Həsənova X2 Ayşən Vidadi qızını döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin, zərərçəkmiş şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Novruzova Ayşən onun gəlini, Novruzova Töhfə isə onun qudasıdır. X12 ilə 2022-ci ilin sentyabr ayında ailə həyatı qurmuş, hal-hazırda övladları yoxdur. Novruzova Ayşən son vaxtlar oğlu Rəhmanı götürüb evdən çıxarıb ayrı yaşamaq istəyir. Lakin onun bir oğlu olduğundan ayrı yaşamalarına razı olmur. xx.xx.2022-ci il tarixdə o, Ayşəni qızlarla birlikdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Füzuli” parkına aparıb gəzdirmiş və evə gətirmişdir. Gecə saat 22 radələrində oğlu evə gəlmiş və həmin vaxt onun halı pisləşdiyindən o tez yatmış, daha sonra o, oğlu Rəhman və gəlini Ayşənin Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Füzuli” parkına getdiyini bilmişdir. xx.xx.2022-ci il tarixdə həmin söhbətin üstündə mübahisə yaranmış, mübahisə zamanı gəlini Ayşən onu təhqir etdiyi üçün o, Ayşənin üz nahiyyəsindən 1 dəfə sillə zərbəsi endirmiş, o, Ayşənə sillə zərbəsi endirəndən sonra Ayşən yerə yıxılmış və o, Ayşənə kömək edib yerdən qaldırmışdır. Ayşən onun çiyin nahiyyəsindən yumruq zərbəsi endirmiş, onların aralarında olan mübahisə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə baş vermiş və ümumilikdə 5-10 dəqiqə davam etmiş, hadisə vaxtı orada onlardan başqa oğlu Rəhman olmuşdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, X7 ilə təxminən 3 ay bundan qabaq ailə həyatı qurmuş və hal-hazırda övladı yoxdur.Rəhman ilə ailə həyatı qurandan bəri Rəhmanla aralarında heç bir problem olmamış, lakin qaynanası Rəfiqə hər gün mütəmadi olaraq onların arasında mübahisələr yaradır və onu oğlu Rəhmandan ayırmaq istəyir. xx.xx.2022-ci il tarixdə o, həyat yoldaşı Rəhmanla birlikdə gəzmək üçün Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Füzuli” parkına getmiş və təxminən 1 saat gəzdikdən sonra evə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə qaynanası Rəfiqə onların bayram günü parka niyə getməyini bildirmiş, bunun üstündə mübahisə yaranmış, mübahisə zamanı Rəfiqə onun üzərinə gələrək üz nahiyyəsindən 1 dəfə sillə zərbəsi endirmişdir. Həmin zərbədən sonra onun ürəyi getmiş, yerə yıxılmışdır. Daha sonra Rəfiqə onun valideynlərinə zəng etmiş, valideynləri evə gəlmiş və valideynləri gələndən sonra o bütün olanları valideynlərinə danışmışdır. Rəfiqə ilə evin içində baş verən mübahisə təxminən 30 dəqiqə davam eləmiş, daha sonra qaynanası Rəfiqə onun üzərinə gələrək onu döymüş, həmin vaxt evdə qaynanası Rəfiqə, həyat yoldaşı Rəhman olmuşdur. Əvvəllər aralarında dəfələrlə mübahisələr olub. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 Ayşən Vidadi qızının izahatına uyğun izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, işin bütün halları məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, məhkəmə, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, qadın olması, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibari xətanının törədilməsində təqsirli bilinərək onun barəsində minimum həddə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada tədim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar