Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-481/2025 05.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC 117200.00 ABŞ dolları məbləğində olan vəsaiti 17 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddətində 117200.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Protokolda xətanın 18 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilməsi qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol va ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası İXM-nin 18.5ci maddəsinə uyğun olaraq baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. "xxxx" MMC ilə "Rustavi Steel” LLC arasında 219 mm va 168 mm ölçüdə tikişsiz polad boruların alınması üçün xx.xx.2022-ci il tarixli RSİN0610 nömrəli və xx.xx.2022-ci il tarixli RSİNN2111 nömrəli müqavilələr bağlanmışdır. (Bunlardan başqa müqavilələrin 11.4 bəndinə əsasən müqavilələr üzrə əlavə razılaşma imzalanmışdır.) xx.xx.2022-ci il tarixli, RSİN0610 nömrəli müqaviləyə əsasən 1 tonun qiyməti 1100 dollar olan 219 mm-lik ölçüdə ümumi dəyəri 814808,5 dollar məbləğində 740,735 ton tikişsiz polad boru, xx.xx.2022-ci il tarixli RSİNN2111 nömrəli müqaviləyə əsasən 1 tonun qiymati 1100 dollar olan 168 mm-lik ölçüdə ümumi dəyəri 271555,9 dollar məbləğində 246,869 ton tikişsiz polad boru alınmışdır. Cəmiyyət ilə "xxxx"xxxx"Azər-Türk Bank ASC-də olan hesabdan həmin şirkətin bank hesabına xx.xx.2022-ci il tarixdə 293.280.00 dollar, xx.xx.2022-ci il tarixdə 188.550,00 dollar, xx.xx.2022-ci il tarixdə 176.300,00 dollar, xx.xx.2022-ci il tarixdə 57.998.00 dollar, xx.xx.2023-cü il tarixdə 58.570,00 dollar, xx.xx.2023-cü il tarixdə 117.160,00 dollar, xx.xx.2023-cü il tarixdə 117.200,00 dollar, xx.xx.2023-cü il tarixdə 25.962,20 dollar, xx.xx.2023-cü il tarixdə 28.255,70 dollar, xx.xx.2023-cü il tarixdə 23.089.00 dollar cəmi 1.086.364.90dolları vəsait qabaqcadan avans olaraq köçürülmüşdür. Göstərilən məbləğin köçürülməsi və malların alınması xx.xx.2023-cü il tarixli üzləşmə aktında da öz əksini tapır. Həmin vəsait müqabilində sifariş verilmiş malların hamısı ölkəyə idxal olunmuş və təyinatı üzrə istifadə edilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin əməkdaşı Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, tərəflərindən tərtib edilmiş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(032)-481/2025 saylı inzibati işdə avans olaraq ödənilmiş valyuta vəsaiti hesabına alınan malların ölkəyə idxalı və ya valyuta vəsaitinin geri qaytarılmasını təsdiq edən hər hansı sənəd MMC tərəfindən təqdim olunmamışdır. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim olunmuş sənədlərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin YGB-in hazırda baxılan işlə hər hansı əlaqəsi yoxdur. Belə ki, təqdim olunmuş YGB-lərdən **********6867, **********5584, **********5344, **********2454, **********2346, **********2310, **********6478, **********5542, **********2427, **********2387, **********4473, **********4453, **********4409, **********0128, **********0096, **********0066, **********0032, **********2695, **********2666, **********2648, **********2597, **********6789, **********6783, **********6768, **********6758, **********6333, **********9805, **********9767, **********9758, **********9709, **********6612, **********6598, **********2185, **********2093 sorğu nömrəli YGB-lər MMC-nin digər ödənişlərinin bəyan olunmasında tam istifadə olunmuşdur. **********3078 sorğu nömrəli və **********5587 sorğu nömrəli YGB-lər qismən bağlanmış, həmin YGB-lərdən müvafiq olaraq 4268 ABŞ dolları məbləği və 22491.20 ABŞ dolları açıq qalmışdır. Lakin hər iki YGB-nin 4011-ci qrafasında qeyd olunan müqavilə məlumatları (RSİN2111 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə) ödənişin təyinatındakı müqavilə məlumatları ilə eyniləşmir. Belə ki, ödənişin təyinatındakı müqavilə RSİN0610 nömrəli, xx.xx.2022-ci il tarixdi müqavilədir. Bundan əlavə, **********2123, **********3101, **********3543 və **********5548 sorğu nömrəli YGB-lər tam açıq olmasına baxmayaraq, həmin YGB-lərdə də 4011-ci qrafada yerləşən müqavilə melumatları avans ödənişin təyinatındakı müqavilə məlumatları ilə eyniləşmir. Başqa sözlə, bu YGB-lər əsasında müvafiq avans köçürməsi üzrə idxal öz tasdiqini tapmır. Bundan başqa, tərəflərindən köçürmənin icra olunduğu müvəkkil banka avans ödənişinin cari statusu barədə sorğu verilmiş və verilmiş cavab əsasında müəyyən edilmişdir ki, 117200 ABŞ dolları məbləğindəki avans ödənişi bağlanmamışdır. Eyni zamanda bildirik ki, "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada eməliyyatlarının aparılması Qaydalarının 5.2-ci bəndinə əsasən idxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilən əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Malların idxalını, habelə xarici valyutanın nağd şəkildə ölkəyə gətirilməsini təsdiq edən gömrük bəyannaməsində bankın qeydi sənədin üz tərəfində aparılır. Əgər gömrük bəyannaməsi üzrə ödəniş tam və və ya son qalıq həcmində həyata keçirilərsə, sənədin əsli sonuncu ödənişi icra edən bankda saxlanılır. Göründüyü kimi, Qaydaların tələbinə əsasən MMC avans köçürməsi idxalı təsdiq edən sənədi, yəni YGBni müvəkkil banka təqdim etməli və müvafiq qaydada təsdiq etdirməli idi. Qeyd olunanları nəzərə alaraq iş üzrə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin əməkdaşı Nümayəndə məhkəməyə elektron qaydada ünvanladığı ərizəsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi tərəfindən hər hansı bir əsaslandırılmış cavab verilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsinin xahişi ilə özlərinin müdafiəsi üçün müvafiq sübutların təqdim edilməsi məqsədilə məhkəmə araşdırılması müddətinin uzadılmasını xahiş etmiş və həmin xahiş məhkəmə tərəfindən vəsatət qismində qəbul edilməklə araşdırma müüddəti bir ay müddətinə uzadılmışdır. Müvafiq sübutların təqdim edilməsi məqsədilə, habelə öz müdafiələrinin həyata keçirilməsində səmərəli şəraitin yaradılmasına baxmayaraq növbəti məhkəmə iclaslarında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi, habelə hər hansı səlahiyyətli nümayəndəsi tərəfindən müvafiq sənədlər təqdim edilməmiş, həmçinin məhkəmə tərəfindən qeyd edilən xüsusatın araşdırılması istiqamətində aktiv hərəkətlərin həyata keçirilməsi real sənədlər əsasında müşahidə edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" MMC, bundan sonra alıcı nizamnamə əsasında fəaliyyət göstərən direktor X6 şəxsində və "xxxx" MMC, bundan sonra təchizatçı, nizamnamə əsasında fəaliyyət göstərən direktor Nuqzar Kaçuxaçvili şəxsində digər tərəfdən, bundan sonra tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, RSİN0610 saylı müqavilədən görünür ki, 1 tonun qiyməti 1100 dollar olan 219 mm-lik ölçüdə ümumi dəyəri 814808,5 dollar məbləğində 740,735 ton tikişsiz polad boruları, bundan sonra “ Məhsul” təchiz etməyi, alıcı isə qəbul etməyi və ödəməyi öhdəsinə götürür. Bir tərəfdən "xxxx" MMC , bundan sonra alıcı nizamnamə əsasında fəaliyyət göstərən direktor X7 şəxsində və "xxxx" MMC, bundan sonra təchizatçı, nizamnamə əsasında fəaliyyət göstərən direktor Nuqzar Kaçuxaçvili şəxsində digər tərəfdən , bundan sonra tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, RSİNN2111 saylı müqavilədən görünür ki, 1 tonun qiymati 1100 dollar olan 168 mm-lik ölçüdə ümumi dəyəri 271555,9 dollar məbləğində 246,869 ton tikişsiz polad boruları, bundan sonra “ Məhsul” təchiz etməyi ,alıcı isə qəbul etməyi və ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC -nin AR Mərkəzi Bankına ünvanlanan məktubunda qeyd edilir ki, İnşaatçı-Neftçi MMC 117.200 ABŞ dolları məbləğində pulu ********* saylı avans kodu ilə mallar və xidmətin idxalı olunması məqsədilə göndərmiş olsa da,2 il müddətində malların ölkəyə idxalını və göstərilən xidmətləri təsdiq edən sənədləri banka təqdim olunmasına dair tələbi yerinə yetirməmişdir.Qeyd edilən məktubdan görünür ki, bəyan olunmuş hissənin YGB-si yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi tərəfindən ilkin məhkəmə iclasında çoxsaylı gömrük bəyannamələri təqdim edilmiş, lakin həmin gömrük bəyannamələrinin avans olaraq göndərilən pul vəsatinin X3masını təsdiq edən hər hansı xüsusat öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" ASC nin AR Mərkəzi Bankına ünvanlanan məktubunda ********* saylı avans kodu ilə mallar və xidmətin idxalı olunması məqsədilə göndərmiş pul vəsaitinin YGB-sinin olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1№-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını,şərtlərini və məbləğlərini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş üzrə təqdim olunmuş sənədlər, o cümlədən, Mərkəzi Bank tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati protokol, "xxxx" ASC-nin rəsmi məktubu, iddia olunan müqavilələr və X5 (YGB) üzrə araşdırmalar,açıq şəkildə göstərir ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində həyata keçirilmiş 117200 ABŞ dolları məbləğində avans ödənişi üzrə 2 il müddətində müvafiq malların idxalı baş verməmiş, idxalı təsdiqləyən gömrük bəyannaməsi banka təqdim olunmamış, ödənilmiş valyuta vəsaiti də geri qaytarılmamışdır. (Müvafiq Qaydaların (Mərkəzi Bankın xx.xx.2016 tarixli 45/1 №-li qərarı ilə təsdiqlənmiş) 4.3.1.3 və 5.2-ci bəndlərinin pozulması da bu nəticəyə əlavə sübut təşkil edir.) Hüquqi şəxs tərəfindən təqdim olunan gömrük bəyannamələri və müqavilələr avans köçürməsi ilə idxal arasında birbaşa əlaqəni təsdiq etməmiş, müvafiq X5 təqdim olunmamış və 4011-ci qrafada ödənişin təyinatı ilə müqavilə məlumatları uyğun gəlməmiş,"xxxx" ASC-nin rəsmi məktubunda qeyd olunduğu kimi, ********* saylı avans kodu ilə köçürülmüş vəsait üzrə YGB təqdim edilməmişdir və ödəniş indiyədək bağlanmamış qalmışdır. Hüquqi şəxsə məhkəmə tərəfindən müdafiə hüququnun həyata keçirilməsi üçün bütün şərait yaradılmış, lakin təqdim olunan sənədlər protokolun əksini təkzib etməyə hüquqi əsas verməmişdir. Yuxarıda qeyd olunan hallar və təqdim edilmiş sübutlar əsasında, "xxxx" MMC tərəfindən AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi məhkəmə tərəfindən sübuta yetirilmişdir. Həmin maddənin sanksiyasına əsasən, hüquqi şəxs barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin (117200 ABŞ dollarının) 20–30% həcmində cərimə təyin olunması nəzərdə tutulmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, törədilmiş inzibati xəta nəticəsində zərərin dərəcəsi və xarakterini-117200 ABŞ dolları miqdarında valyuta vəsaiti dövriyyədən çıxarılması qarşılığında nə mal, nə də xidmətin idxal olunmamasını, nəticədə maliyyə intizamının pozulması və valyuta bazarına mənfi təsir göstərilməsini, habelə hüquqi şəxsin davranışının hüquqi nəticələrini əvvəlcədən görə biləcək vəziyyətdə olmasını, təchizatla və beynəlxalq ticarətlə məşğul olan hüquqi şəxsin bu sahədə təcrübəli olduğu nəzərə alınmaqla, onun valyuta vəsaitinin istifadəsi ilə bağlı öhdəliklərini bilməməsinin ehtimaldan kənarda olduğunu, valyuta nəzarəti və maliyyə intizamı baxımından profilaktik əhəmiyyətini, cəzanın fərdiləşdirilməsini, iqtisadi təsirini, xətanın çəkisini nəzərə almaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün göstərilmiş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 117200.00 ABŞ dolları məbləğində valyuta vəsaitinin 25 faizi - 29.300 ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-481/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-481/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver