Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-484/2023 06.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədirliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şirvan şəhər Məhkəməsinə 06 aprel 2023-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şirvan şəhər Məhkəməsinin 3(032)-835/2022 saylı, 03 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclas zamanı izahatında bildirmişdir ki, icra sənədindən boyun qaçırmır, o, işi ilə əlaqədar Bakı şəhərində yaşayır. Məhkəmə təqdim olunmuş sənədləri öyrənərək hesab edir ki, aşağdakı əsaslara görə inzibati material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin məcəllənin 109.1 və 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində müəyyən olunmuşdur ki, icra şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hansı iş faəliyyəti məşğul olmasını araşdırmamışdır. “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Qanununun 7-ci maddəsində göstərilmişdir ki, icra məmuru icraata daxil olmuş sənədləri vaxtında, tam və düzgün icra edilməsi üçün tədbir görür. Təqdim olunmuş materiallardan görünür ki, Şirvan şəhər Məhkəməsinin 3(032)- 835/2022 saylı, 03 avqust 2022-ci il tarixli icra sənədi Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə verilmiş və bu barədə həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə Şəxs izahatı alınmış, daha xx.xx.2023-cü il tarixdə “borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin ayrı-ayrı icra məmurlarının icraatında olan icra sənədi üzrə icra hərəkətləri tam aparılmadığından bütün tədbirlər görülməməsinin nəticəsi olaraq Şirvan şəhər 3(032)-835/2022 saylı, 03 avqust 2022ci il tarixli icra sənədi icra olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, material bu nöqsana görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 529.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-484/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-484/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver