Məhkəmə qərarları › İş №3(032)-484/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-484/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-484/2024 07.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə İnzibati xəta törətmiş Şəxs, X8 vəkil bürosunun vəkili X2, Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 07 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidlərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhərindən Saatlı rayonuna qohumugilə gedirdi. Bakı şəhərində yaşayan Xanışova Aygün adlı xanımın xahişi ilə ona məxsus bağlamanı yaxın rəfiqəsi, onun da tanıdığı Elmira adlı xanıma yolüstü verməyi xahiş etmiş, Elmira xanımın yaşadığı mənzilə gələrək bağlamanı ona təqdim etmişdir. Elmira xanım ona yemək təklif etmiş, onun təklifini qəbul edərək evə daxil olmuşdur. Təxminən 20 dəqiqə sonra qapı döyülmüş və özünü polis əməkdaşı kimi təqdim edən şəxslər içəriyə daxil olaraq onu polis bölməsinə aparmağa cəhd etmiş, sonra ayaqqabısını geyinməyə imkan yaradıb, onu Şirvan şəhər Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş, heç kimi söyməmişdir. Şirvan şəhər Polis Şöbəsinin CAB-in rəisi polis polkovnik-leytenantı X3 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, 06 iyun 2024-cü il tarixində, saat 23 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 21, mənzil 8-də yaşayan X6 Azərbaycan Respublikası DİN-in “102” Xidmətinə müraciət edərək, yaşadığı binanın blok hissəsində onunla qonşuluqda yaşayan qayınanası X4 evinə naməlum şəxsin daxil olmasını bildirmişdir. Daxil olmuş məlumat əsasında istintaq-əməliyyat qrupunun üzvləri ilə birgə hadisə yerinə gedildi. Bu vaxt vətəndaş Elşən Seydiyev qayınanasının yaşadığı evi təqdim edərək, naməlum şəxsin həmin ünvana daxil olmasını bildirdi. Ünvanın qapısı tərəflərindən döyülmüşdür. Bu vaxt özünü ev yiyəsi kimi təqdim edən Elmira Bağırlı yaşadığı ünvanda Bakı şəhərindən olan Ayaz adlı tanışının qonaq olduğunu söyləmişdir. Bu vaxt evin içərisindən bir nəfər şəxs adının Ayaz olduğunu söyləyərək, onlardan həmin ünvanın qarşısından çəkilmələrini söyləmişdir. Həmin şəxsə özlərini təqdim edərək, ondan şəxsiyyəti barədə məlumatlar almaq istəmişlər. Lakin həmin şəxs özünü şübhəli apararaq, uca səslə qışqırmış, ictimai qaydanı və ictimai asayişi pozmuş, habelə birgə yaşayış qaydalarına zidd formada ünvansız nalayiq söyüşlər söymüş, onlara həmin binanı tərk etmələrini bildirmişdir. Dəfələrlə həmin şəxsi nizam intizama dəvət etsələr də, şəxsə qanunun aliliyini izah edərək, ondan hüquqazidd əməllərinə son verməsini xahiş etmişlər, sonuncu onların haqlı iradlarına məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirmişdir. Şəxsi istintaqəməliyyat qrupunun üzvlərinin köməkliyi ilə avtopatrula əyləşdirərək, onu Şirvan ŞPŞ-nin inzibati binasının Növbətçi Hissəsinə təhvil vermişlər. Polis şöbəsinin Növbətçi Hissəsində şəxsin Bakı şəhəri sakini Şəxs olması müəyyən edilmişdir. Şirvan şəhər Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili polis leytenantı X7 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, 06 iyun 2024-cü il tarixində, saat 23 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 21, mənzil 8-də yaşayan X6 Azərbaycan Respublikası DİN-in “102” Xidmətinə müraciət edərək, yaşadığı binanın blok hissəsində onunla qonşuluqda yaşayan qayınanası X4 evinə naməlum şəxsin daxil olmasını bildirmişdir. Daxil olmuş məlumat əsasında istintaq-əməliyyat qrupunun üzvləri ilə birgə hadisə yerinə gedildi. Bu vaxt vətəndaş Elşən Seydiyev qayınanasının yaşadığı evi təqdim edərək, naməlum şəxsin həmin ünvana daxil olmasını bildirdi. Ünvanın qapısı tərəflərindən döyülmüşdür. Bu vaxt özünü ev yiyəsi kimi təqdim edən Elmira Bağırlı yaşadığı ünvanda Bakı şəhərindən olan Ayaz adlı tanışının qonaq olduğunu söyləmişdir. Bu vaxt evin içərisindən bir nəfər şəxs adının Ayaz olduğunu söyləyərək, onlardan həmin ünvanın qarşısından çəkilmələrini söyləmişdir. Həmin şəxsə özlərini təqdim edərək, ondan şəxsiyyəti barədə məlumatlar almaq istəmişlər. Lakin həmin şəxs uca səslə qışqırmış, ictimai qaydanı və ictimai asayişi pozmuşdur. Həmin şəxsi nizam intizama dəvət etmiş, istintaq-əməliyyat qrupunun üzvlərinin köməkliyi ilə avtopatrula əyləşdirərək, onu Şirvan ŞPŞ-nin inzibati binasının Növbətçi Hissəsinə təhvil vermişlər. Polis şöbəsinin Növbətçi Hissəsində şəxsin Bakı şəhəri sakini Şəxs olması müəyyən edilmişdir. X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə tanımadığı bir şəxsin onların blokuna daxil olduğunu görmüşdür. Həmin şəxs özünü şübhəli aparmış, ondan bir gün əvvəl evində oğurluq hadisəsi olmuş, dərhal “102” xidmətinə zəng edərək məlumat vermişdir. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları ünvana yaxınlaşmışlar, həmin şəxsi saxlayan zaman polis əməkdaşlarına qarşı kobud rəftar etmiş, ucadan səs-küy salaraq onlara qarşı tabesizlik göstərmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi məcburi surətdə Şirvan şəhər Polis Şöbəsinə aparmışlar. Məhkəmənin suallarına cavab olaraq şahidlər hadidsə baş verən zaman binanın digər sakinlərinin də yaranmış səs-küyə çölə çıxdıqlarını bildirmişlər. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X9 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 07 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, 06 iyun 2024-cü il tarixində, saat 23 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 21, mənzil 8-də yaşayan X6 Azərbaycan Respublikası DİN-in “102” Xidmətinə müraciət edərək, yaşadığı binanın blok hissəsində onunla qonşuluqda yaşayan qayınanası X4 evinə naməlum şəxsin daxil olmasını bildirmişdir. Daxil olmuş məlumat əsasında istintaq-əməliyyat qrupunun üzvləri ilə birgə hadisə yerinə gedildi. Bu vaxt vətəndaş Elşən Seydiyev qayınanasının yaşadığı evi təqdim edərək, naməlum şəxsin həmin ünvana daxil olmasını bildirdi. Ünvanın qapısı tərəflərindən döyülmüşdür. Bu vaxt özünü ev yiyəsi kimi təqdim edən Elmira Bağırlı yaşadığı ünvanda Bakı şəhərindən olan Ayaz adlı tanışının qonaq olduğunu söyləmişdir. Bu vaxt evin içərisindən bir nəfər şəxs adının Ayaz olduğunu söyləyərək, onlardan həmin ünvanın qarşısından çəkilmələrini söyləmişdir. Həmin şəxsə özlərini təqdim edərək, ondan şəxsiyyəti barədə məlumatlar almaq istəmişlər. Lakin həmin şəxs özünü şübhəli apararaq, uca səslə qışqırmış, ictimai qaydanı və ictimai asayişi pozmuş, habelə birgə yaşayış qaydalarına zidd formada ünvansız nalayiq söyüşlər söymüş, onlara həmin binanı tərk etmələrini bildirmişdir. Dəfələrlə həmin şəxsi nizam intizama dəvət etsələr də, şəxsə qanunun aliliyini izah edərək, ondan hüquqazidd əməllərinə son verməsini xahiş etmişlər, sonuncu onların haqlı iradlarına məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirmişdir. Şəxsi istintaqəməliyyat qrupunun üzvlərinin köməkliyi ilə avtopatrula əyləşdirərək, onu Şirvan ŞPŞ-nin inzibati binasının Növbətçi Hissəsinə təhvil vermişlər. Polis şöbəsinin Növbətçi Hissəsində şəxsin Bakı şəhəri sakini Şəxs olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin yaşayış binasında ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə polis əməkdaşları ilə mübahisə etməsi kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2024-cü il tarixdə törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, saxlanılarkən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymadığı, polis qurumunun əməkdaşları tərəfindən inzibati qaydada tutulması özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. Şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin himayəsində azyaşlı uşağın olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə minimum həddə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, inzibati qaydada tutulması nəzərə alınmaqla 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar