Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-484/2025 14.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şirvan Şəhər Məhkəməsinə 12 may 2025-ci il tarixdə daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 08:00 radələrində Şəxs idarə etdiyi “VAZ 21074” minik markalı, ** CJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri, 1 May küçəsində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozmaqla X1 yüngül bədən xəsarətləri yetirmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Aşağdakı əsaslara görə inzibati material geri qaytarılmalıdır. İş materiallarını araşdıran zaman müəyyən edilmişdir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilməmiş, sürücünün əməlində hadisənin qarşısını almağa imkanının olub-olmadığı, habelə “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası qanunun hansı tələblərinin pozulması aydınlaşdırılmamış, o cümlədən hadisə zamanı hansı avtomobilinin sürücüsündə inzibati xəta əlamətinin olması, yəni təqsirinin olması müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər təqdim edilmiş materialların natamam olması əsası ilə Şirvan şəhər Polis Şöbəsinə geri qaytarılsın. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-484/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-484/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver