Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-485/2025 19.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol Şirvan şəhər Məhkəməsinə 12 may 2025-ci il tarixdə daxil olmuşdur. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, təqdim edilmiş materiallar natamamdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında EQ 25228365 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat (24 manat dəbbə pulu) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokola əsasən müəyyən olunur ki, o, EQ 25228365 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Bu səbəbdən də hazırkı tarixdə iş üzrə icraatı rədd edən hallar yaranmışdır. İcraatı rədd edən hallar isə mövcud olduqda, iş baxışa təyin edilə bilməz. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ölmüşdür. Lakin göründüyü kimi hazırkı iş üzrə barəsində icraat aparılan şəxsin ölməsinə baxmayaraq onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə qanunsuz olaraq protokol tərtib edilərək məhkəməyə material daxil olmuşdur. Bununla da inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından, həmin iş üzrə başlanmış icraata xitam verilməli olduğundan, həmçinin göstərilən əsaslar iş məhkəməyə daxil olanadək yarandığından, göstərilən əsasların yarandığı vaxtı iş hələ də səlahiyyətli orqanın icraatında olduğundan, səlahiyyətli orqan həmin iş üzrə icraata xitam verməli olduğu halda, buna əməl etməyib şəxs barədə materialları məhkəməyə göndərmişdir. Bundan başqa iş materiallarından görünür ki, Şəxs barəsində inzibati xəta haqqında icraata başlanılacağı barədə bildiriş və həmin bildirişin xx.xx.2025-ci il tarixdə qəbul edilməsini təsdiq edən poçt göndərişinin verilməsi haqqında xəbərnamə inzibati xəta haqqında protokola əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalı, həmçinin səlahiyyətli orqanın diqqəti hazırkı qərarda qeyd edilənlərə, yəni şəxsin ölməsi faktı iş məhkəməyə daxil olanadək yarandığından, göstərilən əsasın yarandığı vaxtı iş hələ də səlahiyyətli orqanın icraatında olduğundan, həmin iş üzrə başlanmış icraata həmin orqanın özü tərəfindən xitam verilməli olduğuna cəlb edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsinə geri qaytarılsın. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, şəxs öldükdən sonra şəxs barəsində inzibati iş üzrə icraatın başlanıla bilməməsinə, protokol tərtib edilə bilməməsinə cəlb edilsin . Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-485/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-485/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver