Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-487/2024 25.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev ELşən Höküməli oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin İmişli rayon X10 polis serjantı X9 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “X14 1843” yük markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşınla günəmuzd müəyyən yük daşıyaraq ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-dən çıxan zaman 40200 kq çəkidə yük yükləyib, orada tərəzidə çəkdirib Salyan rayonu istiqamətində yola çıxmışdır. İmişli rayonundan Biləsuvar rayonuna tərəf dönən zaman İmişli rayonu X10 polis serjantı X9 texniki nəzarət qaydasında yoxlanış keçirilməsi məqsədi ilə dayandırmışdır. Ona avtomaşına artıq yük vurduğunu bildirərək öz şəxsi istifadəsində olan beton zavodun tərəzisində çəkəcəyini bildirmiş və tərəzidə avtomaşının yükü 40700 kq çəkidə olmasını bildirmişdir. İmişli rayonu X10 polis serjantı X9 həmin tərəziyə belə inanmayaraq daha sonra onu Azərbaycan Avtomobil Yolları X6 Yollarının Mühafizəsi Xidməti 8 nömrəli tərəzi nəzarət məntəqəsinə gətirmiş və orada ilk dəfə tərəziyə avtomaşını qaldıran zaman 41374 kq daha sonra hay-küy salaraq buna etirazını bildirərək təkrar tərəzidə ölçülməsini tələb etmiş və həmin zaman yenidən ölçülmüş çəki cəmi 40905 kq çəkidə gəlmişdir. Belə ki, həmin yolla dəfələrlə yükdaşıma ilə məşğul olduğundan və bu günə kimi heç bir qanun pozuntusuna yol verməyərək, barəsində heç bir xəbərdarlıq edilməmişdir. Buna baxmayaraq İmişli rayonu X10 polis serjantı X9 tərəfindən heç bir əsas olmadan barəsində protokol tərtib etmiş və Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə tətbiq edilmişdir. Barəsində tərtib edilmiş İXP ******* nömrəli, 11 may 2024-cü il tarixli protokol əsasında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli elektron qərar qəbul edilmişdir. Barəsində elektron qərarın qəbul edilməsi barədə məlumatı olmamış, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun əsassız məqbul edilməsi və ləğv edilməsi barədə Şirvan şəhət Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin İXM-nin 128-129-cu maddəsinin tələbləri ona izah olunmaqla təqdim edilmiş sənədlər geri qaytarılmışdır. DYP əməkdaşı tərəfindən idarə etdiyi nəqliyyat vasitəsinin yükü müvafiq qaydada yoxlamadan keçməyən, istehsal yeri, markası və s. göstəriciləri müəyyən edilməyən tərəzi vasitəsi ilə yoxlanılmış, yoxlama nəticəsi olan tam oxunmayan qəbz təqdim edilmişdir. Ay ərzində yük daşımalarla 5 dəfə olmaqla ailəsini dolandırır. Eyni zamanda onunla birlikdə eyni markalı, eyni yükü aparan digər nəqliyyat vasitələri vardır. Bu müddət ərzində daşıdıqları yükün normalardan artıq olması heç vaxt müəyyən edilməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin İmişli rayon Polis Şöbəsinin DYPB-nə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətçinin izahatını, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıda əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8 “X14 1843” yük markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.2-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X14 1843” yük markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Azərbaycan Avtomobil Yolları X6 Yollarının Mühafizəsi Xidməti 8 nömrəli X4 xx.xx.2024-cü il tarixli qaiməsində göstərilmişdir ki, X8 “X14 1843” yük markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobillə 40905 kq çəkidə yük daşımışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi qaydasının 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Həmin Qaydaların Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri ilə bağlı ikioxlu dartıcı üçoxlu yarımqoşqunun kütləsi 40 ton olması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 mülkiyyətində olan “X15 1843” yük markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-dən Salyan rayonu istiqamatində yük daşınması məqsədilə 40200 kq çəkidə avtomobili yükləmişdir. Həmin yükün 40200 ton olması ilə bağlı müəssisədə olan tərəzidə çəkilmiş və buna dair müvafiq qeydiyyat aparılmışdır. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X8 “X15 1843” yük markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.2-ci maddələrinin tələbirnin pozulmasında təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 manat cərimə edilmiş və bu barədə qərar qəbul edilmişdir. Həmçinin inzibati xəta ilə bağlı araşdırma zamanı müəyyən edilmişdir ki, X2 idarə etdiyi “X15 1843” yük markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobil Azərbaycan Avtomobil Yolları X6 Yollarının Mühafizəsi Xidməti 8 nömrəli X5 tərəzi ilə çəkisi ölçülmüş və sözügedən avtomobilin 40905 kq çəkidə yük daşıması aşkar edilmiş və bunla bağlı xx.xx.2024-cü il tarixli qaimə tərtib edilmişdir. Həmin qaimədən və nəqliyyat vasitəsinin texniki pasportundan müəyyən edilmişdir ki, sözügedən avtomobil ikioxlu dartıcı üçoxlu yarımqoşqudur. Məhkəmə qeyd edir ki, inzibati xətalar məcəlləsinin tələblərinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi qaydasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri ilə bağlı ikioxlu dartıcı üçoxlu yarımqoşqunun kütləsi 40 ton olması müəyyən edildiyi halda şəxsin istifadəsində olan nəqliyyat vasitəsinə vurulmuş olan yükün kütləsi 40905 ton olması şəxsin icazə verilən qabarit və parametrlərin aşması kimi qiymət verilməsinə əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən tərtib edilmiş olan inzibati xata haqqında protokol inzibati xətalar məcəlləsinin tələblərinə uyğun tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, şikayətçinin barəsində tərtib olunmuş qərarın ləğv edilməsi üçün bildirdiyi halları əsassız kimi qiymətləndirir, həmin qərarın ləğvi üçün əsas ola bilmədiyi qənaətə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında tərtib olunan qərarın ləğvi yalnız inzibati xəta baş verməsini şübhə altına alan, xətanın tərkibini formalaşdıran əlamətlərin ziddiyyətli məqamlara əsaslanması, qərarın qanuna zidd və əsassız tərtib olunması hallarının mövcud olduğu təqdirdə mümkün sayıla bilər. Hazırkı iş üzrə belə halların mövcud olması aşkar edilməmişdir. Odur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin İmişli rayonu X10 polis serjantı X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. İmişli rayonu X10 polis serjantı X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-487/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-487/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver