Məhkəmə qərarları › İş №3(032)-487/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-487/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-487/2025 26.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs MMC mülkiyyətində olan “VAZ 21074” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2025-ci il tarixində, saat 11:25-də Şirvan şəhəri, H.Z.Tağıyev, 1A istiqamətində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 05 gün ərzində Şirvan şəhər Polis şöbəsinə təqdim etməmişdir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, İXP seriaylı, ******* nömrəli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və Şirvan şəhər Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Ona görə də, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxsin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Şirvan şəhər Polis Şöbəsi tərəfindən Şəxs MMC-nə göndərilmiş sorğudan görünür ki, Şəxs MMC-dən, mülkiyyətində olan “VAZ 21074” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (xx.xx.2025-ci il tarixdə, saat 11:26-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə) inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı (yol vərəqəsinin və sürücülük vəsiqəsinin surəti) 5 gün müddətində Şirvan şəhər X1 X2 təqdim etməyəcəyi təqdirdə hüquqi şəxs olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan poçt xəbərnaməsindən və onun üzərindəki ştampdan görünür ki, Şirvan şəhər X1 X3 tərəfindən poçt vasitəsilə hüquqi şəxs Şəxs MMC-nə göndərilmiş sorğu poçt orqanı tərəfindən xx.xx.2025-ci il tarixdə həmin müəssisəyə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin dispozisiyasından görünür ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə inzibati xəta tərkibi sübuta yetirilmiş və cərimənin tətbiqi hüquqa uyğundur. İnzibati xətanın olmasını və sübuta yetirilməsini, sansiyanın imperativ olmasını, habelə ŞəxsMMC-nin maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar