Məhkəmə qərarları › İş №3(032)-488/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-488/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-488/2023 07.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə küstar üsulla hazırladığı torla saat 16 radələrində şəhər ərazisində yerləşən “Şirvan kanal” adlanan su kanalından 06 ədəd “Şirvan külməsi” adlı balıq tutaraq Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Şirvan şəhər Polis şöbəsinin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və material baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 izahatında xx.xx.2023-cü il tarixdə şəhər ərazisində Şirvan ŞPŞ-nin PPXB-nü polis nəfəri, polis serfantı X8 ilə birlikdə xidmətdə olan zaman “Şirvan kanal” adlanan su kanalından bir nəfər şəxsin qanunsuz olaraq sintetik tordan istifadə edərək qanunsuz ov etdiyini görmüşdür. Daha sonra həmin şəxsi, hazırladığı sintetik torla və 06 ədəd “Şirvan büküm” adlı balıq ilə birlikdə polis şöbəsinə dəvət etdiklərini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, balıqçılıq fəaliyyəti ilə məşğul olur. Tutduğu balıqları yaşadığı evə ailəsinin qidalanmasını təmin edir. 21 mart 2023-cü il tarixdə balıq ovu etmək üçün küstar üsulla 02 ədəd tor hazırlamış, təxminən saat 16 radələrində şəhər ərazisində yerləşən “Şirvan kanal” adlı su kanalına getmişdir. Bundan sonra düzəltdiyi torları su kanalına quraşdırmış, bir müddət gözlədikdən sonra torları sudan çıxartmışdır. Torları sudan çıxaran zaman üzərində 06 ədəd “Şirvan külməsi” (bobla) adlı balıq tutmuşdur. Həmin balıqları torun üzərindən götürən zaman polis əməkdaşları ona yaxınlaşmış və izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Hazırda törətdiyi əmələ görə peşmandır. Xahiş edir ki, ona qanunla nəzərdə tutulmuş qaydada köməklik edilsin. İşdə olan Şirvan şəhər Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X2 tərəfindən qəbul edilmiş 31 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/696 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Şəxs haqqında cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 272-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Şirvan şəhər Polis şöbəsinə göndərilməsi qərara alınmışdır. İşdə olan Şirvan şəhər Polis Şöbəsinin 21 mart 2023-ci il tarixli baxış keçirilməsi barədə protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, o, 06 ədəd “Şirvan külməsi” adlı balıq növünə aid balıqları tutduğunu bildirmiş və nüsrət Abbasəəliyev barəsində qanuni tədbir görülməsindən ötrü Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və Təbiii Sərvətlər İdarəsinin 30 mart 2023-cü il tarixli, 3-14-42/2- 2-163/2023 nömrəli məktubuna əlavə edilmiş dəymiş ziyanın hesabatından görünür ki, 6 ədəd külmə balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 ədəd külmə balığı -11 manat, 11 manat x 6 ədəd= 66 manat. Balıq ehtiyatlarına vurulmuş ziyan 66 manat təşkil etmişdir. İşdə olan Şivan şəhər Polsi şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolun surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi Şirvan şəhər Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X2 tərəfindən HK-1/696 nömrəli material üzrə qəbul edilmiş, 31 mart 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, qərara əlavə edilmiş sənədlərlə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və Şirvan şəhər Polis şöbəsinin PPXBnin polis nəfəri X1 izahatı ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 272.3cü maddəsinin tərkibi var, həmin maddədə göstərilən əməli törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs əməlini etiraf edib, səmimi peşman olmasını və əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31 və 32-ci maddələrinə əsasən, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar