Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-488/2025 20.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus olmaqla idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı, ** CR *** nömrəli nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Müzəffər Həsənov küçəsi ərazisində nəqliyyat dayanması və durması üçün nəzərdə tutulmuş ərazidə məcburi olaraq avtomobilini parking etmişdir. Fotoşəkildən məlum olduğu kimi qanun çərçivəsində maşınını saxlamışdır. Lakin, həmin ərazidə heç bir AYNA əməkdaşı görməmiş, vətəndaş həmin ərazidə avtomobilini dayandırıb gedəndə AYNA işçisi peyda olur və sürücünün olmadığından sui-istifadə edərək qanunsuz olaraq əl telefonu ilə bütün maşınları cərimə etməyə başlayır. Həmin vaxt cərimə olunması barədə ona heç bir xəbərdarlıq gəlməmiş, hər hansı proqramda ehtiyac meyarına uyğun vaxt AYNA və yaxud hər hansı şəxslər tərəfindən ona heç bir köməklik, protokol, rəsmi olaraq cərimə olunması barədə məlumat verilməmişdir. Bir gün sonra telefonuna İXM-nin 346-1.1-ci maddəsi ilə 20 manat cərimələnməsi barədə mesaj gəlmişdir. Yol hərəkəti qaydalarına əsasən avtomobili yolun qadağan olunmuş hissələrində yalnız məcburi dayanma hallarında müvəqqəti olaraq dayanmağa və durmağa bu hallarda icazə verilir. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus olan “Mercedes Benz E220 CDİ” minik markalı, ** CR *** nömrəli nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Müzəffər Həsənov küçəsi ərazisində nəqliyyat dayanması və durması üçün nəzərdə tutulmuş ərazidə məcburi olaraq, təcili işi olduğuna görə avtomobilini parking etmişdir. Heç bir qayda pozuntusu etməmişdir. Avtomobili orada saxlayan zaman heç bir AYNA işçisi olmamışdır. 1 gün sonra isə telefonuna cərimə olunması barədə sms gəlmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Yerüstü Nəqliyyat X5 Şəxsə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş inzibati orqanın səlahiyyətli nümayəndəsi gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə şikayətçinin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 “Mercedes Benz E220 CDİ” minik markalı, ** CR *** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsi ilə parklanma müddətinin başladılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Maddə 346-1. Parklanma qaydalarının pozulması 346-1.1. Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə –iyirmi manat məbləğində cərimə edilir. “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği müəyyən edilmişdir. Yol hərəkəti haqqında qanunun 53-cü maddəsinə əsasən : İ. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur) İİ. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla təşkil edilir. İİİ. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İV. Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu nişanlama xətləri və ya 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. Vİ. Parklanma yerləri 24 saat fəaliyyət göstərir. Parklanma yerlərində nəqliyyat vasitələri üçün parklanmanın müddəti əlavə məlumat nişanları ilə məhdudlaşdırıla bilər. Xİ. Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür.- “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VİQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən53-cü maddəsinin Xİ hissəsinin üçüncü cümləsində, Xİİİ hissəsinin ikinci cümləsində və XVİİ hissəsinin üçüncü cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur; Xİİ. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən parklanma yerinin yerləşdiyi zona, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xİİİ. Ödənişli parklanma yerlərində parklanma qaydalarına əməl edilməsinə nəzarət nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunmasına, foto və ya video çəkilişin aparılmasına, parklanma müddətinin ölçülməsinə, parklanmaya görə ödənişin edilməsi barədə məlumatın əks olunmasına imkan verən xüsusi texniki vasitələrlə həyata keçirilir. Xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunur. XİV. Ödənişli parklanma yerlərində hər kəs üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir: 1) parklanma məntəqəsinin nömrəsi, zonası, ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları; 2) ödənişli parklanma yerlərindən istifadə etmək üçün yaradılmış xüsusi proqram təminatının QR-kodu; 3) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri barədə xəbərdarlıq. XV. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin Xİ hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir. XVİ. Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Əvvəldən ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. XİX. Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağı barədə məlumatı SMS və ya xüsusi proqram təminatı vasitəsilə də əldə edə bilər. XXİV. Parklanma yerində nəqliyyat vasitələri yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş qaydada parklanmalıdır. Parklanma yerlərində hər bir nəqliyyat vasitəsinin parklanması üçün işarələnmiş yerlərin sərhədlərini pozmaqla parklanmasına yol verilmir. XXV. Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. XXVİ. Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, habelə həmin xidmətlə bağlı ödənişin tələb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, X3 parklanma yerinə daxil olmuş, parklanma qaydalarına dair ərazidə olan təlimatı icra etməmiş, parkalanma qaydaları üzrə ödənişi müvafiq olaraq həmin yerdə quraşdırılmış lövhədə qeyd edilən məlumatlar üzrə icrasını həyata keçirməmiş və inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-488/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-488/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver