Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-49/2023 27.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhər Yol patrul xidməti inspektoru polis serjantı X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, ünvan 1 ünvanında yşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs barəsində Şirvan şəhər Yol patrul xidmətinin inspektoru polis serjantı X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 20 yanvar 2023-cü il tarixdə saat 11:20 radələrində Şirvan şəhər Naxçıvan küçəsində nəqliyyat vasitəsi idarə etmək hüquq olmadan ümumi istifadədə olan «Mersedes Benz 207» mikroavtobus markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobili sərnişin daşımaqla idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, «Mersedes Benz 207» mikroavtobus markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobili ona məxsus deyil. Həmin mikroavtobusu 20 Yanvar hüzn günü ilə bağlı sərnişinləri daşımaq üçün götürmüşdür. 20 yanvar 2023-cü il tarixdə həmin mikroavtobusla uşaqlar və digər şəxsləri daşımışdır. Həmin tarixdə Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda törətmiş olduğu inzibati xətanın nəticələrini dərk edir, əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində Şirvan şəhəri Naxçıvanski küçəsində xidmətdə olarkən «Mersedes Benz 207» mikroavtobus markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobili saxlanılmışdır. Həmin avtomobilin sürücüsü olan adını sonradan bildiyi Şəxs «Mersedes Benz 207» mikroavtobus markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobili «D» kateqoriyası olmadan sərnişin daşımaqla məşğul olması müəyyən edildikdən sonra bu barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş BD seriyalı 196478 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Mersedes Benz 207» mikroavtobus markalı **-LS-*** dövlət say nişanlı avtomobilin sahibi X1r. İnzibati xəta haqqında protokla əlavə edilmiş ƏN-Vİİİ 603505 nömrəli etirbarnamənin surətindən görünür ki, «Mersedes Benz 207» mikroavtobus markalı **- LS-*** dövlət say nişanlı avtomobil X3 tərəfindən X4 etibar edilmişdir. Məhkəmə proses iştirakılarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 44-cü bəndinə görə ümumi istifadədə olan nəqliyyat vasitəsi dedikdə sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə - on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs eyni vaxtda törətmiş olduğu hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.5-ci maddələri ilə təqsirli bilinməli və ona 332.5-ci maddənin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs inzibati xəta üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə tutulduğundan həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbsdə saxlamanın əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablansın. Azərbaycan Republikası DİN-i tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-49/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-49/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver