Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-49/2025 15.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs X3 iştirakı ilə , xx.xx.1981-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında yaşayan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ünvan 2 ünvanında şəxsi münasibətlər zəminində münaqişə zamanı X4 döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, ekspert rəyləri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2013-cü ildə Rəşadət Abbasova ilə ailə həyatı qurmuş, həmin evlilikdən bir qız övladı olmuşdur. Rəşadətlə aralarında tez-tez söz-söhbətlər olmuş, buna səbəb kimi Rəşadətin onun ailə üzvlərini qəbul etməməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə günorta qızını məktəbə yola saldıqdan sonra evdə Rəşadətlə iki olmuş, həmin vaxt Rəşadət ona xəyanət etdiyini bildirmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rəşadət onun sifət nahiyəsindən və bədənin müxtəlif nahiyələrindən zərbələr vurmuşdur. O, isə qarşılıq verməmişdir. Aralarında münasibətləri pozulduğundan məhkəməyə nikahın pozulması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsində boşanmaları ilə əlaqədar ilk proses xx.xx.2024-cü il tarixə təyin olunmuş, saat 09 radələrində yuxudan oyanmış, bu vaxt Rəşadətin səsini eşitmiş, oyanan zaman ondan sakit olmasını xahiş etmiş, lakin Rəşadət onu söyüb, təhqir etməyə başlamışdır. Bundan sonra evdən uzaqlaşmış, arvadı Rəşadət sonradan azyaşlı qızı Zəhranı öyrədərək, guya onu döyməsi ilə bağlı DİN-nin 102 xidmətinə şikayət etmişdir. O, Rəşadəti döyməmiş, ona xəsarət yetirməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına tənqidi yanaşaraq hesab edir ki, bu cür izahat özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, 2013-cü ildə Şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən bir qız övladı olmuşdur. Əlişirinlə ailə qurduqdan sonra münasibətləri normal olmuş, sonradan isə Əlişirinin həyatında bir nəfər tanımadığı qadının olması ilə əlaqədar onunla münasibətləri pisləşmişdir. Buna görə Əlişirinlə aralarında tez-tez söz-söhbətlər olmuşdur. xx.xx.2024-cü il tarixdə elə bu səbəbdən aralarında baş vermiş mübahisə zamanı Əlişirin onun baş nahiyəsindən zərbələr endirmiş, sonra uzaqlaşan zaman taxtaya ilişərək yerə yıxılmışdır. Hər ikisi Şirvan şəhər məhkəməsinə boşanmaları ilə əlaqədar müraciət etmişlər. Şirvan şəhər məhkəməsində boşanmaları ilə əlaqədar ilk proses xx.xx.2024-cü il tarixə təyin olunmuş, saat 09 radələrində Əlişirin yuxudan oyanmış, o, Əlişirindən məhkəmənin sənədlərinin harada olmasını soruşmuş, bu vaxt Əlişirin əsəbi halda onu söyüb, təhqir etməyə başlamış, ondan nalayıq sözlər işlətməməsini tələb etmiş, lakin Əlişirin onun sol üz nahiyəsinə sillə ilə vuraraq xəsarət yetirmişdir. Bundan sonra qollarını tutaraq, əli ilə sıxmağa başlamış, həmin vaxt o, qışqırmış, sonra Əlişirin evi tərk edərək getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs ilə X6 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs X1 zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs ilə X6 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs X1 zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8 Təcrübi və X7 şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 568 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədən səthində aşkar olunan xəsarətlər – alının sağ yarısında qançır, sağ əlin arxa səthində cızıqlar - küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8 Təcrübi və X7 şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 571 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədən səthində aşkar olunan xəsarətlər – sol dirsəkdə, hər iki dizin ön səthində cızıqlar - küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə təyin olunması inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır . Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, əmlak vəziyyətinin qənaətbəxş olmamasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını (onun iki gün müddətində, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə zorakı hərəkətlərə məruz qalmasını), onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin törətmiş olduğu əmələ münasibətini, özünü müdafiə xarakteri ifadələr verərək inzibati məsuliyyətindən yayınmağa çalışdığını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.1981-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-49/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-49/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver