Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-491/2024 10.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 nömrəli icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər məhkəməsinin 2(032)- 1438/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməlidir. Belə ki, icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, tələbin könüllü icrası haqqına bildiriş və qərar tərəflərə göndərilmişdir. Lakin verilmiş müddət ərzində tələb yerinə yetirilməmişdir. Borclu Şəxs xəbərdarlıq göndərisə də o, icra və probasiya şöbəsinə gəlməmişdir. Bundan sonra borclunun yaşadığı ünvana gedilmiş, lakin borclunu həmin ünvanda tapmaq mümkün olmamışdır. Beləliklə tərəflərindən xx.xx.2020-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə borclu Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gəlmişdir. İş üzrə borclu Şəxs izahat alınmış, yaranmış 4400 manat aliment borcunun ödənilməsi tələb edilsə də o, həmin alimenti ödəyə bilməyəcəyini və yaxın vaxtda həmin borcun bir hissəsini ödəyəcəyinə söz versə də, ancaq xx.xx.2024-cü il tarixdə həmin aliment borcundan 400 manatnı ödəyərək ödəniş qəbzini Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təqdim etmişdir. Sonradan ona dəfələlə xəbərdarlıqlar göndərilsə də, telefon əlaqəsi saxlanılsa da o, icra və probasiya şöbəsinə gəlməmiş və gəlməkdən imtina etmişdir. Beləliklə tərəflərindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuş və Şirvan şəhər məhkəməsinin 8(032)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı icra olunması üçün xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Polis şöbəsinə göndərilmişdir. Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən borclu Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə probasiya şöbəsinə təhvil verilmişdir. İş üzrə borclu Şəxs izahat alınmış, yaranmış 5440 manat aliment borcunun ödənilməsi tələb edilsə də, həmin alimenti borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Beləliklə borclu Şəxs bugünkü günə 5440 manat aliment borcu mövcuddur. Beləliklə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında protokol tərtib edilməsi zərurəti yaranmışdır. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan şəhər məhkəməsinin 2(032)-1438/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay hər uşaq üçün 100 manat olmaqla iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməsi qət edilmiş, borcu olduğunu etiraf edir, hal-hazırda işsizdir. Maddi imkanı olmadığından yaranmış aliment borcunu tam olaraq ödəyə bilməmişdir. Barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcun yarı hissəsinin ödənilməsini, əks təqdirdə barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)- 1438/2014 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-50/2024 saylı qərardadı ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs barəsində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə məcburi gətirilmə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona götə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 nömrəli icra vərəqələri ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev X7 şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-50/2024 saylı məcburi gətirilmə qərardadına əsasən xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu yəni, 10 iyun 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 iyun 2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-491/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-491/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver