Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-492/2023 04.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8”-nin nümayəndəsi X3, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekologiya monitorinq sektorunun müdiri X7 iştirakları ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Kayman adalarının “X8”-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən Şirvan şəhəri xx.xx.2023-cü il tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydasının pozulması və sənaye və məişət tullantılarının qalaqlanması qaydalarını pozmuş və “X8” Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyi qeyd olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8”-nin nümayəndəsi X11 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, “X8” Şirkəti (bundan sonra-"xxxx") Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), X4 və SOCAR Ortaq Neft Şirkəti arasında mövcud olan Azərbaycan Respublikasında Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında 2000-ci il ildə bağlanmış Saziş üzrə əməliyyat şirkəti qismində neft-qaz əməliyyatları ilə məşğul olur. Sazişin 23.4-cü bəndində qeyd edilir ki, kontakt sahəsi ilə və ya Kontakt sahəsində edilən hərəkətlətlə əlaqədar olaraq ARDNŞ-in və ya onun hər hansı sahəsinin həyata keçirdiyi hər hansı əməliyyatlar, o cümlədən lakin bununla məhdudlaşmadan, ətraf mühitə ziyan vurulması nəticəsində baş verən hadisələr-hər hansı ziyan, ölüm, itki və ya məsuliyyəti ilə əlaqədar olaraq hər hansı fiziki və ya hüquqi şəxs o cümlədən lakin bununla məhdudlaşmadan, hər hansı hökümət orqanları hər hansı Podratçı tərəfə və yaxud onun Ortaq şirkətlərinə qarşı hər hansı iradlar, tələblər irəli sürüldükdə və ya məhkəmə işə başladıqda ARDNŞ Qüvvəyə minmə tarixinədək həmin ziyanların, itkilərinvə məsuliyyətin hamısı üzrə hər bir Podratçı tərəfi və onun Ortaq şirkətlərini məsuliyyətdən azad edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 3.2-ci maddəsinin tələblərinə əsasən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. 3 saylı RETSİ tərəfindən istinad edilən yoxlama qanunun tələblərinə zidd olaraq yoxlamaların vahid məlumat reyestrində (Ədliyyə Nazirliyinin) qeydə alınmadan aparılmış, bu barədə Şəxsa məlumat verilməmişdir. Maddə 4. Yoxlamaların məqsəd və prinsipləri: Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir: 4.1. Yoxlamalar aşağıdakı prinsiplər əsasında aparılır: 4.2.1. qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq; 4.2.2. sahibkarın təqsirsizlik prezumpsiyası; 4.2.3. yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı; Həmin Qanunun 20.1-ci bəndində qeyd edilir ki, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Sadəcə 29 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 Monitorinq İdarəsi SOCAR-la razılaşdırılmış cədvələ əsasən əməkdaşlıq çərçivəsində Şirvan şəhərində 3 saylı RETSİ-nin sektor müdiri R. Məhərrəmov, SOCAR Upstream SƏTƏMM üzrə baş mütəxəssis İ. İbrahimov, SOCAR Ekologiya üzrə vitse-prezidentinin müşaviri M. Qurbanlı və əməliyyat şirkətinin ƏMƏİTƏMM şöbəsinin rəisi V.Bağırovun iştirakı ilə monitorinq keçirilmişdir və nəticədə akt tərtib olunmuşdur.Tərtib olunmuş akt da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 31-ci maddəsinin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Ümumiyyətlə bu aktda “tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması” və “sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi” faktlarının müəyyən edilməsinə dair hər hansı qeyd aparılmamışdır və MN №1762163 inzibati xəta haqqında Protokol həm də bu akta istinad tərtib olunmuşdur.Ümumi nəzər yetirəndə qeyd edilən İdarənin əməkdaşları tərəfindən istinad etdiyi Qanunun tələblərinə riayət edilməmişdir. MN №1762163 İnzibati xəta haqqında Protokol daha bir akta istinad edilərək tərtib olunmuşdur və bu aktın hansı tarixdə tərtib olunmasından və məzmunundan məlumatları yoxdur. Bundan əlavə tərtib olunmuş Protokolda konkret olaraq inzibati xətaların müəyyən edilməsi müddəti 07 aprel 2023-cü il tarix göstərilmişdir və bu tarixdə Şirkət ərazisində qeyd edilən idarə tərəfindən hər hansı yoxlama və ya monitorinq aparılmamışdır.Bundan başqa MN №1762163 İnzibati Xəta haqqında Protokol mücərrəd tərtib edilmişdir. Konkret olaraq Şirkət tərəfindən hansı inzibati xətaya yol verildiyi göstərilməmişdir. İstinad etdiyi onlara təqdim olunan xx.xx.2023-ci il tarixli aktda da İXM-nin 266.2 və 271-ci maddələrinin tərkib əlamətlərinə dair hər hansı xüsusat qeyd edilməmişdir. MN №1762163 İnzibati Xəta haqqında Protokol konkret kim tərəfindən imzalanması məlum deyildir. Protokolda oxunması çətinlik yaradır, lakin qeyd edilmişdir ki, Vaqif Bağırov protokolu imzalamaqdan imtina etmişdir. X5 bu Protokolu imzalamaq təklif olunmamışdır və məlumatsız olmuşdur. Sonrakı məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8”-nin nümayəndəsi X11 məhkəməyə əlavə etiraz təqdim edərək çıxışında bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə, 3 saylı RETSİ-nin əməkdaşları və əməliyyat şirkətinin ƏMƏTTƏMM şöbəsinin rəisi iştirakı ilə monitorinq keçirilmişdir və nəticədə 000456 nömrəli 2 vərəqdən ibarət akt tərtib olunmuşdur.Tərtib olunmuş 29 mart 2023-cü il tarixli 000456 nömrəli 2 vərəqdən ibarət aktın məzmunu ilə tanış olarkən “tullantıların emalı verlərinin müəyyənləşdirilməsi, lavihdhsdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması” və “sznave və məişət tullantılarının qalaqlanması va yandırılması zanuını ətraf mühitin mühafizəsi tələblərinə amal edilməməsi” faktlarının müəyyən edilməsinə dair heç bir qevd qeyd aparılmamışdır. Lakin bununla belə 07 aprel 2023-cü il tarixdə 3 saylı RETSİ-nin məsləhətçi müfəttişi X1 tərəfindən MN №1762163 İnzibati xəta haqqında Protokol tərtib olunmuşdur və bu protokola 2 vərəqdən ibarət akt və 1 vərəqdən ibarət qoşma olaraq VÖEN əlavə olunmuşdur. Bununla belə bu inzibati xəta haqqında iş üzrə icraat üzrə məhkəmə baxışında məlum olmuşdur ki, 07 aprel 2023-cü il tarixdə Şirkətin nümayəndələrinin iştirakı olmadan 78879 № AKT tərtib olunmuşdur və aktın məzmunu ilə tanış olarkən məlum olur ki, bu akt konkret müddət göstərilməyən hansısa bir akta istinad edilib tərtib olunmuşdur. 78879 № AKT qanuna zidd olaraq tərtib olunmuşdur, Əvvəlla həmin tarixdə monitorinq keçiriİməmişdir. Həmin tarixdə 3 saylı RETSİ-nin olunmuşdur. Bu aktın tərtib olunmasında qevri-obyektivlik var. Nümayəndələr 07 aprel 2023-cü il tarixdə həmin görüşdə iştirak ediblər. Hansı səbəbdən onlara bildirilməyib ki, hansısa AKT tərtib olunacaq?! İXM Potokolun tərtib edilməsindən belə məlumatsız olmuşlar. Çünki, monitorinq 29 mart 2023-cü il tarixdə keçirilmişdir, əraziyə baxış keçirilmiş və Akt tərtib olunmuşdur. Əgər mədən ərazisində hər hansı nöqsan və ya çatışmamazlıq müəyyən edilsə idi, 29 mart 2023-cü il tarixdə tərtib olunan Aktda qeyd edilməli idi.Bundan başqa 3 saylı RETSİ-nin məsləhətçi müfəttişi X1 tərəfindən MN №1762163 İnzibati xəta haqqında protokol tərtib olunarkən İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Şirkət müstəqil hüquqi şəxsdir, “Socar”-ın tabeçiliyində deyil, onun barəsində hər hansı bir yoxlama qanuna müvafiq qaydada aparılmalı və şirkət bununla əlaqədar əvvəlcədən məlumatlandırılmalı idi, lakin bütün bu məcburi tələblərə əməl olunmadığından barələrində protokol tərtib olunmuşdur. Protokolun təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekologiya monitorinq sektorunun müdiri X13 məhkəmə iclasında iştirak edərək “X8” -nin barəsində tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokolu müdafiə etdi, “X8”-nin inzibati məsuliyyətə cəlb edilməsini, barəsində tənbeh tətbiq edilməsini xahiş etdi. İzahatında bildirdi ki, qeyd olunan inzibati xəta Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə “Socar” arasında bağlanmış xx.xx.2023-cü il tarixli sazişə əsasən SOCAR-ın dənizdə və quruda fəaliyyət göstərən qurumlarında, əməliyyat şirkətlərində ETSN XKEMİ ilə birlikdə aparılan monitorinq zamanı aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, MN №1762163 İnzibati xəta haqqında Protokol akta istinad edilərək tərtib olunmuş və bu aktın hansı tarixdə tərtib olunmasından və məzmunundan məlumatları yoxdur. Bundan əlavə tərtib olunmuş Protokolda konkret olaraq inzibati xətaların müəyyən edilməsi müddəti 07 aprel 2023-cü il tarix göstərilmişdir və bu tarixdə Şirkət ərazisində qeyd edilən idarə tərəfindən hər hansı yoxlama və ya monitorinq aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclasında protokolun məzmununa uyğun ifadə verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə “Socar” arasında bağlanmış xx.xx.2023-cü il tarixli sazişə əsasən SOCAR-ın dənizdə və quruda fəaliyyət göstərən qurumlarında, əməliyyat şirkətlərində ETSN XKEMİ ilə birlikdə aparılan monitorinq zamanı “X8” şirkətinin fəaliyyəti zamanı müvafiq aktlarda göstərilən ətraf mühitə zərər vuran ekoloji mühiti korlayan inzibati xəta törətmələri müəyyən edildiyindən müvafiq protokol tərtib edilmişdir. Həmçinin şirkətin ərazisində yalnız xx.xx.2023-cü il tarixdə olmalarını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə “Socar” arasında bağlanmış xx.xx.2023-cü il tarixli sazişə əsasən SOCAR-ın dənizdə və quruda fəaliyyət göstərən qurumlarında, əməliyyat şirkətlərində ETSN XKEMİ ilə birlikdə “Şirvan Oyl” və “Karasu” ƏŞ-ləri xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ekoloji monitorinq keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin dövlət qeydiyyatı haqqında ********** VÖEN nömrəli şəhadətnaməyə əsasən Kayman adalarının Şəxsı idarə tərəfindən xx.xx.2000-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli, KAOC.SER/047/19 nömrəli müqaviləyə əsasən sifarişçi “X8” şirkəti ilə icraçı SOCAR-ın X10 MMC arasında əvəzsiz xidmət müqaviləsi bağlanmışdır. Məhkəmə iş materiallarını öyrənərək, tərəflərin nümayəndələrinin izahatını dinləyərək, sübutlara qiymət verərək hesab edir ki, inzibati xəta haqqında protokolda göstərilən inzibati hüquqpozma öz təsdiqini tapmadığından Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən işin icraatına xitam verilməlidir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 271-ci maddəsinə əsasən, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.4-cü maddəsinə əsasən bu qanunda istifadə olunan anlayışlar yoxlayıcı - yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxsi ifadə edir. 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 5.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin, yoxlamaların aparılması ilə bağlı normativ hüquqi aktların aydın olmayan və ya bir-birinə zidd müddəaları aşkar edildikdə sahibkara münasibətdə daha əlverişli olan müddəa tətbiq edilir. 5.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulmasına görə məsuliyyət tədbirləri yalnız qanunla müəyyən edilir. 11.1-ci maddəsinə əsasən yoxlayıcı orqan apardığı yoxlamalara dair (aparılmış yoxlamaların sayı, xüsusiyyəti, yoxlamaların nəticələri, o cümlədən yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar, məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər və görülmüş məsuliyyət tədbirləri) və sahibkarların öz nəzarət sahəsi üzrə risk qrupuna aid edilməsi barədə məlumatların elektron uçotunu aparır. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.4-cü maddəsinə əsasən yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə qeyd edir ki, şəxsin istənilən növ məsuliyyətə cəlb edilməsinin əsası kimi məhz onun təqsirli olaraq törətdiyi qanun pozuntusu çıxış edir. Həmçinin İnzibati məsuliyyətə cəlb edilməsi də şəxsin inzibati xətalar məcəlləsi ilə nəzərdə tutulmuş əməli təqsirli olaraq pozmasında təzahür edir. Məsuliyyət məsələsinin əsas prinsiplərindən də biri isə məhz şəxsin özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsindən azad olunmasıdır. Şəxsin təqsirli olmasını isə təbii ki, bu məsuliyyətin olmasını iddia edən tərəf əldə etdiyi qanuni sübutlarla təsdiq etməlidir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “X8” şirkəti müstəqil hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur, bu fəaliyyəti çərçivəsində SOCAR ilə qarşılıqlı əlaqələri var və xarici hüquqi şəxsin filialı olduğundan müvafiq dövr ərzində aparılmış neft-qaz əməliyyatları barədə yerli dövlətin neft siyasətini həyata keçirən qurumuna, yəni SOCAR-a mütəmadi hesabat xarakterli məlumatlar verir. Bu baxımdan SOCAR ekoloji vəziyyətlə əlaqədar şirkətlər tərəfindən məlumatlar toplayır və bu sahədə monitorinqlər aparır. Göründüyü kimi göstərilən tədbirlər bir şirkətin barəsində aparılan yoxlama deyil və onun yaratmış olduğu nəticələr bir hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu isə sırf sahəvi norma olmaqla bu sahədə olan münasibətləri birbaşa olaraq tənzimləyir, aparılan istənilən yoxlamaların imperativ qaydasını müəyyən edir və bu qanundan kənar istənilən növ yoxlamaların hüquqi nəticəsinin olmadığını bəyan edir. Belə olan vəziyyətdə isə, yəni hüquqi şəxsin təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsini rəhbər tutmaqla Kayman adalarının “X8”-nin barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs Kayman adalarının “X8”-nin barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-492/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-492/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver