Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-493/2023 10.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istehlak etmişdir. Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 10 aprel 2023-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, uzun müddətdir narkotik vasitədən istifdə edir, xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında hərəkətdə olarkən yolun kənarında 1 sellofan büküm onun diqqətini çəkmiş, yaxınlaşaraq həmin bükümü götürmüş və içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və istifadə etmək məqsədilə həmin bükümü üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə 16:10 radələrində Şirvan şəhəri L-nt İbrahimov küçəsində hərəkətdə olarkən Şirvan ŞPŞ-nin əməkdaşlarını görmüş, Şirvan şəhər Polis Şöbəsinin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində qanunsuz olaraq narkotik vasitənin olmasından şübhələndiklərini bildirib onlarla birlikdə polis şöbəsinə getməyini təklif etdilər. O da polis əməkdaşları ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmiş, Polis Şöbəsində üzərinə baxış keçirilərkən əynində olan boz rəngli pencəyin içəri sol cibindən 1 ədəd sellofan bükümü təqdim etmişdir. Şifahi edilən sorğu zamanı bildirdi ki, həmin 1 ədəd sellofan büküm narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində yaşadığı evin yaxınlığında gəzən zaman yerdən tapmışdır.O narkotik vasitədən arabir istifadə edir, həmin narkotik vasitəni özü istifadə edir, satışq məqsədi olmamışdır. Hazırda törətmiş olduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətindn görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmçinin Şəxs üzərindən aşkar edilmiş 0,100 qram narkotik maddə olan heroin ekspertiza tədqiqatından sonrakı çəkisi 0,100 qram heroin maddi sübut olaraq saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan Regional bölməsinin 18/378 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilej kəsiyi bükümdə təmiz çəkisi - 0,100 qram olan maddə kustar üsulla hazırlanmış, narkotik vasitə heroindir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator Məcburi- Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli 1737 nömrəli rəyində qeyd edilmişdir ki, Şəxs bir neçə narkotik vasitələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkololi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023cü il tarixli qərarına əsasən İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Məmmədov X2 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda inzibati işin materiallarından göründüyü kimi Şəxs üzərindən aşkar edilmiş 0,100 qram narkotik maddə olan heroin ekspertiza tədqiqatından sonrakı çəkisi 0,100 qram heroin maddi sübut olaraq saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şirvan şəhər polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş, tədqiqatından sonrakı çəkisi 0,100 qram heroin maddi sübut məhv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 16 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanması nəzərə alınıb cəzasından 1 (bir) gün çıxılmaqla ona 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,100 qram olan narkotik vasitə qurudulmuş heroin məhv edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-493/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-493/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver