Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-495/2024 25.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: 13 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan şəhər ərzisində Şəxs həyətyani sahəsində 06 iyun 2024-cü il tarixində köküstə yaş şam ağaclarının yan budağlarını kəsib götürmüş və ağaclar zədələnmişdir. Buna görə 06 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsna məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir.Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişləri Zamin Səmədov və Babazadə Əliqismət tərəfindən tərtib edilmiş 06 iyun 2024-cü il tarixli, 84401 nömrəli aktdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən “X6 və Yaşıllığın Mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının və bu sahədə qəbul edilmiş digər normativ hüquqi aktları rəhbər tutaraq Şirvan şəhər inzibati ərazisində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri H.Əliyev prospektində yerləşən Şirvan İnşaat tikinti materialları satış məntəqəsinin qarşısında ümumilikdə 27 ədəd şam ağacının sərt şəkildə budanması faktı tərəflərindən aşkar olundu. Aparılan araşdırma zamanı özünü X1 təqdim edən şəxs yazılı izahat verərək Şəxs icraçı direktoru vəzifəsində işlədiyini, Şirvan İnşaat mağazasının qarşısında olan şam ağaclarının uzun müddət əvvəl onlar tərəfindən əkildiyini və sözügedən ağacları budamaq məqsədi ağaclara aqrotexniki qulluq göstərmək olduğunu qeyd etmişdir. Araşdırma zərurətilə əlaqədar aparılan ölçmə işləri zamanı şam ağacları 2 ədəd hər birinin diametri 20 sm, 3 ədəd hər birinin diametri 23 sm, 5 ədəd hər birinin diametri 16 sm, 1 ədəd diametri 14 sm, 3 ədəd hər birinin diametri 12 sm, 2 ədəd hər birinin diametri 15 sm, 2 ədəd hər birinin diametri 21 sm, 1 ədəd diametri 22 sm, 1 ədəd diametri 24 sm, 1 ədəd diametri 17 sm, 1 ədəd diametri 18 sm, 1 ədəd diametri 9 sm, 3 ədəd hər birinin diametri 10 sm, 1 ədəd diametri 11 sm olduğu müəyyən olundu.Araşdırma zamanı budanan ağacların bioloji vəziyyətini müəyyən etmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzindən mütəxəssis sözügedən ərazidə dəvət olundu. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin təqdim etdiyi rəydə “Şirvan şəhər H.Əliyev prospektində fəaliyyət göstərən Şirvan İnşaat tikinti materillar satış mağazasının qarşısında 27 ədəd Şam ağacında sərt şəkildə budanma aparılsa da ağacların bioloji inkişafına heç bir təsir göstərilmədiyi” qeyd olunmuşdur. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin tarixdə Şəxs ilə X4 arasında müddətsiz əmək müqaviləsi bağlanılmış və ona hər ay 345 manat məbləğində əmək haqqı ödənilməklə direktor vəzifəsinə götürülmüşdür. X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatında bildirmişdir ki, Şəxsnda icraçı direktor vəzifəsində işləyir. Şirvan İnşaat mağazasının qarşısında olan şam ağacları uzun müddət əvvəl tərəflərindən əkilmiş hər il mövüsümü dövrdə budanır, hər bir ağacın kök hissəsi damcı suvarma vasitəsilə suvarılır. Sözügedən ağacların sərt şəkildə budanmasının qanun pozuntusu olduğunu bilməmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun: 1.0.3-cü maddəsinə əsasən yaşıllıqların mühafizəsi - X6 və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdir. 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 253.4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. İşin faktiki hallarından müəyyən olunur ki, xx.xx.2024-ü il tarixdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri H.Əliyev prospektində yerləşən Şirvan İnşaat tikinti materialları satış məntəqəsinin qarşısında ümumilikdə 27 ədəd şam ağacının sərt şəkildə budanması faktı aşkar edilərək bu barədə 84401 nömrəli akt tərtib edilmiş və daha sonra Şəxs İXM-in 253.2-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 262.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-495/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-495/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver