Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-496/2023 11.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Şirvan şəhərinda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsində sürücü işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Şirvan şəhərinin “kənd evləri” yaşayış massivində X4 İdarəsinin əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışdır. İnzibati xəta hadisənin olması 10 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı evin qarşısında olarkən “VAZ 2115” maşın markalı avtomobil həmin küçədə yüksək surətlə hərəkət etmiş, bu zaman X4 əməkdaşı xidməti avtomobil ilə həmin yüksək surətlə gedən maşını təqib etmişlər, bu zaman küçədə iki azyaşlı övladları, eləcədə ailə üzvləri olmuş, o da yol polislərinin xidməti avtomobilini saxlatmış, hansı səbəbdən belə yüksək sürətlə hərəkət etməsini soruşmuş, polisə iradını bildirmişdir. Hadisə zamanı bir qədər içkili olduğundan polisi təhqir etmişdir. Hazırda əməlindən peşmandır. Şirvan şəhər PŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində xidmətdə olduğu zaman “BMW” markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobildə “kənd evləri” yaşayış massivində bir nəfər şəxsin avtomobilin qarşısını kəsərək onunla kobud, nalayiq ifadələr işlədərək hədə-qorxu gəlmiş, ona dəfələrlə sakitləşməyini bildirmiş, normal halda ona fikrini izaht etməsini istəmişdir. O isə buna baxmayaraq onu və bütün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək küçədə olan vətəndaşları başına toplamış, şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Bununla bağlı tədbir görməyinə baxmayaraq həmin şəxsin əlini xidmət apardığı avtomobilin şüşəsinə möhkəm vuraraq ona “başına oyun açacağam və bundan sonra bu şəhərdə xidmət aparmağa qoymayacağını” demişdir. O isə Növbətçi Hissəyə məruzə edərək həmin əraziyə yaxın olan Post Patrul Xidmətini köməyə çağırmış, həmin şəxs Post Patrul Xidmətinin köməkliyi ilə Polis Şöbəsinə gətirilmiş və X1 Hissəsinə təhvil verilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 aprel 2023-cü il tarixdə, saat 23:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 130 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-496/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-496/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver