Məhkəmə qərarları › İş №3(032)-501/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-501/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-501/2024 12.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-də 3 saylı sexin ustası X4, Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorluğunun müstəntiqi X3, xx.xx.1958-ci ildə Salyan rayonu Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-də 3 saylı sexin ustası X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu Şirvan şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs (FİN: xxxxxxx) texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs, yəni Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin 3 saylı sexinin rəisi vəzifəsini müvəqqəti icra edərkən işçilərin əmək və istehsalat intizamına, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl etmələrinə nəzarət etməklə işçi Zərərçəkmiş şəxs iş zamanı paltarın (iş geyiminin) qolunun manietlərini bağlamadan “Rotor Pres” ştamplayıcı dəzgahında işləməsinə yol verdiyinə, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl etməsinə nəzarəti təmin etmədiyinə, "xxxx" nın 3.4, 3.5 bəndlərinin tələblərinin pozması nəticəsində MMC-nin 3 saylı sexinə müvəqqəti olaraq ştamplayıcı vəzifəsinə keçirilmiş Zərərçəkmiş şəxs 06 aprel 2024-cü il tarixdə saat 11:20 radələrində “Rotors Pres” ştamplayıcı dəzgahında ştamplama işləri görərkən, sağ said nahiyəsinin əzilmiş didilmiş yarası, kompartman sindiromusağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vuran xəsarətlərini almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 198.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-də 3 saylı sexin ustası X8 izahat verərək bildirdi ki, 2022-ci ildən "xxxx" MMC zavodun 3 saylı sexində usta vəzifəsində çalışır. 3 ay müddətində 3 saylı sexin rəisi Akif Abdullayev məzuniyyətdə olduğu üçün həmin sexin rəisi vəzifəsini o icra etmişdir. 3 saylı sexdə işçi çatışmazlığı olduğu üçün Zərərçəkmiş şəxs rəhbərliyin göstərişi ilə 2 saylı sexdən 3 saylı sexə müvəqqəti olaraq keçirilmişdir. O, vəzifə ilə bağlı Zərərçəkmiş şəxs şifahi olaraq təlimatlandırmışdır. Hadisə Zərərçəkmiş şəxs özünün günahı ucbatından baş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs eyni prosesi icra edərkən əynində olan işçi köynəyinin sağ, qolu həmin dəzgaha ilişmiş və sağ qolundan xəsarət almışdır. Zərərçəkmiş şəxs ona verilmiş xüsusi geyimin qolunu qatladığı üçün həmin hissə dəzgaha ilişmişdir. Onun günahı onda olmuşdur ki, Zərərçəkmiş şəxs şifahi olaraq təlimatlandırsa da, onu təlimatlandırmasına dair sənədə imza çəkdirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2 saylı sexdə dəzagahda ştamplayıcı vəzifəsində işləmişdir. Onun vəzifəsi 2 saylı sexdə istehsal olunan mərmirlərin keyfiyyətinə nəzarət etməkdir. 06 aprel 2024-cü il tarixdə saat 10 radələrində "xxxx" MMCnin 2 saylı sexinin rəisi İlqar ona 3 saylı sexdə işçi çatışmazlığının olduğunu, ora getməyini, orada qurğuşun sıxılmasını həyata keçirən dəzgahda işləməyini tələb etmişdir. O İlqara həmin dəzgahda əvvəllər işləmədiyini , həmin dəzgahdan anlayışı olmadığını bildirmiş, İlqar isə ona işlədikcə öyrənəciyini bildirmişdir. Həmçinin dəzgahda işləmək üzrə heç bir təlimat almamışdır. O, bundan sonra qurğuşunları dəzgaha qoyurmuş və həmin dəzgah qurğuşunun içində olan içliyi sıxırmışdır. O, bir neçə saat dəzgahda işlədikdən sonra əynində olan xususi geyimin sağ qolu uzun olduğu üçün qatlamış, geyimi dəzgaha ilişmiş və dəzgah onun qolunu özünə doğru fırlatmışdır, sol əli ilə dəzgahı söndürməyə çalışsa da əli düyməyə çatmamış, qolu dəzgaha doğru gedən zaman o, qışqırmış , lakin ətrafda olan şəxslər ona köməyə gələnə qədər dəzgahın 4 dişindən 3-ü onun sol qoluna batmış və qolunu zədələmişdir. Onu tibbi yardım üçün Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirmişdir. Orada ona tibbi yardım oldunduqdan , onu "xxxx" MMC-yə gətirmişlər, müdir müavini Şəhla Əsgərə bildirmişdir ki, təhlükəsizliyə dair hansı sənədlər varsa onu gətirsin, o həmin sənədlərə imza çəksin. O, isə həmin sənədləri həm sağ qolundan xəsarət aldığından, həm də onunla maraqlanmadıqlarından imzalamamışdır. evə buraxılmışdır. 4 gün müddətində o evdə nəzarətsiz vəziyyətdə qalmışdır, onunla heç kim maraqlanmamışdır. Qolunda ağrılar çox olduğundan yenidən ona tibbi yardım göstərmiş Şəmsi həkimin yanına getmiş, həkim bildirmişdir ki, qoluna baxılması üçün Bakı şəhərində xəstəxanaya getməlidir. O bundan sonra qolundan Bakı şəhərində əməliyyat olunmuş, orada həkim bildirmişdir ki, əgər iki ay ərzində qolunda yaxşılaşma olmasa yenidən əməliyyat olunmalıdır. Lakin artıq dördüncü aydır ki, qolunda yaxşılaşma olmamışdır, o qolunu işlədə bilmir. Artıq dördüncü aydır ki, "xxxx" MMC-dən ona nə əmək haqqı, nə bülleten pulu, nə də kompensasiya ödənilməmişdir. Ümumilikdə, "xxxx" MMCdən əməliyyat zamanı həkim pul istədiyindən 500 manat həkimə, 150 manat isə ona pul verilmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Zərərçəkmiş şəxs məhkəmə bildirişi verilməsinə baxmayaraq , lakin o məhkəməyə gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorluğunun müstəntiqi X7 məhkəmə iclasında qərarı müdafiə edərək, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir . Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Şirvan şəhər prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş : Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 22 nömrəli əmrinin surətindən görünür ki, 3 saylı sexin rəisi X1 məzuniyyətdə olduğu müddətdə (xx.xx.2024-xx.xx.2024) onun vəzifəsi 3 saylı sexin ustası Şəxs əməkhaqqı fərqi ödənilməklə həvalə edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 49 nömrəli Əmrin icra müddətinin uzadılması barədə əmrin surətindən görünür ki,

1. 3 saylı sexin rəisi X2 yenidən, xx.xx.2024-cü tanxindən növbəti əmək məzuniyyətinə getməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli 22 saylı ümumi əmrin icra müddəti uzadılsın. (icraçı: X.S.Mahmudova);

2. Əmrin icrasına nəzarət baş mühasib V.Ə.Əmirova tapşırılsın;

3. İcraya nəzarət, kargüzarlıq və təsərrüfat xidməti bu əmrin surətini aidiyyəti şəbəğ çatdırılmasını təmin etsin (İcraçı: M.Mehdiyeva). Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin sex rəisinin vəzifə təlimatının surətindən görünür ki, 1.1 Sex rəisi ali - texniki təhsilli və 2 ildən az olmayaraq iş stajı və ya orta ixtisas təhsili və yaxud istehsalatin operativ idarə olunması üzrə 3 ildən az olmayaraq iş stajı olan şəxs təyin edilir. Bu vəzifə rəhbər kateqoryasına aiddir. 2.1 İSO 9001;2008 standartı əsasında işlənmiş və təbiq edilmiş keyfiyyətə idarə etmə siteminin tələblərinə əməl etmək; 2.2 Müəssisənin əsas istehsalatını texnooloji dəstlərlə (ştaplar, pres formalar, tərtibatlar, konduktorlar, kəsici alətlər, xüsusi təniyantlı, ölçü cihazları, təmi etmək; 2.11 Əməyin mühafizəsi , texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına və normalarına riayət etmək; 3.3 Təhlükəli işlərin əvvəlcədən işlənib hazırlanmış plan üzrə aparılmasına rəhbərlik edir; 3.4 İşçilərin əmək və istehsalat intizamına , işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl etmələrini, təhlükəsiz iş üsullarının tətbiqini təmin edir; 3.5 əmək şəraitinin vəziyyətinə daim nəzarət edir; 3.7 müəyyən olunmuş müddətdə fəhlələrin təhlükəsiz iş üsulları üzrə təlimatlandırılmasını bu haqda xüsusi jurnalda qeydlər aparmaqla həyata keçirmək ƏM, TT və YMX qaydaları üzrə vəzifələri vardır. 5.1 Bu təlimatda nəzərdə tutulan əsas vəzifə və funksiyaları yerinə yetirilməməsinə görə; 5.4 Əmək qanunvericiliyində əmək və icra intizam haqqında qaydalara əməl edilməməsinə görə məsuliyyət daşıyır. X4 xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, 1985-ci ildən X5 MMC-də çalışır. 2022-ci ildən isə həmin zavodun 3 saylı sexində usta vəzifəsində çalışır. Xidməti vəzifələrimə sexdə işləyən işçiləri tələmatlandırmaq, dəzgahların sazlığını yoxlamaq və sair vəzifələr daxildir. Zərərçəkmiş şəxs Tlidayət qızını uzun müddətdir ki, tanıyır. Onunla heç bir düşmənçilik və ədavəti yoxdur. Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı qeyd edir ki, 3 saylı sexdə işçi çatışmazlığı olduğu üçün Zərərçəkmiş şəxs Telemexanika Zavodu MMC-nin direktorunun 06 aprel 2024-cü il tarixli əmri ilə 2 saylı sexdən 3 saylı sexə müvəqqəti olaraq keçirilmişdir. Həmin vaxt 3 saylı sexin rəisi Akif Abdullayev məzuniyyətdə olduğu üçün həmin sexin rəisi vəzifəsini o icra etmişdir. Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin 2 saylı sexinin İV dərəcəli vizual nəzarətçisi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində bilavasitə iş vaxtı ərzində baş vermiş hadisə zamanı sağ qolundan xəsarət almışdır. Hadisə 3 saylı sexdə yerləşən “Rotor Press RP- 91” dəzgahında baş vermişdir. Belə ki, həmin dəzgahda dəmir içliyin qurğuşun köynəyə preslənməsi əməliyyatı icra olunur. Zərərçəkmiş şəxs eyni prosesi icra edərkən əynində olan işçi köynəyinin sağ, qolu həmin dəzgaha ilişmiş və sağ qolundan xəsarət almışdır. Onda olan məlumata görə Zərərçəkmiş şəxs ona verilmiş xüsusi geyimin qolunu sökdüyü üçün həmin hissə dəzgaha ilişmişdir. Zərərçəkmiş şəxs 3 saylı sexə presləyici peşəsinə keçirildikdən sonra ona tərəfindən şifahi təlimat keçirilmiş, lakin həmin təlimat sənədləşdirilməmişdir. Təlimatın sənədləşdirilməsini o vaxt baxımından çatdıra bilməmişdir. Zərərçəkmiş şəxs xəsarət almasının birbaşa şahidi olmamışdır . Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, 2003-cü ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Telemexanika Zavadu MMC-də çalışır. O, işə ilk dəfə dəzgahda ştamplayıcı vəzifəsi ilə başlamışdır. 2021-ci ildən halhazıra qədər isə 2 saylı sexdə vizual müşahidəçi kimi çalışır. Onun xidməti vəzifələrinə 2 saylı sexdə istehsal olunan mərmirlərin keyfiyyətinə nəzarət etməkdir. MMC ilə rəsmi müqaviləsi vardır. Onun iş qrafiki həftənin 5 günü saat 08 dən axşam saat 17-yə qədərdir. Hər gün işə başlamazdan öncə texniki təhlükəsizlik şərtləri ilə tanış olur və müvafiq jurnala imza edir. 06 aprel 2024-cü il tarixdə saat 09 radələrində "xxxx" MMC-nin 2 saylı sexinin rəisi İlqar ona 3 saylı sexdə işçi çatışmazlığının olduğunu, ora getməyini, orada qurğuşun sıxılmasını həyata keçirən dəzgahda işləməyini tələb etmişdir. O da dərhal 3 saylı sexə getmiş və İlqarın ona dediyi dəzgahda işləməyə başlamışdır. O həmin dəzgahda əvvəllər işləməmiş, həmin dəzgahdan anlayışı yoxdur. Həmçinin dəzgahda işləmək üzrə heç bir təlimat almamışdır. 3 saylı sexin rəis əvəzi Surə adlı qadın ona şifahi olaraq dəzgahda işləməyi başa salmışdır. O, bundan sonra qurğuşunları dəzgaha qoyurmuş və həmin dəzgah qurğuşunun içində olan işliyi sıxırmışdır. O, bir neçə saat dəzgahda işlədikdən sonra əynində olan xususi geyimin sağ qolu dəzgaiha ilişmiş və dəzgah onun qolunu özünə doğru fırlatmışdır, sol əli ilə dəzgahı söndürməyə çalışsa da əli düyməyə çatmamış, qolu dəzgaha doğru gedən zaman o, qışqırmış , lakin ətrafda olan şəxslər ona köməyə gələnə qədər dəzgahın 4 dişindən 3-ü onun sol qoluna batmış və qolunu zədələmişdir. Dəzgahı Emin adlı şəxs ayırmış və qolunu dəzgahdan çıxarmışlar. Onu tibbi yardım üçün direktor müavini Şəhla Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirmişdir. Orada ona tibbi yardım oldunduqdan sonra onu yenidən Telemexanika Zavoduna geri qaytarmış və orada ona təlimata imza etməyini bildirmiş, o, Şəhlaya sağ qolunun zədələndiyini imza edə bilməyəcəyini demişdir. Jurnalları gətirən Əsgər adlı mühəndis onun əvəzinə jurnala imza edəcəyini bildirmişdir. Həmin imzanı çəkməyə Şəhla adlı qadın Əsgərə tapşırıq vermiş, Onda olan məlumata görə Əsgər onun yerinə təlimat jurnalına imza etmiş, həmçinin guya onun 3 saylı sexə keçməyinə razı olmağı barədə də tərtib edilmiş sənədə imza etmişdir. Lakin o, heç bir sənədə imza etməmişdir. Onun şikayət və tələbi vardır. Həmçinin, Şəmsi adlı həkim onun tibbi sənədinə guya cızıq xəsarətləri almağı barədə qeydlər etmişdir. Lakin onun qolu ciddi şəkildə zədələnmişdir. Xahiş edir ki, ona konpensasiya ödənilsin, pensiya təyin olunsun. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 08 aprel 2024-cü il tarixli 183 №-li rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər -sağ said nahiyyəsinin əzilmiş didilmiş yarası, kompartman sindromu (əzələ və sinir qruplarının fassiya ilə əhatə olunduğu ərazidə toxuma təzyiqinin artması nəticəsində meydana gələn yerli toxuma perfuziyasının pozulması vəziyyətidir) - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 06 aprel 2024-cü il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Dərəcəsinə görə qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2024-cü il tarixli 3-16-16/2-10/2808 №-li rəyinin surətindən görünür ki, qərarın birinci və ikinci sualları üzrə; Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “X6” MMC-də “Rotor Pres” ştamplayıcı dəzgahda iş prosesi zamanı işçinin paltarının qolunun dəzgahın fırlanan hisələrinə ilişməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur ; Baş vermiş hadisə ilə əlaqədar, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST” (Dövlət standartı) nın 1.2-ci, 4.4-cü bəndlərinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin “b, “d” abzaslarının və "xxxx"nın 3.4, 3.5 bəndlərinin tələbləri pozulmuşdur ; İşçi Zərərçəkmiş şəxs iş zamanı paltarın (iş geyiminin) qolunun manietlərini bağlamadan “Rotor Pres” ştamplayıcı dəzgahda işləməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin “b”, “d” bəndlərinin tələbləri pozulmuşdur ; İşçilərin əmək və istehsalat intizamına, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalarına əməl etmələrinə nəzarət etməklə işşi Zərərçəkmiş şəxs iş zamanı paltarın (iş geyiminin) qolunun manfetlərini bağlamadan "Rotor Pres” ştamplayıcı dəzgahında işləməsinə yol verdiyinə görə, "xxxx"nın 3.4, 3.5 bəndlərinin tələbləri hadisə baş verən günü həmin sexin rəisi vəzifəsini müvəqqəti icra etmiş saylı sexinin ustası vəzifəsində işləyən X8 tərəfindən pozulmuşdur ; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları tanış edilməmiş və nəzəri bilikləri yoxlanılmamış işçi Zərərçəkmiş şəxs "Rotor Pres” ştamplayıcı dəzgahda işləməsinə yol verildiyinə görə, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004- 00 DÜST” (Dövlət standartı) nın 1.2, 4.4 bəndlərinin tələbləri Telemexanika Zavodu” MMCnin direktoru Feyruz Əsədov tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli 189/Ş №-li əmrə əsasən işçinin ƏM, TT və YM qaydaları üzrə təlimatlandırılmasının aparılması həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. xx.xx.2024-cü il tarixli baxış aparılması haqqında protokolun surətindən görünür ki, Şirvan şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünası X12 63c-24 nömrəli toplanmış material (cinayət işi) üzrə xx.xx.2024-cü il tarixdə 13:00-saatdan 13:50 saatadək "xxxx" MMC hadisə yerinə baxış aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən “ Sənmaye cihaz” ETM-nın "xxxx" idarəetmə şöbəsinin 3 saylı sexidir. Burada xx.xx.2024-cü il tarixdə müvəqqəti olaraq ştaplayıcı dəzgahda işləyərkən işçi Zərərçəkmiş şəxs sağ qolunun işçi geyimi fırlanan “Rotor Pres” ştamplayıcı dəzgaha ilişərək dəzgahın 3 (üç) ştampı bilək hissəsinə bataraq xəsarət almışdır. Dəzgahın ştamp olan hissə saat əqrəbi istiqamətində fırlanmaqla bir dəqiqə ərzində 50-60 dövr edir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə asasən cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-nin direktoru X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXİ fəslinə aid edilmiş İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta siyasi, sosial və əmək hüquqları əleyhinə olan xətadır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, X8 həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəməc işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs "xxxx" MMC-də 3 saylı sexin ustası X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə

qərara aldı:

"xxxx" MMC-də 3 saylı sexin ustası X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz ) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar