Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-505/2025 29.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, xx.xx.1991-ci ildə Əli-Bayramlı (indki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən Şirvan şəhəri Polis Şöbəsi və Baş Dövlət Yol Polsi İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* və həmin tarixli İXP ******* saylı hazırkı protokollar tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə xx.xx.2024-cü il tarixli, EQ 21577275 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat miqdarında cərimə (48 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ 21738876 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ 22143691 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ 22581728 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ 23110831 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ 23165956 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ 23523963 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ 23628955 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ 23921523 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ 24037668 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), xx.xx.2024-cü il tarixli, EQ 24549800 nömrəli protokol üzrə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə (30 manat dəbbə pulu), edilməsinə baxmayaraq, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* və həmin tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan “Asan ödəniş” sistemi üzrə əldə olunmuş çıxarışdan görünür ki, EQ 21577275 saylı, EQ 21738878 saylı, EQ 22143691 saylı, EQ 22581728 saylı, EQ 23110831 saylı, EQ ******* saylı, EQ 23523963 saylı protokollar üzrə ödəniş edilmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemi üzrə əldə olunmuş çıxarışdan görünür ki, EQ 23628955 saylı, EQ 23921523 saylı, EQ 24037668 saylı, EQ 24549800 saylı protokol üzrə ödəniş edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququ müəyyən müddətə məhdudlaşdırılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasının həddləri daxilində nəqliyyat vasitələrini idarə etmək hüququ müəyyən müddətə məhdudaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü,115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.2025-ci il tarixli, İXP ******* saylı, həmin tarixli İXP ******* saylı, həmin tarixli İXP ******* və həmin tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollara əsasən inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-505/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-505/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver