Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-510/2023 02.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, xx.xx.1995-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Mercedes Benz E320” minik markalı, ** RA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəməmişdir. Bununla da o, İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Mercedes Benz E320” minik markalı, 90 RA 87 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə xx.xx.2022-ci il tarixli, EQ 12414200 nömrəli protokol üzrə xx.xx.2023cü il tarixdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəmədiyindən və bununla da İXM-nin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X2 İnternet Portalından çıxarışın surətindən görünür ki, inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Şəxs İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, qərar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev İş № 3(032)-510/2023 İnzibati xəta haqqında işlər üzrə məhkəmə iclasının protokolu Şirvan Şəhər Məhkəməsi Hakim Mustafayev Ceyhun Mustafa oğlunun, X1 Höküməli oğlunun iştirakı ilə, Şirvan şəhərində məhkəmə binasında 02 may 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılır. İclas saat 11:00-da başlandı. Katib məlumat verərək bildirir ki, inzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmişdir. Hakim məhkəmə bildirişinin çatdırılmasının nəticələrini yoxlayır. Hakim yerində müşavirə edərək qərara alır : - inzibati xəta haqqında protokola Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilsin. Hakim inzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri araşdırır. Hakim müşavirə otağına gedir, qayıdıb gəldikdən sonra inzibati xəta haqqında iş üzrə qərarı oxuyub elan edir, qərardan şikayət vermə müddətini və qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Protokol 02 may 2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16,Tel.: № /021/ 215-00-05,Faks: /021/ 215-42-36 , e-mail: Elektron ünvan 3(032)-510/2023 03 may 2023-cü il Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədova Şirvan şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 3(032)-510/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” vərəqədə Şirvan şəhər Məhkəməsinin hakimi: Ceyhun Mustafayev 3(032)-510/2023 03 may 2023-cü il Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədova Şirvan şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 3(032)-510/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” vərəqədə Şirvan şəhər Məhkəməsinin hakimi: Ceyhun Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSi AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16,Tel.: № /021/ 215-01-51,Faks: /021/ 215-42-36 www.shirvancourt.gov.az, e-mail: Elektron ünvan 3(032)-510/2023 03 may 2023-cü il ünvan 1-da yaşayan Şəxs Şirvan şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 3(032)-510/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ 01” vərəqədə Şirvan şəhər Məhkəməsinin hakimi: Ceyhun Mustafayev 3(032)-510/2023 03 may 2023-cü il ünvan 1-da yaşayan Şəxs Şirvan şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 3(032)-510/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ 01” vərəqədə Şirvan şəhər Məhkəməsinin hakimi: Ceyhun Mustafayev BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ № İş materiallarına əlavə edilmiş sənədlərin Vərəq Qeyd SİYAHİSİ 1 Protokol, qərardad, məktub və ona əlavə olunmuş sənədlər, məktub, 01 – 07 2 Əlaqə nömrələri, bildirişlər, reyestr, portal çıxarışları, protokol, qərar, 08 – 16 3 Məktub, reyestr, icra məktubu, reyestr. 17 – 20 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 Cəmi: ___ 20 ___ vərəq Məhkəmə iclas katibi ________________ İMZA
Məhkəmə qərarları › İş №3(032)-510/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-510/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver