Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-536/2025 24.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan Regional şöbəsi tərəfindən "xxxx" X2 X14 şöbəsinin 2 saylı sexin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 15 may 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" X2 X14 şöbəsinin 2 saylı sexin rəisi Şəxs əməyin mühafizəsi qaydalarına riayət edilməməsi nəticəsində X1 az ağır zərər vurulmuşdur. Protokol baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 21 may 2025-ci tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin məsləhətçisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2013-cü ildən X16 sazlayıcı peşəsi ilə işə qəbul olunmuş, 2021-ci ildən 2 nömrəli sahənin rəisi təyin olunmuşdur. İş rejimləri olaraq hər gün saat 08:00-dan 17:00-dək işləyirlər. Hər iş gününün başlanğıcında işçilərlə Əməyin Mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimat keçərək iş günündə görüləcək işlərlə bağlı tapşırıqlarını verir. xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində işçi ona məlumat vermişdir ki, X3 barmağı zədələnmiş, hadisə yerinə gedən zaman X7 metal çubuqları iş sahəsinə daşıyarkən sexin qapısının (darvazasının) arasında sağ əlinin baş barmağı qalaraq zədələndiyini görmüşdür. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X6 X17 Şirvan şəhər şöbəsinin 05 mart 2025-ci il tarixli, 74 nömrəli rəyində qeyd olunmuşdur ki, X3 bədən səthində aşkar olunan xəsarətlər – sağ əlin İ barmağının amputasiyası-cansız mexanizmlərin təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 31 yanvar 2024-cü il tarixdə sağ əlin İ barmağının qapı arasında qalması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/3-2-180/2025 nomrəli əmri ilə təyin edilmiş tərkibində sədr X13 oğlu - X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəis müavini və üzvlər: X8 “X14 Şöbəsi”nin Əməyin mühafizəsi təhlükəsizlik texnikası və yanğından mühafizə şöbəsinin mühəndisi, X4 “X14 Şöbəsi”nin Həmkarlar İttifaqı təmsilçisi olan komissiya xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Sənayecihaz” X2 “X14 Şöbəsi”nin Proqramla idarə olunan frez dəzgahının operatoru X3 31 yanvar 2025-ci il tarixdə saat 16:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmaqla akt tərtib edilmişdir. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi aşağıdakı qaydada olmuşdur: Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən “X19 Şöbəsi”nin 2 saylı sexinin proqramla idarə olunan dəzgahın operatoru X3 ehtiyatsızlığını müəyyən etmişdir. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2-ci bəndinə əsasən “X14 Şöbəsi"nin 2 saylı sexinin rəisi Şəxs nəzarətsizliyini müəyyən etmişdir. X3 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" X2 rəhbərliyi tərəfindən uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi "xxxx" X2 rəhbərliyi tərəfindən təmin edilsin. Komissiya üzvləri zərərçəkənlə videomüşahidə altında görüşərək sosial təminat hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir. Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X11 tərəfindən tərtib olunmuş 06 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zeynal Həziyev xx.xx.2025-ci il tarixdə gundəlik olaraq oz öhdəliyində olan işləri icra edən zaman hazırladığı detalları araba vasitəsilə daşıyarkən “Maral-2" sexinin partlayışlara qarşı gücləndirilmiş seyf qapını açmış, lakin həmin zaman qapının bir tayı geri qayıtmış və sonuncunun sağ əlinin baş barmağı qapının tayları arasında qalmışdır. Hadisə nəticəsində Zeynal Həziyev az ağır dərəcəli xəsarət almışdır. Araşdırma zamanı şəxsin hadisənin əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verməsi təsdiqıni tapmamışdır. Hadisə adi qaydada şəxsın öz ehtiyatsızlığı ucbatından sağ əlini qapının iki tayı arasında saxlaması nəticəsində baş vermişdir. Araşdırma üzrə əməyin muhafizəsinin qaydalarının pozulması faktı aşkar edilmədiyindən hər hansı inzibatı tənbeh tədbirinin görülməsi istisna edilməlidir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış 25-3-2-2-453-0264 (27C-25) nomrəli material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işının başlanması rədd edilmişdir. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə qərarla bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş 15 may 2025-ci il tarixli, MN ******* nömrəli protokol və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-536/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-536/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver