Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-538/2024 25.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, X1 bərəsində tərtib edilmiş 02 may 2024-cü il tarixli, 16/1-52012 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayəti (ərizəni) nəzərdən keçirib, müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, bərəsində tərtib edilmiş 02 may 2024-cü il tarixli, 16/1-52012 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/18435290 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsindən ötrü Şirvan şəhər Məhkəməsinə ərizə ilə şikayət etmişdir. Şikayətinə Şirvan şəhər Məhkəməsində baxılaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/18435290 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarının ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli, 3(032)-55/2024 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərara DİN Baş Dövlət Yol Polisi İdarəsində baxılaraq sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən olunmuş və buna görə də barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Onun sürücülük hüququnun məhdudlaşdırılması haqqında qəbul edilmiş qərar qanunsuzdur və bu səbəbdəndə ləğv edilməlidir. Eləcə də, həmin qərara görə tətbiq edilmiş 300 manat məbləğində cərimə də silinməlidir. Belə ki, ** FK *** dövlət qeydiyyat nömrəli "FORD TRANSİT YÜK" avtomobili ilə hərəkət edən zaman yola uyğun sürət həddi ilə avtomobili idarə etmiş və heç bir sürət həddini aşmamışdır. Lakin qərarda idarə etdiyi nəqliyyat vasitəsi ilə sürət həddini aşdığı qeyd edilmişdir. Halbuki həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməyib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edimiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)- 55/2024-cü il tarixli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilərək, X1 İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ/18435290 nömrəli qərarı ləğv edilmiş, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli 16/1-52012 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə vətəndaş X3 300 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-162-81935/24 nömrəli məktubundan görünür ki, inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli 16/1-52012 nömrəli qərarı X2 göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Lakin şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, inzibati iş üzrə qəbul edilmiş olan qərar X2 xx.xx.2024-cü il tarixdə ünvanlanmasına baxmayaraq, şəxs tərəfindən inzibati qərardan qanunla müəyyən edilmiş müddət ərizəndə şikayət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 bərəsində tərtib edilmiş 02 may 2024-cü il tarixli, 16/1-52012 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayəti X2 geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-538/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-538/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver