Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-540/2025 22.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Polis şöbəsinin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxsnun barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 510-cu maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs "xxxx" MMC-yə məxsus 100 manat dəyərində kabeli oğurlamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Şirvan şəhəri Polis şöbəsinin sahə rəisi X7 protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, maddi vəziyyətində sıxıntı olduğundan oğurluq etmək qərarına gəlmiş, bunun üçün "xxxx" MMC-yə məxsus kabeli oğurlamış, daha sonra əldə olunan puldan özünə xərcləmişdir. Zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməmişdir. Həmçinin onun əsəbləri yerində olmadığından ucadan danışma halları olur. Polis əməkdaşları tərəfindən saxlanılarkən də, bu hal olmuş, o, ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətdiyi üçün polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Hazırda əməlindən peşmandır. İİ dərəcəli əlil olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis mayoru X4 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində xidmətdə olarkən bir nəfər şəxsin uca səslə ünvansız söyüşlər söyərək ictimai qaydanı pozduğunu görüb ona yaxınlaşaraq qayda pozuntusunu izah etmişlər. Vətəndaş bununla razılaşmayaraq kobudluq edərək ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Nizam-intizama dəvət etsə də, öz hərəkətlərini bilərəkdən davam etdirmişdir. Daha sonra onu polis şöbəsinə gətirərək nöbətçi hissəyə təhvil vermişlər. Eyni zamanda müəyyən edilmişdir ki, həmin şəxs Şirvan şəhər sakini Şəxs Pavroviç Aztelekom” MMC-yə məxsus kabeli oğurlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində rəhbəri olduğu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin cənub Şirvan filialının ünvan 3 ünvanında köhnə mehmanxana binasına bitişik "xxxx" MMC-nin Şirvan şöbəsinə məxsus rabitə kabeli TPP30X2 30 M bina üzlüyündən kəsilərək aparılmışdır. Bu barədə Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət olunmuşdur. Oğurluq nəticəsində 100 manat maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şirvan şəhər polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X5 22 may 2025-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, inzibati xətanı törətmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta üzrə icraat açılmasından ötrü qərarın surəti Şirvan şəhər PŞ-nin İTB-nə təqdim olunması qərara alınmışdır. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 may 2025-ci il tarixdə, saat 11:30-da inzibati qaydada tutulmuş, 22 may 2025-ci il tarixdə 15:30-da azad edilmişdir. “AzeMis” elektron məhkəmə informasiya sistemindən Şəxs şəxsi məlumatlarından çıxarışdan görünür ki, o, İİ dərəcəli əlildir, 220 manat təqaüd alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 28.4.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə ictimai işlər tətbiq oluna bilməz. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34-1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, inzibati işin materiallarından göründüyü kimi Şəxs Pavroviç barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Pavroviçin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarından, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatından, şahid ifadəsindən müəyyən edilmişdir ki, Şəxs Pavroviç tərəfindən İnziabati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbləri pozulmuşdur və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbir tətbiq edilməlidir. Şəxs Pavroviçin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMCnin cənub Şirvan filialının Şirvan şöbəsi Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi 48 ünvanında köhnə mehmanxana binasına bitişik "xxxx" MMC-nin Şirvan şöbəsinə məxsus rabitə kabeli TPP30X2 30 M bina üzlüyündən kəsilərək aparıldığı qeyd edilmişdir. Şirvan şəhər Polis şöbəsi tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq oğurluq hadisəsinin Şəxs Pavroviç tərəfindən törədilmiş olduğu müəyyən edilmişdir. Lakin şəxsin barəsində açılmış olan cinayət Şirvan şəhər polis şöbəsinin təhqiqat bölməsinin 22 may 2025-ci il tarixli qərarına əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, inzibati xətanı törətmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta üzrə icraat açılmasından ötrü qərarın surəti Şirvan şəhər PŞ-nin İTByə təqdim olunması qərara alınmışdır. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs Pavroviç etiraf eidici izahat verərək, "xxxx" MMC-nin Şirvan şöbəsinə məxsus rabitə kabelinin onun tərəfindən oğurlandığı etiraf edilmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, cinayət işin başlanmasının rədd edilməsi haqqında qərar, protokol tərtib etmiş şəxsin, onun özünün etirafedici izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarından və İXM-nin 34.3-cü maddəsinin tələblərindən göründüyü kimi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. İşin faktiki hallarından göründüyü kimi Şəxs Pavroviç barəsində İXM-nin 510 və 227-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati Xətalar Məcəllənin 510 və 227ci maddələrinin sanksiyasına münasibətdə daha ciddi cəza İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Pavroviç barəsində inzibati tənbeh 227-ci maddənin sanksiyasında nəzərədə tutulmuş həddə tətbiq edilməlidir. Lakin inzibati tənbeh tətbiq edilərkən məhkəmə hesab edir ki, İXM-nin 28.4.1-ci və 30.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, həmin Məcəllənin 34-1-ci maddəsinin tələblərinə əsasən inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə əsasən barəsində İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-540/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-540/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver