Məhkəmə qərarları › İş №3(032)-541/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-541/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-541/2025 30.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi-müfəttişi X3 və X2 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 08 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətiə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 08 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN1787047 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 4.000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmiş və təbiətə dəymiş ziyana göre 600 manat ziyan hesablanmışdır. Cavabdehin qeyd olunan qərarını xx.xx.2025-ci il tarixdə almışdır. Aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025ci il tarixli, MN1787047 saylı inzibati tənbeh vermə haqqında qərarını əsassız hesab edir, ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. İşin faktiki halları ondan ibarətdir ki, Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı şöbəsinin rəisi vəzifəsində çalışır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 253 nömrəli sərəncamı ilə Şirvan şəhərinin küçə və prospektlərində qurumuş ümumilikdə, 1082 ədəd ağacın, o cümlədən mübahisə predmeti olan ərazidə - Naxçıvan küçəsində 98 ədəd ("Çıraq Petrol"un yaxınlığından dəmiryolunun yaxınlığınadək dörd yol ayırıcında qədər olan məsafədə) 21 ədəd Şam (d=10-27 sm, 2 ədəd Zeytun (d=12 sm), 1 ədəd Göyrüş (d=18 sm), 1 ədəd tut (d=16 sm), 3 ədəd Qovaq (d=20-40 sm) götürülməsi qərara alınmışdır. Qeyd olunan, Sərəncamda Şirvan şəhərinin küçə və prospektlərində qurumuş ümumilikdə, 1082 ədəd ağacın götürülməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Agentliyinin xx.xx.2024-cü il tarixli ER-22/1143 nömrəli rəy verilməsi qeyd olunmuşdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 253 nömrəli sərəncamının icrası olaraq Şirvan şəhərinin küçə və prospektlərində qurumuş, ümumilikdə, 1082 ədəd ağacın, o cümlədən mübahisə predmeti olan ərazidə - Naxçıvan küçəsində 98 adad ("Çıraq Petrol"un yaxınlığından dəmiryolunun yaxınlığınadək dörd yol ayırıcında qədər olan məsafədə) 21 ədəd Şam (d=10-27 sm, 2 ədəd Zeytun (d=12 sm), 1 ədəd Göyrüş (d=18 sm), 1 ədəd tut (d=16 sm), 3 ədəd Qovaq (d=20-40 sm) götürülməsi, qurumuş ağacların yerinə yeni ağac tinglərinin əkilməsi təmin edilmişdir. Lakin barəsində xx.xx.2025-ci il tarixli, MN1787047 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək, xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri, Naxçıvan küçəsində yol kənarı yaşıllıq sahəsində 3 ədəd kökü üstə yaş, hər biri 24 sm diametrli şam ağacını kök boğazından kəsilməsində günahlandırmış və onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək 4000 manat məbləğində cərimə tənbeh növü tətbiq etmiş və təbiətə dəymiş ziyana görə 600 manat ziyan hesablanmışdır. Halbuki qeyd olunan ərazidə qurumuş ağaclara Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Agentliyinin nümayəndələri tərəfindən baxış keçirilmiş, bioloji inkişafdan dayanmış ağacların kəsilib götürülməsi barədə xx.xx.2024-cü il tarixli, ER-22/1143 nömrəli rəy verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi-müfəttişi X3 və X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, 3 saylı RETSİ-nin müvafiq sərəncamına əsasən “Ətraf Mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunlarının və bu sahədə qəbul olunmuş digər hüquq-normativ aktlarının tələblərinə uyun olaraq xidməti ərazidə aparılan nəzarət tədbirləri zamanı Şirvan şəhəri, Naxçıvan küçəsi yol kənarı olan yaşıllıq sahəsində 3 ədəd bioloji inkişafda olan şam ağaclarının kök boğazından kəsilərək götürüldüyü və qeyd olunan ağacların yeri və ətrafı beton üzlüknən bağlanaraq yol çəkilməsi faktı aşkar olunmuşdur. A.Soltanov şifahi olaraq bildirdi ki, həmin ağaclar qurumuş olduqları üçün X7 Agentliyindən verilmiş №ER-22/1143 qeydiyyatlı xx.xx.2024cü il tarixli rəyə əsasən götürülməsinə icazə verilmişdir. A.Soltanov rəsmi izahat verməkdən imtina etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Şirvan şəhər İHnin Yaşıllaşdırma Təsərrüfat İdarəsinin rəisi X4 tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbləri pozulmuşdur. Hesab edir ki, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxsin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələrinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməməlidir. Belə ki, X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 08 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 4.000 (dörd min) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 253 nömrəli sərəncamı ilə Şirvan şəhərinin küçə və prospektlərində qurumuş ümumilikdə, 1082 ədəd ağacın, o cümlədən mübahisə predmeti olan ərazidə - Naxçıvan küçəsində 98 ədəd ("Çıraq Petrol"un yaxınlığından dəmiryolunun yaxınlığınadək dörd yol ayırıcında qədər olan məsafədə) 21 ədəd Şam (d=10-27 sm, 2 ədəd Zeytun (d=12 sm), 1 ədəd Göyrüş (d=18 sm), 1 ədəd tut (d=16 sm), 3 ədəd Qovaq (d=20-40 sm) götürülməsi qərara alınmışdır. İş materiallarında olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 90834 nömrəli aktdan görünür ki, 3 saylı RETSİ-nin müvafiq sərəncamına əsasən “Ətraf Mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunlarının və bu sahədə qəbul olunmuş digər hüquq-normativ aktlarının tələblərinə uyun olaraq xidməti ərazidə aparılan nəzarət tədbirləri zamanı Şirvan şəhəri, Naxçıvan küçəsi yol kənarı olan yaşıllıq sahəsində 3 ədəd bioloji inkişafda olan şam ağaclarının kök boğazından kəsilərək götürüldüyü və qeyd olunan ağacların yeri və ətrafı beton üzlüknən bağlanaraq yol çəkilməsi faktı aşkar olunmuşdur. A.Soltanov şifahi olaraq bildirdi ki, həmin ağaclar qurumuş olduqları üçün X7 Agentliyindən verilmiş №ER-22/1143 qeydiyyatlı xx.xx.2024-cü il tarixli rəyə əsasən götürülməsinə icazə verilmişdir. A.Soltanov rəsmi izahat verməkdən imtina etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Şirvan şəhər İH-nin Yaşıllaşdırma Təsərrüfat İdarəsinin rəisi X4 tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. X4 şikayətində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, həmin inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar hazırki məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar isə onun barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X4 barəsində hazırki inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmiş və o, qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin aşağı həddində, eyni zamanda, inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilib inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Mübahisələndirilən 08 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən tərtib edilmiş və qərarda əks olunmuş inzibati xəta — meşə fondundan kənarda yerləşən, bioloji inkişafda olan 3 ədəd şam ağacının qanunsuz kəsilməsi faktı müvafiq akt və izahatlarla təsdiq olunmuşdur. Həmin ərazidə aparılmış yoxlama nəticəsində, ağacların bioloji inkişafda olması, ətrafının beton örtüklə bağlanaraq yol salınması, ağacların kök boğazından kəsildiyi, habelə inzibati xətanı törətmiş şəxs tərəfindən yazılı izahatın verilməməsi aşkar edilmişdir. Bu hallar inzibati xəta tərkibinin mövcudluğunu sübuta yetirir. Şikayətçi tərəfindən istinad edilən Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli sərəncamı və X7 Agentliyinin xx.xx.2024-cü il tarixli rəyində qeyd olunan ağacların qurumuş olduğu və götürülməsi üçün ümumi icazənin verildiyi göstərilsə də, inzibati xətanın tətbiqinə səbəb olan konkret 3 ədəd ağacın bu siyahıya daxil olması və ya onların faktiki vəziyyətinin qurumuş olması şikayətçi tərəfindən sübuta yetirilməmişdir. Qanunvericiliyə əsasən, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi və İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət, yalnız icazəli və əsaslandırılmış hallarda ağacların götürülməsinə yol verir. Qeyd olunan faktlar və təqdim olunmuş sənədlər isə göstərir ki, ağacların götürülməsi icazə sənədlərinin tələblərinə uyğun olmamış, konkret hüquqi əsaslandırma ilə müşayiət olunmamışdır. Nəticə etibarilə, X4 barəsində tətbiq edilmiş inzibati tənbeh qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun şəkildə tətbiq edilmiş, qərarın qanunsuz və əsassız olması barədə məhkəmə araşdırması zamanı hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 4.000 (dörd min) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar