Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-542/2023 25.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şirvan şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1565/2022 nömrəli icra vərəqəsinə əsasən Şəxs 2000 manat məbləğində pul alınaraq tələbkar X2 verilməlidir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1565/2022 nömrəli icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, van şəhər Məhkəməsinin 2(032)- 1565/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2040 manat alınaraq X2 verilməlidir. İcra sənədləri müvafiq qaydada icraata daxil olduqdan sonra “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir. Borcluya tələbin könüllü icrası barədə bildirişin rəsmi qəbul edilməsinə və xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə tələbi təmin etməmişdir. Şəxs barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinə baxmayaraq o, nəticə çıxarmayaraq tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. Borclunun icra sənədinin icrasından yayınaraq icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlmədiyindən, həmçinin olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Şirvan Şəhər Polis Şöbəsinə göndərilmişdir. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəxs saxlanılaraq xx.xx.2023-cü il tarixdə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. İş üzrə borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuş və icra sənədi üzrə olan borcunu ödəməsi tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətani törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, heç bir yerdə işləmir, bu səbəbdən də borcunu ödəyə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şirvan şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(032)-1565/2022 nömrəli icra vərəqəsinə əsasən Şəxs 2000 manat məbləğində pul alınaraq tələbkar X2 verilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(032)-1565/2022 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Axtarışda olan borclunun yerinin müəyyən olunması barədə xx.xx.2023-cü il tarixlli protokolun surətindən görünür ki, Şirvan şəhər sakini Şəxs yeri xx.xx.2023-cü ildə Bakı şəhərində yeri müəyyən edilərək Şirvan şəhər Polis Şöbəsinə gətirilmiş və protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə, saat 14:10-da Şirvan şəhər İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona götə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Şəxs əməlində iş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Şirvan şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(032)-1565/2022 nömrəli icra vərəqəsi ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 aprel 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev Иш № 3(032)-38/2023 Инзибати хята щаггында ишляр цзря мящкямя иъласынын протоколу Şirvan şəhər Мящкямяси Hakim Mustafayev Ceyhun Mustafa оьлунун sədrliyi , Hacıyev Elşən Höküməli oğlunun katibliyi иля, Şirvan шящяриндя мящкямя бинасында 23 yanvar 2023-cü il тарихдя, Şəxs barəsində Azərbaycan Respublikası Инзибати Хяталар Мяъяллясинин 528.1-ci maddəsinin тялябляринин позулмасы иля ялагядар инзибати хята щаггында материала ачыг мящкямя иъласында бахылыр. Иълас саат 17:40-da башланды. Hakim bildirir ki, Şəxs barəsində Azərbaycan Respublikası Инзибати Хяталар Мяъяллясинин 528-ci maddəsinin тялябляринин позулмасы иля ялагядар инзибати хята щаггында протокол вя она ялавя едилмиш сянядляр Şirvan şəhər Mящкямясиня 23 yanvar 2023-cü ил тарихдя дахил олмушдур. Щаким инзибати хята щаггында протокола ялавя едилмиш sənədləri арашдырыр. Щаким мцшавиря отаьына эедир, гайыдыб эялдикдян сонра инзибати хята щаггында иш цзря qərardadı охуйуб елан едир. Мящкямя иъласы баьлы елан олунур. Protokol 23 yanvar 2023-cü il tarixdə tərtib olunmuşdur. Щаким: Катиб:
Məhkəmə qərarları › İş №3(032)-542/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-542/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver