Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-544/2023 26.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlunun, Zərərçəkmiş şəxslər X1 və X2 Bərəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Şirvan şəhəri Çılpaqlı qəsəbəsində özünə məxsus iribuynuzlu mal-qaranı nəzarətsiz qoyulması nəticəsində yol hərəkəti qaydaları pozularaq «VAZ 21074» minik markalı ** NU *** dövlət nömrə nişanlı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12.30 radələrində həyat yoldaşı iribuynuzlu mal-qaranı otlaması üçün həyatyanı sahədən meşə istiqamətinə buraxmışdır. Mal-qara otaran şəxs günorta yeməyinə gedən vaxt olmuş, heyvanı maşına mindirən zaman tanımadıqları adam demişdir ki, heyvan günorta radələrində vurulmuşdur. sonradan ona məlum olmuşdur ki, bir baş inəyi avtomobilin qarşısına qəfil çıxmış, nəticə avtomobil onu vurmuşdur. «VAZ 21074» minik markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş ziyan aradan qaldırılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, «VAZ 21074» minik markalı ** NU *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. xx.xx.2023-cü il tarixə, saat 12:30 radələrində ona məxsus olan avtomobili tanışı X5 idarə etmiş, həmin vaxt avtomobildə o və Taleh Quliyevin anası olmuşdur. Salyan rayonu, Qaraçala qəsəbəsindən Şirvan istiqamətinə gələn zaman qəfildən yolun kənarından bir baş inək asfalt örtüklü yola çıxaraq avtomobillə toqquşmuşdur. Nəticədə ona məxsus avtomobilə maddi ziyan dəymişdir. Hadisə yerində heyvanların sahibsiz olduğunu görüb polisə məlumat vermədən hadisə yerindən uzaqlaşmışdır. Ona dəymiş ziyan aradan qaldırılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, «VAZ 21074» minik markalı ** NU *** dövlət nömrə nişanlı avtomobil X3 məxsusdur. xx.xx.2023-cü il tarixə, saat 12:30 radələrində avtomobili idarə edərkən həmin vaxt avtomobildə Daşqın və onun anası olmuşdur. Salyan rayonu, Qaraçala qəsəbəsindən Şirvan istiqamətinə gələn zaman qəfildən yolun kənarından bir baş inək asfalt örtüklü yola çıxaraq avtomobillə toqquşmuşdur. Hadisə yerində heyvanların sahibsiz olduğunu görüb polisə məlumat vermədən hadisə yerindən uzaqlaşmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun xx.xx.2023-cü il tarixli rəy aktından görünür ki, «VAZ 210774 » minik markalı ** NU *** dövlət nömrə nişanlı avtomobilin qəza zamanı ümumilikdə 515 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması da nəzərə alınır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-544/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-544/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver