Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-545/2024 27.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Hacıqabul rayonu, Rəncbər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:20 radələrində Şirvan şəhər polis şöbəsinin inzibati binasında səs-küy salmış, polisin qanuni tələbinə məhəl qoymamışdır. İnzibati xəta hadisənin olması 26 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənləri qəbul etməyərək bildirdi ki, ona zəng olunaraq barəsində DİN-nin 102 zəng xidmətinə şikayət olunduğu bildirilmiş, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində təhqiqatçı Mirəslan Qəfərovun otağına daxil olmuş, təhqiqatçı ona 2 gündür zəng olunduğunu, nə səbəbə şöbəyə gəlmədiyini soruşmuş, o da sürücü işlədiyini, həmin vaxt Şamaxı rayonunda olduğunu demiş, daha sonra onu növbətçi hissəyə təhvil vermişlər. Polisə qarşı heç bir hörmətsizlik etməmiş, səs-küy salmamış, nalayiq ifadələr işlətməmişdir. Barəsində DİN-nin 102 zəng xidmətinə verilmiş ərizə şər-böhtandır, o, Könül adlı qadını izləməmiş, onu tanımır. xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri ərazisində yerləşən Nərimanov parkının yanından keçmiş, həmin günü Şirvan şəhərində işlərini həll etdikdən sonra Hacıqabul rayonuna qayıtmışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şirvan şəhər Polis şöbəsinin TB-nin X2 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri N.Nərimanov küçəsi, bina 3, mənzil 1-də yaşayan, X1, “Mercedes” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün onun arvadını mütəmadi olaraq izləməsini, evinin qarşısına gələrək narahat etməsi məzmunlu müraciəti daxil olmuşdur. Materialın icrası zərurəti ilə əlaqədar olaraq “Mercedes” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Şəxs izahatının alınması məqsədi ilə Şirvan şəhər polis şöbəsinə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 12:20 radələrində, vətəndaş Şirvan şəhər polis şöbəsinə yaxınlaşaraq, xidməti otağına gəlmişdir. Həmin vaxt Şəxs, hadisə barədə suallar verdikdə qeyri-səmimi cavablar verərək suallardan yayınmış daha sonra vətəndaş uca səslə səs-küy salmağa və xidməti iş rejimini pozmağa başlamışdır. Şəxs dəfələrlə nizam-intizama dəvət etsə də onun qanuni tələblərimə məhəl qoymayaraq öz əməllərini davam etdirmişdir. Vətəndaş Şəxs barəsində X1 müraciətində göstərmiş olduğu xüsusatlara və polis şöbəsində uca səslə səs-küy salmağa və xidməti iş rejimini pozmağına görə qanuni tədbir görülməsi üçün tərəfindən növbətçi hissəyə təhvil verilmişdir. NH-də məlum oldu ki, həmin şəxs 1991-ci il təvəllüdlü, Hacıqabul şəhəri, Fizuli küçəsi, ev 68-də qeydiyyatda olmaqla yaşayan Şəxs Əhrəm oğludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, həyat yoldaşı Samir Babayev onun kartına pul atmış, kartdan pul çıxartmaq üçün uşaqları ilə birlikdə bankomata getmiş, evin yaxınlığında olan bankomat işləməmiş, bu səbəbdən də 9 nömrəli məktəbin yaxınlığında olan bankomata getmiş, bu vaxt ərzində “Mercedes” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil onu izləmiş, avtomobilini bankın qarşısında olan ağacın yanında saxlayaraq onu gözləmiş, qayıdan vaxt yenə də onu izləmiş, həmin şəxs avtomobili məhləyə sürüb daha sonra düşərək binaya baxmışdır. Belə bir halların təkrar olmasını görərək və bundan narahat olaraq bu barədə ailə üzvlərinə məlumat vermişdir. Həyat yoldaşı tərəfindən isə DİN-nin 102 xidmətinə zəng edilərək, bu barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:20 radələrində Şirvan şəhər polis şöbəsinin inzibati binasında səs-küy salmış, polisin qanuni tələbinə məhəl qoymamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:20 radələrində Şirvan şəhər polis şöbəsinin inzibati binasında səs-küy salmış, polisin qanuni tələbinə məhəl qoymamışdır. Bununla da, Əliyev X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xata haqqında protokol tərtib edilmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-545/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-545/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver