Məhkəmə qərarları › İş №3(032)-549/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-549/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-549/2024 09.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Şirvan şəhər prokurorunun müavini, kiçik ədliyyə müşaviri X8, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, fiziki şəxs Şəxs - Azerbaycan Respublikası Müdafiə sənayesi Nazirliyinin "xxxx" MMC-nin 3 saylı sexinin rəisi vəzifəsində işləyərkən işlərin düzgün təşkili və təhlükəsiz aparılması təmin ətmədən, yəni “KD2128E” tipli mexaniki pres dəzgahının təhlükə mənbəyi olan hərəkətli hissələrini qoruyucu vasitə (qoruyucu şəffaf lövhə) ilə təhciz olunmadan həmin dəzgahın istismar edilməsinə yol verdiyinə görə, baş vermiş hadisə ilə əlaqədar, 12.2.003-91 “İstehsalat avadanlığı” DÜST-nın 1.2, 2.1.5 bəndlərinin və “Sex rəisinin Vəzifə Təlimatı”nın 3.1 bəndinin tələbini pozması nəticəsində işçi X1 xx.xx.2024-cü il tarixdə 08:40 radələrində şəhərin, ünvan 1 ünvanında yerleşən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin 3 saylı sexində “KD2128E” tipli mexaniki pres dəzgahında güllələrin preslənməsi əməliyyatını icra edərəkən boyunun ön səthində çapıq xəsarəti alaraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa yüngül zərər vuran xəsarətlərin almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 13 may 2024-cü il tarixli 222 nömrəli rəyi, məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizsının 13 may 2024-cü il tarixli 3-16-16/2- 10/3103 nömrəli rəyi, X1 və Şəxs izahatları ilə sübut olunur. Şirvan şəhər prokurorunun müavini, kiçik ədliyyə müşaviri X10 məhkəmə iclasında qərarı müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, 2023-cü ildən hal-hazıra qədər Şirvan "xxxx" MMC-nin 3 saylı sexnn sex rəisi vəzifəsində çalışır. Xidməti vəziflərinə 3 saylı sexin işçilərinin əmək haqqlarının hesablanması, aylıq materialların hesabatı, aylıq sifariş planlarının yerinə yetirməsi və dövrü olaraq işçilərə əməyin mühafizəsi, yanğından mühafizə və texniki təhlükəsizlik təlimatarının keçirilməsi daxildir. 22 aprel 2024-cü il tarixdə saat 09:40 radələrində 3 saylı sexin tornaçısı X3 “KD2128E” tipli mexaniki pres dəzgahında güllələrin preslənməsi əməliyyatını icra edərkən mexaniki pres dəzgahının puanson hissəsinin uc tərəfində olan metal qırıntısı qoparaq Sədaqət Gülməmmədovanın boğaz nahiyəsinə dəymişdir. Həmin vaxt sexdə olsa da hadisənin birbaşa şahidi olmamışdır. Sədaqət Gülməmmədova xəsarət aldıqdan sonra onun məlumatı olmuşdur. Sonuncunu dərhal tibbi yardım üçün Şirvan şəhər Mərkəzi xəstəxanasına aparmışlar. Hal-hazırda vəz yyəti yaxşıdır. Sədaqət Gülməmmədova iş tabeçiliyi baxımından birbaşa olaraq ona tabedir. Sonuncununxəsarət aldığı mexaniki pres dəzgahı 1984-cü ildə istehsal edilmişdir.Həmin dəzgahın texniki istismar pasportu mövcuddur. Sədaqət Gülməmmədova həm dövri həm də işdən öncə təlimatlandırılmışdır. Qeyd edilənlərə nəzərə alaraq barəsində ən aşağı həddə cərimə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Natomiya Birliyi” Publik hüquq şəxsin 24 aprel 2024-cü il tarixli 222 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarətlər boyunun ön səthində çapıq-küt əşya təsirindən törənmiş yaraların sağalmasından sonra qalan izdir, müddəti qərarın təsviri hissəsində göstərilən 22 aprel 2024-cü il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kiçik ölçülü qəlpənin təsirindən əmələ gələ bilərdi. Ağırlıq dərəsinə görə, qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Hadisə yerinə baxış keçirilməsi haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, Naxçıvan hüçəsi 1 ünvanında yerləşən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nın 3 saylı sexidir. Burada 22 aprel 2024-cü il tarıxdə presləyici dəzgahda işləyən işçi X3 dəzgahda məmulatları presləyərkən dəzgahın puansonun bir hissəsi sınaraq işçi S.Gülməmmədovanın boğaz nahiyəsinə dəyərək xəsarət yetirmişdir. Pres dəzgahı zavod istehsalıdır, üzərində qırmızı rəngli olmaqla 2 ədəd böyük düymə, 3 ədəd isə kiçik düymə vardır. Qeyd olunan 2 ədəd böyuk düymə dəzgahın puansonunu hərəkətə gətirmək üçündür. Hazırda puansonun məmulatı sıxan hissədə şəffaf plastik materialdan qoruyucu örtük vardır. Həmin örtük hər hansı sınma halı olduqda atılan hissəciyin işçiyə xəsarət yetirməməsi üçün nəzərdə tutulmuşdur. Hadisə ərəfəsində həmin örtük olmamış, örtük rəhbərlik tərəfindən had sədən sonra quraşdırlmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3103 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “X7” MMC-də “KD2128E” tipli mexaniki pres dəzgahının təhlükə mənbəyi olan hərəkətli hissələri qoruycu vasitə (qoruyucu şəffaf lövhə) ilə təchiz olunmaması baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, 12.2.003-91 “İstehalat avadanlığı" DÜST-nın 1.2, 2.1.5 bəndlərinin və “Sex rəisinin Vəzifə Təlimatı"nın 3.1 bəndinin tələbi pozulmuşdur. "X7” MMC-də işlərin düzgün təşkili və təhlükəsiz aparılması təmin edilmədən, yəni “KD2128E” tipli mexaniki pres dəzgahının təhlükə mənbəyi olan hərəkətli hissələri qoruyucu vasitə (qoruyucu şəffaf lövhə) ilə təchiz olunmadan həmin dəzgahın istismar edilməsinə yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar, 12 2.003-91 “İstehalat avadanlığı” DÜST-nın 1.2, 2.1.5 bəndlərinin və “Sex rəisinin Vəzifə Təlmatı”nın 3.1 "bəndinin tələbi həmin sexin rəisi X4 tərəfindən pozulmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-nin işçisi X1 xx.xx.2024-cü il tarixdə 08:40 radələrində iş yerində dəzgahda işləyərkən boğaz nahiyəsindən xəsarət alması ilə bağlı şəhər prokurorluğunda aparılmış araşdırma zamanı Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış 24-3-2-2-453-0247 (70C-24) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qərarla bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək Şəxs qarşı zəzərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmamasını, şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirici halın olmasını və əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar