Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-55/2025 24.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair YPX İnzibati qrup polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, Yol Patrul Xidmətinin inzibati qrup polis mayoru X4 tərəfindən İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul-Muğan yolunda sürət həddi ilə 50 km/saat olan yerdə 62 km sürət həddində aşmışdır. Ona görə ona SMS radardan İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat cərimə gəlmişdir. Fikirləşmişdir ki, 10 manatlıq radarın vaxtına var ödəyər. xx.xx.2024-cü il tarixdə Oğuz rayonundan qaydarkən adını sonradan bildiyi Kürdəmir Post yəni Vİİ tağım Yol Patrul Xidmətinin isnpektoru polis baş seriantı X6 ona saxla işarəsi verdi o da idarə etdiyi ** GN *** dovlət nömrə nişanlı avtomobili saxlamışdır. Həmin şəxs ona yaxınlaşaraq özünü təqdim etdi, o da ona idarə etdiyi avtomobilin saxlama səbəbini soruşmuşdur. Ona bildirmişdir ki, sadəcə sənədləri yoxlamaq üçün avtomobilini saxlamışdır. Həmin vaxt sənədlərini, yəni surücüluk vəsiqəsini və texpasportu və şəxsiyyət vəsiqələrin təqdim etmişdir. Həmin vaxt şəxs onun sənədlərini yoxlayarkən ona bildirmişdir ki, “sənin sücücülük vəsiqəsinin vaxtı bitib”. Ona bildirmişdir ki, “mənim məlumatım yoxdur sürücülük vəsiqəsinin müddətindən, indi deyirsən bilirəm, amma cəriməsi nədir yaz ödəyərəm”. Polis əməkdaşı bildirdi ki, indi ona sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün 200 manat cərimə və sonra isə 400 manat cərimə gələcəkdir. Öz narazılığını bildirmişdir ki, qanuna əsasən 200 manat cərimə yaza bilər. Dərhal telfonunda olan SMS radar proqramına daxil olarakən görmüşdür ki, xx.xx.2024-cü il tarixdə ona yazılan EQ 24708153 saylı protokola əsasən 10 manatlıq cərimə və dərhal eyni kodla dəyişdirilərək 200 manat cəriməyə çevrilmişdir. Onlara narazılığını bildirmişdir ki, axı bu cərimə ona xx.xx.2024-cü il tarixində gəlməmişdi, əgər ona həmin tarixdə yəni xx.xx.2024-cü il tarixdə gəlmiş olsaydı o 200 manat cəriməni ödəyərdi və səbəbini araşdırardı və bilərdi ki, onun sürücüluk vəsiqəsinin müddəti bitib. Ona görə həm cəriməni həm də sürücülük vəsiqəsinii dəyişərdi. X6 ona bildirdi ki, “sənlik bir şey yoxdur yanlız Siz Bakı şəhərində yerləşən “Respublinakskiya 402 saylı otağa getməlisiniz və avtomobili onun əlindən almaq istəyəndə həmin polis əməkdaşına bildirmişdir ki, yanında əyləşən qohumu X7 var və onun sürücülük vəsiqəsi vardır, ona onlayn etibarnamə verə bilər, sizin ixtiyarınız yoxdur avtomoboli cərimə meydançasında saxlamağa. Həmin polis əməkdaşı ona bildirdi ki, get dərdini kimə deyirsən de avtomobil cərimə meydançasına getməlidir. Həmin vaxt dərhal DİN-in 102-xidmətinə müraciyyətlər etmiş və heç bir nəticəsi olmamış və onun dalınca DİN-in 902 xidmətinə müraciət etmiş heç bir xeyiri olmamış və təxminən 4-5 saat qaldıqdan sonra, avtobobili cərimə meydançasında saxladıqdan sonra avtobobildə olan əşyaları yığıb Şirvan şəhərində yerləşən evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə deyilən ünvana gedib 402-ci otağa yaxınlaşıb özünü polis əməkdaşına təqdim edib düşdüyü vəziyyəti onların nəzərinə çatdırmışdır. Yol Patrul Xidmətinin inzibati Qrup polis mayoru X4 ona bildirdi ki, sənin barəndə tərtib olunan 200 manat cəriməni və bundan başqa 400 manatıda ödəməlisən. Yol Patrul Xidmətinin inzibati Qrup polis mayoru X1 vasitəsi ilə araşdıraraq guya qanunsuz sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək qərarlar yazaraq 2700 manat cərimə edilmişdir. Onlara narazılığını bildirmişdir ki, məhkəməyə müraciət edəcəkdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş YPX inzibati qrup polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 “Renault Megane” minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Həmçinin həmin qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 11:12 radələrində Şirvan-Sabirabad yolunda “Renault Megane” minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin dizpozisiyasında göstərilmişdir ki, 332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilmiş və bunun nəticəsi olaraq sonuncu barədə YPX İnzibati qrup polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin tələblərindən göründüyü kimi inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İşin faktiki hallarından da göründüyü kimi inzibati xəta haqqında protokol xx.xx.2024cü il tarixdə tərtib edilməsinə baxmayaraq şəxsin barəsində inzibati xəta haqqında qərar xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərindən göründüyü kimi inzibati xətanın aşkar edilməsindən sonra müvafiq qaydada rəsmiləşdirilməsi, buna dair qərar qəbul edilməsi müddətləri və hansı hallarda inzibati araşdırmanın uzadılması (ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda) və uzadılmanın proseduru (vəzifəli şəxs tərəfindən inzibati araşdırma aparılması haqqında qərardadın qəbul edilməsi ilə) müəyyən edilmişdir. Lakin hazırki inzibati iş üzrə səlahiyyətli orqanın hansı üzrlü səbəbdən inzibati xətanı aşkar etdikdən sonra şəxsin xəbəri olmadan barəsində 12 gün sonra inzibati tənbeh verilməsinə dair qərarın qəbulu, göstərilən müddət ərzində inzibati araşdırmanın aparılıb-aparılmaması, aparıldığı təqdirdə müvafiq qərardadın qəbulu, araşdırmanın hər hansı ekspertiza və ya digər prosessual hərəkətlərin aparılması zərurətinin mövcudluğu səbəbindən uzanması təsdiq edilmədiyindən məhkəmə şəxsin barəsində aparılan inzibati icraatın yekunu ilə bağlı qəbul edilmiş qərarın qanunazidd olması qənaətinə gəlməklə şəxsin barəsində tərtib edilmiş inzibati qərarın ləğv edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd hesab edir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair YPX İnzibati qrup polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, ona əsassız yazılmış 400 manat inzibati cərimə silinməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair YPX İnzibati qrup polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və ona əsassız yazılmış 400 manat inzibati cərimə silinsin. xx.xx.2024-cü il tarixli, İXP 675964 nömrəli protokol əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-55/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-55/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver