Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-556/2025 05.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri İcra və probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Hüquqi şəxs "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şirvan şəhəri İcra və probasiya şöbəsinin icra məmuru İsrafil Mustafayev tərəfindən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 29 may 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Şirvan şəhəri İcra və probasiya şöbəsinin icra məmuru İsrafil Mustafayev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-267/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC tərəfindən təklif olunan sənədlər təqdim olunmamış, eyni zamanda 100 manat dövlət rüsumu tələbkara ödənilməmişdir. Məhkəmə iclasında Şirvan şəhəri İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-267/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin nizamnaməsinin surətinin, "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin, "xxxx" ASC-nin 2020-2021-2022- 2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin, "xxxx" ASC-nin Emissiya prospektinin surətinin, "xxxx" ASC-nin 2020-2021-2022-2023-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin, "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illər ərzində köhnəlmiş, istehsala yararsız, maşın və avadanlıqların, texnikaların silinmə aktlarının surətlərinin, "xxxx" ASC-nin 26 aprel 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin, "xxxx" ASC-nin 26 aprel 2024-cü il tarixində növbədənkənar ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin, "xxxx" ASC-nin 30 avqust 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbəti ümumi yığıncağının protokolunun surətinin, "xxxx" ASC-nin 30 avqust 2024-cü il tarixində növbəti ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin, "xxxx" ASC-nin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi və mənsubiyyəti barədə məlumatın iddiaçı Zərərçəkmiş şəxs təqdim edilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Eyni zamanda ödənilmişl 100 manat dövlət rüsumu borcludan alınaraq tələbkara ödənilməlidir. Borcluya iş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmiş və səbəbləri barədə şöbəyə məlumat verilməmişdir. Bununla da borcu icra sənədinin icrasından yayınaraq ivcra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də, məhkəmədən borclu "xxxx" ASC barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmiş, buna görə də Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə "xxxx" ASC-yə bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə öncədən məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə görə hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə baxılmasının yeri və müddətinin "xxxx" ASC-yə vaxtında bildirilməsi barədə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmadığını nəzərə alaraq işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" ASC inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-267/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin nizamnaməsinin surətinin, "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin, "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin; "xxxx" ASC-nin Emissiya prospektinin surətinin, "xxxx" ASC-nin 2020-2021-2022-2023-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin, "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illər ərzində köhnəlmiş, istehsala yararsız, maşın və avadanlıqların, texnikaların silinmə aktlarının surətlərinin, "xxxx" ASC-nin 26 aprel 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin, "xxxx" ASC-nin 26 aprel 2024-cü il tarixində növbədənkənar ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin, "xxxx" ASC-nin 30 avqust 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbəti ümumi yığıncağının protokolunun surətinin, "xxxx" ASC-nin 30 avqust 2024-cü il tarixində növbəti ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin, "xxxx" ASC-nin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi və mənsubiyyəti barədə məlumatın iddiaçı Zərərçəkmiş şəxs təqdim edilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Eyni zamanda ödənilmişl 100 manat dövlət rüsumu borcludan alınaraq tələbkara ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-267/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə dair icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində icraata başlanılmış, borclu "xxxx" ASC icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" ASC hüquqi şəxs qismində İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq cərimə tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-556/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-556/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver