Məhkəmə qərarları › İş №3(032)-56/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-56/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-56/2025 31.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Yol Patrul Xidmətinin inzibati qrup polis mayoru X6 tərəfindən İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul-Muğan yolunda sürət həddi ilə 50 km/saat olan yerdə 62 km sürət həddində aşmışdır. Ona görə ona SMS radardan İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat cərimə gəlmişdir. Fikirləşmişdir ki, 10 manatlıq radarın vaxtına var ödəyər. xx.xx.2024-cü il tarixdə Oğuz rayonundan qaydarkən adını sonradan bildiyi Kürdəmir Post yəni Vİİ tağım Yol Patrul Xidmətinin isnpektoru polis baş seriantı X11 ona saxla işarəsi verdi o da idarə etdiyi ** GN *** dovlət nömrə nişanlı avtomobili saxlamışdır. Həmin şəxs ona yaxınlaşaraq özünü təqdim etdi, o da ona idarə etdiyi avtomobilin saxlama səbəbini soruşmuşdur. Ona bildirmişdir ki, sadəcə sənədləri yoxlamaq üçün avtomobilini saxlamışdır. Həmin vaxt sənədlərini, yəni surücüluk vəsiqəsini və texpasportu və şəxsiyyət vəsiqələrin təqdim etmişdir. Həmin vaxt şəxs onun sənədlərini yoxlayarkən ona bildirmişdir ki, “sənin sücücülük vəsiqəsinin vaxtı bitib”. Ona bildirmişdir ki, “mənim məlumatım yoxdur sürücülük vəsiqəsinin müddətindən, indi deyirsən bilirəm, amma cəriməsi nədir yaz ödəyərəm”. Polis əməkdaşı bildirdi ki, indi ona sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün 200 manat cərimə və sonra isə 400 manat cərimə gələcəkdir. Öz narazılığını bildirmişdir ki, qanuna əsasən 200 manat cərimə yaza bilər. Dərhal telfonunda olan SMS radar proqramına daxil olarakən görmüşdür ki, xx.xx.2024-cü il tarixdə ona yazılan EQ 24708153 saylı protokola əsasən 10 manatlıq cərimə və dərhal eyni kodla dəyişdirilərək 200 manat cəriməyə çevrilmişdir. Onlara narazılığını bildirmişdir ki, axı bu cərimə ona xx.xx.2024-cü il tarixində gəlməmişdi, əgər ona həmin tarixdə yəni xx.xx.2024-cü il tarixdə gəlmiş olsaydı o 200 manat cəriməni ödəyərdi və səbəbini araşdırardı və bilərdi ki, onun sürücüluk vəsiqəsinin müddəti bitib. Ona görə həm cəriməni həm də sürücülük vəsiqəsinii dəyişərdi. X11 ona bildirdi ki, “sənlik bir şey yoxdur yanlız Siz Bakı şəhərində yerləşən “Respublinakskiya 402 saylı otağa getməlisiniz və avtomobili onun əlindən almaq istəyəndə həmin polis əməkdaşına bildirmişdir ki, yanında əyləşən qohumu X12 var və onun sürücülük vəsiqəsi vardır, ona onlayn etibarnamə verə bilər, sizin ixtiyarınız yoxdur avtomoboli cərimə meydançasında saxlamağa. Həmin polis əməkdaşı ona bildirdi ki, get dərdini kimə deyirsən de avtomobil cərimə meydançasına getməlidir. Həmin vaxt dərhal DİNin 102-xidmətinə müraciyyətlər etmiş və heç bir nəticəsi olmamış və onun dalınca DİNin 902 xidmətinə müraciət etmiş heç bir xeyiri olmamış və təxminən 4-5 saat qaldıqdan sonra, avtobobili cərimə meydançasında saxladıqdan sonra avtobobildə olan əşyaları yığıb Şirvan şəhərində yerləşən evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə deyilən ünvana gedib 402-ci otağa yaxınlaşıb özünü polis əməkdaşına təqdim edib düşdüyü vəziyyəti onların nəzərinə çatdırmışdır. Yol Patrul Xidmətinin inzibati Qrup polis mayoru X6 ona bildirdi ki, sənin barəndə tərtib olunan 200 manat cəriməni və bundan başqa 400 manatıda ödəməlisən. Yol Patrul Xidmətinin inzibati Qrup polis mayoru X2 vasitəsi ilə araşdıraraq guya qanunsuz sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək qərarlar yazaraq 2700 manat cərimə edilmişdir. Onlara narazılığını bildirmişdir ki, məhkəməyə müraciət edəcəkdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X9 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi . Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X10 izahat verərək bildirdi ki, hər bir sürücü barəsində şəxsi məlumatlar sürücülük vəsiqəsində qeyd olunur. Hazırki iş üzrə sürücü sürət həddini aşdığından Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Lakin şəxs sürücülük hüququ olmadan avtomobili idarə etdikdə sistem avtomatik şəkildə həmin protokolu silir və sürücü barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə protokol tərtib olunur. Sistem heç bir insan faktoru olmadan avtomatlaşdırılmış şəkildə vətəndaş barəsində qərar qəbul edir. xx.xx.2024-cü il tarixdən etibarən X1 vəsiqənin etibarlılıq müddəti bitmişdir. Ondan sonrakı tarixə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan təkrar yol verdiyi inzibati xətalara uyğun olaraq barəsində protokollar tərtib olunmuşdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxsin nümayəndəsi gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli , EQ 24708153 saylı qərardan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə, saat 11:54:51 radələrində Hacıqabul-Muğan yolu Abduloğlu kafesinin yaxınlığı Muğan istiqamətində “Renault Megane” minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan (nömrəsi qeyd edilməmişdir) görünür ki, X9 xx.xx.2024cü il tarixdə, saat 11:54 radələrində Hacıqabul-Muğan yolu Abduloğlu kafesinin yaxınlığı Muğan istiqamətində “Renault Megane” minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.2-ci maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. YPX inzibati qrup polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 “Renault Megane” minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. YPX inzibati qrup polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X9 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 16:58 radələrində Bakı-Qazax yolu 262.2 km-də “Renault Megane” minik markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi halına yol verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlama barədə xx.xx.2024-cü il tarixli, ******* saylı qərardadın surətindən görünür ki, vətəndaş X9 xx.xx.2024-cü il tarixdə “Renault” markalı ** GN *** dövlət nömrə nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 185,5-ci km-də idarə edərkən dayandırılmış, yoxlama zamanı onun nəqliyyat vasitələrini idarə etmək hüququnun xx.xx.2024-cü il tarixdə başa çatdığı müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3cü maddəsi ilə inzibati protokol tərtib edilərək onun məsuliyyətə cəlb olunması təmin edilmişdir. Bununla yanaşı araşdırma Baş DYP İdarəsinin mərkəzi informasiya sisteminə baxış zamanı müəyyən olunmuşdur ki, sürücü Elşən Hacıyev nəqliyyat vasitəsini müxtəlif tarixlərdə hüquqsuz idarə etmişdir. Qeyd edilənlərə əsasən vətəndaş X9 barəsində inzibati araşdırılma başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 100.3 cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. 332.3-ci maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan və X9 tərəfindən məhkəməyə təqdim edilmiş EQ 24708153 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. X14 Məcəlləsində sözügedən inzibati xətanın törədilməsinə görə on manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə iclasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X10 tərəfindən X9 barəsində tərtib edilmiş həmin tarixli qərar məhkəməyə təqdim olunsa da, qərarın nömrəsi qeyd olunmamış və qərarda X3 Xətalar Məcəlləsinin 328.1-ci və 332.2-ci maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edildiyi qeyd edilmişdir. X4 İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmiş inzibati xətanı (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) törətməsi faktının xx.xx.2024-cü il tarixdə aşkar edilməsi barəsində icraat aparılan şəxsin izahatları və iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraata başlama barədə xx.xx.2024-cü il tarixli, ******* saylı qərardadın surətindən görünür ki, “vətəndaş X9 xx.xx.2024-cü il tarixdə “Renault” markalı ** GN *** dövlət nömrə nişanlı avtomobili Bakı-Qazax- Gürcüstan sərhədi yolunun 185,5-ci km-də idarə edərkən dayandırılmış, yoxlama zamanı onun nəqliyyat vasitələrini idarə etmək hüququnun xx.xx.2024-cü il tarixdə başa çatdığı müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək onun məsuliyyətə cəlb olunması təmin edilmişdir. Bununla yanaşı Baş DYP İdarəsinin mərkəzi informasiya sisteminə baxış zamanı müəyyən olunmuşdur ki, sürücü Elşən Hacıyev nəqliyyat vasitəsini müxtəlif tarixlərdə hüquqsuz idarə etmişdir”. Sözügedən qərardada əsasən müəyyən etmək olar ki, X9 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etməsi faktı xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə aşkar edilmiş, lakin xx.xx.2024-cü il tarixdən sonrakı tarixlərə həmin inzibati xətanın təkrar törədilməsi yeni inzibati xətanın, yəni İnzibati Xətalar Məcəlləsinin 332.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı əsas götürülərək barəsində xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş X8 çıxarışdan da görünür ki, şəxs bu barədə məlumatlı olduqdan sonra yəni xx.xx.2024cü il tarixdə 200 (iki yüz) manat məbləğində inzibati cəriməni ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.3-ci maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə əsaslanaraq inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulsa da, X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat sözüdən maddənin dizpozisiya şərtlərinə uyğun aparılmamışdır. Belə ki, iş materiallarından X9 barəsində qərar (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X10 tərəfindən təqdim edilmiş nömrəsi qeyd olunmayan) xx.xx.2024-cü il tarixdə tərtib edildiyi formal olaraq görünsə də, əslində barəsində icraat aparılan şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etməsi faktının xx.xx.2024-cü il tarixdə aşkar edildiyini inzibati xəta haqqında iş üzrə icraata başlama barədə xx.xx.2024-cü il tarixli, ******* saylı qərardaddan, şəxsin izahatlarından və məhkəmənin icraatına daxil olan oxşar 7 inzibati tənbeh vermə haqqında qərardan da görmək olur. Belə ki, X5 izahatlarından və məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, EQ 24708153 saylı qərarın surətindən müəyyən etmək olur ki, onun İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən inzibati məsuuliyyətə cəlb edilməsindən ümumiyyətlə məlumatı olmamışıdır. Belə olan halda X9 xx.xx.2024-cü il tarixdə sanki eyni vaxtda həm İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi, həm də 332.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş və ilk əməli törətməsini mübahisələndirmək imkanı belə olmamışdır. Bu halda isə əməlin təkrar törədilməsi faktını isə müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.[131] 125.2-ci maddəsinə sasən İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1-ci maddəsinə sasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2-ci maddəsinə sasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3-ci maddəsinə sasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə araşdırması zamanı şəxsin öz izahatından, iş materiallarından məlum olur ki, X9 onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən inzibati tənbeh verilməsi barədə qərar barədə səlahiyyətli orqan tərəfindən məlumatlandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman yol verilən nöqsanları nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, X5 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair YPX İnzibati qrup polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125, 128-135-ci maddərini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X9 barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar