Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-567/2025 10.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə , xx.xx.1975-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 30 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən borclu Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı, xx.xx.2022-ci il tarixli və Şirvan şəhər Məhkəməsinin 2(032)- 715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hər iki icra vərəqəsi üzrə pulu işləmədiyindən və maddi imkanı olmadığından tələbkarlar vaxtında ödəyə bilməmişdir. Həmçinin bildirdi ki, hazırda Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 500 manat ödəniş edilmişdir, bu halı nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı , xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borcdan bu vaxta qədər 100 manat ödəniş etmişdir. Borcun ödənilməsini tələb etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X5 məhkəmə bildirişi verilməsinə baxmyaraq, tələbkar məhkəmə iclasına gəlməmiş, məhkəmə inzibati xəta haqqında protokola onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X9 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı , xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2991 manat 59 qəpik məbləğində pulun alınaraq X6 verilməsi və Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2008-ci ildə anadan olmuş X7 və xx.xx.2010-cu ildə anadan olmuş X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər biri üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 verilməlidir. Borcluya “icraata başlamaq haqqında” qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilməsinə baxmayaraq icra sənədləri üzrə tələb icra edilməmişdir. Hazırda onun Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı , xx.xx.2022-ci il tarixli icra vərəqəsi borcu cəmi 2940 manat 59 qəpik, Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi borcu cəmi 2000 manat təşkil edir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi və Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin ümumi icraatda birləşdirilməsi barədə qərar qəbul edilmişdir. Borclu tərəfindən X4 hesabına xx.xx.2025-ci il tarixdə 500 manat məbləğində ödəniş edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı , xx.xx.2022-ci il tarixli icra sənədi üzrə və Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli iki icra vərəqəsinin ümumi icraatda birləşdirilməsinə dair qərardan görünür ki, Şəxs barəsində Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı , xx.xx.2022-ci il tarixli və və Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqələri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, icra sənədləri üzrə borcu maddi imkanı olmadığından ödəyə bilmir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, tələbkar X4 hesabına 500 manat ödəniş edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, Şəxs məhkəmə gedişatı dövründə zərərçəkmişə ödəniş etməsi, zərərçəkmiş şəxsin şikayətçi olmaması kimi halları nəzərə alaraq hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Bütün qeyd edilənlər isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. İXM-nın 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-nın 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-nın 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; İXM-nın 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı, xx.xx.2022-ci il tarixli və və Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-567/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-567/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver