Məhkəmə qərarları › İş №3(032)-57/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-57/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-57/2024 15.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Əsgərli Əfsanə Əmrah qızının katibliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X7, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Tərtib edilmiş inzibati protokola əsasən Rzayev X11 şəhər Məhkəməsinin 3(032)-408/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələbini müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 3(032)-408/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 1000 manat məbləğində pul alınaraq Dövlətin xeyrinə ödənilməsi qərara alınmışdır. Bu günədək borcundan ödəniş etməmişdir. Borcu ödəməkdən yayınmamış, maddi imkansızlığı səbəbindən borcu ödəyə bilməmişdir, ödəməyə maddi imkanı yoxdur, çünki işləmir, göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X10 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 3(032)-408/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1000 manat məbləğində pul alınaraq Dövlətin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Borclunun əmlkaına yerində baxış keçirilmiş, lakin borcun əvəzinə götürüləcək heç bir əmlak aşkar edilməmişdir. Borclu tərəfindən tələbin könüllü icrası barədə bildirişin rəsmi qəbul edilməsinə və xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə tələbi təmin etməmişdir. İş üzrə borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuş və icra sənədi üzrə olan borcunu ödəməsi tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs icra sənədi üzrə 1000 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 3(032)-403/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 1000 manat cərimə edilmişdir. İcraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 3(032)-403/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İcra şöbəsinə ünvanladığı izahatında Şəxs cəriməni ödəməkdən boyun qaçırmadığını, uşağının xəstə olmasını və heç yerə işləmədiyini bildirmiş, hər ay hissə-hissə ödəməyinə şərait yaradılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli aktın surətində borclu Şəxs qeydiyyatda olduğu ünvana gedildiyi və borcun əvəzinə götürülə biləcək heç bir əşyanın olmaması qeyd edilmişdir. Məhkəmə inzibati işlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İcra haqqında Qanunun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1-ci maddəsi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2-ci maddəsi tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3-ci maddəsi tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4-ci maddəsi icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5-ci maddəsi bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Göründüyü kimi, məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş müddətdə və müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi müəyyən edilərkən şəxs tərəfindən icra sənədinin icrasına münasibətdə törədilən hərəkətlərin məhz qərəzli və təqsirli olması əsası inzibati xətanın tərkibinin formalaşması üçün mütləqdir. Bundan başqa icra prosesini tənzimləyən qanunvericilik özlüyündə həyata keçirilməli olan məcburi icra hərəkətləri ilə yanaşı, onların həyata keçirilmə ardıcıllığını və real olaraq tətbiqini imperativ qaydada müəyyən etmişdir. Göstərilən məcburi icra hərəkətləri mərhələli şəkildə həyata keçirilməli və sonra artıq, yəni şəxsin icra sənədini qərəzli şəkildə icra etməməsinin təqsirliliyi aşkar edildiyi halda onun barəsində inzibati və ya cinayət məsuliyyəti müəyyən edilə bilər. Hazırki inzibati protokolun və ona əlavə edilmiş sənədlərin tədqiq zamanı isə müəyyən olunur ki, icraya nəzarəti həyata keçirən icra məmuru şəxs barəsində qeydiyyatda olduğu ünvanda olub buna dair akt tərtib etməklə və elektron sistemdən əmlak məlumatları əldə etməklə kifayətlənmiş, İcra haqqında Qanunda nəzərdə tutulan və həyata keçirilməsi vacib hesab olunan hərəkətləri tam şəkildə yerinə yetirməmiş, borclunun üçüncü şəxslərdə və ya bank, kredit təşkilatlarında ola biləcək pul vəsaitləri barəsində heç bir məlumat əldə etməmiş, həmçinin şəxsin icra sənədini qərəzli və təqsirli olaraq icra etməməsinə dair heç bir sübut və əsas gətirmədən birbaşa olaraq şəxsin inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbehin tədbiq edilməsi ilə əlaqədar protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə icra qurumunun tərtib etdiyi inzibati protokol və material üzrə yuxarıda sadalanan çatışmamazlıqlarla bərabər borclu Şəxs borcunu gələcəkdə ödəməkdən boyun qaçırmamasını, əməlinə tənqidi yanaşmasını, maddi vəziyyəti ilə əlaqədar ödəmələri həyata keçirmədiyini nəzərə alır və belə qənaətə gəlir ki, onun hərəkətlərində icra sənədini qərəzli olaraq yerinə yetirməməsi ilə əlaqədar inzibati xətanın tərkibi mövcud deyil və belə olan halda onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Səidə Məmmədova 3(032)-904/2023 İnzibati xəta haqqında məhkəmə iclasının protokolu 19 iyul 2023-cü il Şirvan şəhəri Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Şirvan şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara açıq məhkəmə iclasında baxılır. İclas saat 12:45-də başlandı. Hakim məhkəmə prosesi iştirakçılarının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclasının katibinə verir. Katib məlumat verərək bildirir ki, məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 gəlmişlər. Hakim məhkəməyə gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8: xx.xx.1982-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında yaşayan. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icra aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini elan edib, aydın olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8: Hüquq və vəzifələrim aydındır. Hüquqlarımı bildiyim üçün vəkilin hüquqi yardımından istifadə etmək istəmirəm. Ümumiyyətlə heç bir müdafiəçinin köməyinə ehtiyacım yoxdur, buna dair ərizəni məhkəməyə təqdim edirəm. Hakim məhkəməyə gəlmiş digər şəxslərin şəxsiyyətini müəyyən edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru işləyir. Sədrlik edən məhkəmənin tərkibini elan edir, iş üzrə icraatın iştirakçılarının hakimə və iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107,108 və 112.1.6-cı maddələrində nəzərdə tutulmuş əsasları izah edir. Sədrlik edən hakimə və iclas katibinə etiraz daxil olmadı. Hakim iş üzrə iştirak edən şəxsə vəsatətin olub-olmamasını müəyyənləşdirir. Vəsatət daxil olmur. Hakim inzibati xəta haqqında protokolu elan etdikdən sonra, işdə iştirak edən şəxslərin izahatını dinləyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatı: Şirvan şəhər Məhkəməsinin 2(032)-714/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən məndən 2880 manat məbləğində pul alınaraq tələbkar X9 verilməsi qət edilmişdir. Bu günədək borcundan 400 manat ödəniş etmişəm. Borcu ödəməkdən yayınmıram, axtarışda olduğum üçün və maddi imkansızlığım səbəbindən borcu ödəyə bilmirdim. Ödəməyə maddi imkanım yoxdur, çünki işləmirəm, göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hakimin s/c : - xeyr, əlilliyim və ya hansısa xəstəliyim yoxdur . - Borcu ödəməkdən yayınmıram. - Maddi imkansızlığım səbəbindən borcu ödəyə bilmirəm. - Borcumdan yayınmıram. Hakim inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verməyi təklif edir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatı : Şirvan şəhər Məhkəməsinin 2(032)-714/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X1ndan 2880 manat məbləğində pul alınaraq tələbkar X9 verilməsi qət edilmişdir. X1 tərəfindən bu günə kimi 400 manat tələbkara ödənilmiş, hazırda 2480 manat borcu qalmışdır. İcra sənədinin icrasının təmin olunması məqsədi ilə borclunun əmlak və gəliri barədə sorğular edilmiş və heç bir əmlak və gəliri aşkar edilməmişdir. Gülnar Vəliyeva şöbəyə dəvət olunmasına baxmayaraq o, gəlməkdən boyun qaçırmış və onun qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən olunmuşdur. Borclunun yaşayış yeri məlum olmadığı üçün xx.xx.2023cü il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün aidiyyəti üzrə polis orqanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Bununla da X8 icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Hakimin s/c: - Şirvan şəhər Məhkəməsinin 2(032)-714/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X1ndan 2880 manat məbləğində pul alınaraq tələbkar X9 verilməsi qət edilmişdir. - X1 tərəfindən bu günə kimi 400 manat tələbkara ödənilmiş, hazırda 2480 manat borcu qalmışdır. İcra sənədinin icrasının təmin olunması məqsədi ilə borclunun əmlak və gəliri barədə sorğular edilmiş və heç bir əmlak və gəliri aşkar edilməmişdir. Hakim əlavə sübutların olub-olmamasını müəyyənləşdirir. Əlavə sübut yoxdur. Hakim çıxış etmək üçün proses iştirakçılarına söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 çıxışı : mən icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini maddi imkanım olmadığından yerinə yetirə bilməmişəm. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 çıxışı: icra sənədi üzrə icra məmurunun tələbləri yetinə yetirilmədiyindən X8 barəsində inzibati tənbehin tətbiq edilməsini xahiş edirəm. Hakim inzibati xəta haqqında protokola əlavə edilmiş sübutları araşdırır. Hakim müşavirə otağına gedir,qayıdıb gəldikdən sonra inzibati xəta haqqında iş üzrə qərarı oxuyub elan edir və şikayət vermə müddətini izah edir. Məhkəmə iclası 19 iyul 2023-cü il tarixdə bağlı elan edildi. Hakim: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar