Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-57/2025 24.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 Yol Patrul Xidmətinin inzibati qrup polis mayoru X3 tərəfindən İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilmişdir. X4 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, barəsində Yol Patrul Xidmətinin inzibati qrup polis mayoru X3 tərəfindən İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul-Muğan yolunda sürət həddi ilə 50 km/saat olan yerdə 62 km sürət həddində aşmışdır. Ona görə ona SMS radardan İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat cərimə gəlmişdir. Fikirləşmişdir ki, 10 manatlıq radarın vaxtına var ödəyər. xx.xx.2024-cü il tarixdə Oğuz rayonundan qaydarkən adını sonradan bildiyi Kürdəmir Post yəni Vİİ tağım Yol Patrul Xidmətinin isnpektoru polis baş seriantı X5 ona saxla işarəsi verdi o da idarə etdiyi ** GN *** dovlət nömrə nişanlı avtomobili saxlamışdır. Həmin şəxs ona yaxınlaşaraq özünü təqdim etdi, o da ona idarə etdiyi avtomobilin saxlama səbəbini soruşmuşdur. Ona bildirmişdir ki, sadəcə sənədləri yoxlamaq üçün avtomobilini saxlamışdır. Həmin vaxt sənədlərini, yəni surücüluk vəsiqəsini və texpasportu və şəxsiyyət vəsiqələrin təqdim etmişdir. Həmin vaxt şəxs onun sənədlərini yoxlayarkən ona bildirmişdir ki, “sənin sücücülük vəsiqəsinin vaxtı bitib”. Ona bildirmişdir ki, “mənim məlumatım yoxdur sürücülük vəsiqəsinin müddətindən, indi deyirsən bilirəm, amma cəriməsi nədir yaz ödəyərəm”. Polis əməkdaşı bildirdi ki, indi ona sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün 200 manat cərimə və sonra isə 400 manat cərimə gələcəkdir. Öz narazılığını bildirmişdir ki, qanuna əsasən 200 manat cərimə yaza bilər. Dərhal telfonunda olan SMS radar proqramına daxil olarakən görmüşdür ki, xx.xx.2024-cü il tarixdə ona yazılan EQ 24708153 saylı protokola əsasən 10 manatlıq cərimə və dərhal eyni kodla dəyişdirilərək 200 manat cəriməyə çevrilmişdir. Onlara narazılığını bildirmişdir ki, axı bu cərimə ona xx.xx.2024-cü il tarixində gəlməmişdi, əgər ona həmin tarixdə yəni xx.xx.2024-cü il tarixdə gəlmiş olsaydı o 200 manat cəriməni ödəyərdi və səbəbini araşdırardı və bilərdi ki, onun sürücüluk vəsiqəsinin müddəti bitib. Ona görə həm cəriməni həm də sürücülük vəsiqəsinii dəyişərdi. X5 ona bildirdi ki, “sənlik bir şey yoxdur yanlız Siz Bakı şəhərində yerləşən “Respublinakskiya 402 saylı otağa getməlisiniz və avtomobili onun əlindən almaq istəyəndə həmin polis əməkdaşına bildirmişdir ki, yanında əyləşən qohumu X6 var və onun sürücülük vəsiqəsi vardır, ona onlayn etibarnamə verə bilər, sizin ixtiyarınız yoxdur avtomoboli cərimə meydançasında saxlamağa. Həmin polis əməkdaşı ona bildirdi ki, get dərdini kimə deyirsən de avtomobil cərimə meydançasına getməlidir. Həmin vaxt dərhal DİN-in 102-xidmətinə müraciyyətlər etmiş və heç bir nəticəsi olmamış və onun dalınca DİN-in 902 xidmətinə müraciət etmiş heç bir xeyiri olmamış və təxminən 4-5 saat qaldıqdan sonra, avtobobili cərimə meydançasında saxladıqdan sonra avtobobildə olan əşyaları yığıb Şirvan şəhərində yerləşən evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə deyilən ünvana gedib 402-ci otağa yaxınlaşıb özünü polis əməkdaşına təqdim edib düşdüyü vəziyyəti onların nəzərinə çatdırmışdır. Yol Patrul Xidmətinin inzibati Qrup polis mayoru X3 ona bildirdi ki, sənin barəndə tərtib olunan 200 manat cəriməni və bundan başqa 400 manatıda ödəməlisən. Yol Patrul Xidmətinin inzibati Qrup polis mayoru X1 vasitəsi ilə araşdıraraq guya qanunsuz sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixdədək qərarlar yazaraq 2700 manat cərimə edilmişdir. Onlara narazılığını bildirmişdir ki, məhkəməyə müraciət edəcəkdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyini, bu səbəbdən də hazırda həmin şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi və bu barədə ərizə təqdim etdi. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayəti araşdırıb, şikayət vermiş X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını bildirməklə şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yol Patrul Xidmətinin inzibati qrup polis mayoru X3 tərəfindən İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-57/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-57/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver