Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-581/2025 12.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1, Qərarından şikayət verilən Şirvan şəhəri, DYPB-nin YPX-nin inspektoru polis sejantı X2 iştirakı ilə, X1 barəsində Şirvan şəhəri DYPB-nin YPX-nin inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş 23 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində YPX-nin inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş 23 may 2025-ci il tarixli, TP ******* nömrəli nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2025-ci il tarixində etibarnamə ilə idarə etdiyi ** CX *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik avtomobilini idarə edərkən Şirvan şəhərində “Təcili Tibbi yardım yolu” deyilən ərazidən Köhnə bazara tərəf, yəni sağ istiqamətinə dəmir yolu xəttinə tərəfə maşın ilə hərəkətdə olub dönərkən, yol boş olarkən yolda onun idarə etdiyi avtomobildən başqa hər hansı avtonəqliyyat vasitəsi və ya piyada olmadığı halda ** YP *** nömrəli YPX-i avtomobilində xidmət aparan X4 onun avtomobilini saxlayıb ona sağa dönərkən yolun sağ hissəsində 2.5 dayanmadan keçmək qadağandır “Stop” nişanının tələblərini pozduğunu bildirmiş, o da buna etirazını bildirmişdir ki, onun qeyd etdiyi yerdə “Stop” nişanı yoxdur, olsa belə göz ilə görünmür. Aralarında olan mübahisədən sonra ona demişdir ki, tələsir, onsuzda protokola qol çəkməyəcəkdir, yazdığı protokoldan məhkəməyə müraciət edəcəkdir. O da öz növbəsində bu onun hüququnun olduğunu bildirmişdir. Daha sonra inspektorun razılığı ilə tələsdiyi üçün hadisə yerini tərk etmiş və ona bildirmişdir ki, protokolu yaşadığı ünvana göndərsin. Həmin günü işlərini yekunlaşdırdıqdan sonra ona protokol tərtib olunan əraziyə gedib YPX inspektorunun ona irad tutaraq guya ki, pozduğu “Stop” nişanının şəkillərini və videoçəkilişini telefonu ilə qeydə almışdır. Ərazidə şəkillərdən də aydın görünür ki, “Stop” nişanı ağacın arxasındadır, göz ilə görünməsi mümkün deyil. Ertəsi günü Şirvan şəhəri Polis İdarəsindən qərarı gedib özü götürmüşdür ki, protokoldan şikayət etdi, lakin orda ona tərtib edilmiş protokolda TP ******* nömərli baxarkən görmüşdür ki, ona protokol “Stop” nişanının tələbi ilə deyil, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə tətbiq edilmişdr. Halbuki yolu dönərkən yolda heç bir avtonəqliyyat vasitəsi və ya piyada olmamışdır. “Stop” işarəsi də tut ağacının arxasındadır, göz ilə görmək qeyri-mümkündür. İlk növbədə şikayəti TP ******* nömrəli qərardandır və ən əsası qol çəkmədiyi protokolun, yəni onun imzası olmadan protokolun “Qərarlı” qanuni qüvvəyə minməsidir ki, bu da YPX serjantı Babayev Toğrulun xidməti vəzifəsini yerinə yetirərkən ciddi nöqsanıdır. O, yerində etiraz edib protokola imza atmamış, imzalamadığı protokol necə qanuni qüvvəyə minir. Həmçinin qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında, yəni protokol tərtib olunan ərazinin şəkillərini və videosunu çəkdikdən sonra Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək, ona tətbiq edilən protokoldan və inspektordan şikayət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət edilən Şirvan şəhər Polis şöbəsinin DYPB-nin baş inspektoru, polis baş serjantı X4 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, xidmətdə olarkən X3 22 may 2025-ci il tarixdə, saat 10:25 radələrində idarə etdiyi «Opel Astra» minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Şirvan şəhərində “Təcili Tibbi yardım yolu” deyilən ərazidən Köhnə bazara tərəf, yəni sağ istiqamətinə dəmir yolu xəttinə tərəf hərəkət edərkən «Stop» nişanın tələblərinə riayət etmədən hərəkətini davam etdirmiş, buna görə də Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 22 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 23 may 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştitak edən şəxslərin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 «Opel Astra» minik markalı ** CX *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında Şirvan ŞPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər DYP-nə məxsus xüsusi təyinatlı avtomobilə quraşdırılmış videoqeydiyyatçıdan götürülmüş görüntülərdir. Görüntü günün işıqlı vaxtı qeydiyyata alınmışdır. Belə ki, etdiyi «Opel Astra» minik markalı ** CX *** dövlət nömrə nişanlı avtomobil nizamlanan yol ayrıcına daxil olur, həmin vaxt o, yol ayrıcında quraşdırılmış “Stop” nişanının tələblərinə riayət etmədən, yəni dayanmadan keçməməli olduğu halda, hərəkətini davam etdirmişdir. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş 23 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis İdarəsinin Dövlət X8 göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Şirvan şəhəri,DYPB-nin YPX-nin inspektoru polis sejantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-581/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-581/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver