Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-582/2025 02.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və vəkili X7, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Rusiya Federativ Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında müvəqqəti olaraq yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: 07 aprel 2025-ci il tarixdə X1 Aygün İnqilab qızını döyməsinə görə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında izahatında bildirdi ki, mərhum valideyni Ərǝstun Şəmədova məxsus ünvan 2 ünvanı hazırda qardaşı NizamiŞamedova və ona məxsusdur. Həmin ünvanda mərhum qardaşı Nüsrətin ailə üzvləri yaşayır. Aralarında həmin ünvanın kimə məxsusluğu barədə Şirvan İnzibati Məhkəməsində icraata baxılmışdır. xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində həmin ünvan 5 ünvanının qarajı ona məxsus olduğundan avtomobili qaraja salmaq istəmiş, bu vaxt evdə mərhum qardaşı Nüsrətin arvadı Gövhər və gəlini Aygün olmuşdur. Hər ikisi evdə onu görən kimi nalayiq sözlərlə söyüb, təhqir etməyə başlamışlar. O, hər ikisindən sakit olmalarını xahiş etmiş, lakin onlar öz söyüşlərini davam etmişlər. Sonra guya onlara xəsarət yetirməsi ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişlər. O, Gövhərə və Aygünə heç bir xəsarət yetirməmiş, onlar əksinə onu söyüb, təhqir etmişlər. Onun barəsində verilən şikayət tamamilə əsassız, şər və böhtan olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, yaşadığı ünvan 6 ünvanı mərhum qaynatası Nüsrətə məxsusdur. Nüsrət rəhmətə getdikdən sonra isə evdə ailəlikcə yaşamağa başlamışlar. Əri Fikrətin əmisi Arif isə evi onlardan almaq üçün müxtəlif yollara ǝl atmışdır. Hətta uzun illər ev məsələsi ilə bağlı Şirvan Şəhər Məhkəməsində proseslər keçirilmişdir. 07 aprel 2025-ci il tarixində, saat 17 radələrində Arif yaşadığı ünvana tǝk gəlmiş, həyətə daxil olaraq, ona və qaynanası Gövhərə evi tərk etmələrini bildirmiş, o, vǝ Gövhər də, Arifin bu tələbinə haqlı olaraq etiraz etmişlər. Bu vaxt Arif evin həyətyanı sahəsində onların üzərinə gələrək, qaynanası Gövhəri əlləri ilə vurmaq istəmiş, bu vaxt o hər ikisinin ortasına daxil olmuş, Arif onun sol qulaq nahiyəsinə sillə ilə zərbə vurmuşdur. Arif daha sonra onlardan uzaqlaşmış və kənarda dayanmışdır. Əri Fikrətə bu barədə zəng vuraraq, məlumat vermiş və Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək, döyülməsi barədə müraciət etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin ifadələrini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X4 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X11 08 aprel 2024-cü il tarixli, 181 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarətlər – sol qulaq seyvanının arxa səthində qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcələri təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, , onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və mübahisənin şəxsi və ailə münasibətləri zəmnində olduğunu iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli üzrə tətbiq ediləcək inzibati tənbeh onun törətdiyi xətanın xarakterinə, şəxsiyyətinə, təqsirinin dərəcəsinə, habelə cəmiyyət üçün törətdiyi ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Bu baxımdan, X4 yaşının 65-dən yuxarı olmasını, mübahisənin şəxsi münasibətlərdən əmələ gəlməsini nəzərə alıb ona münasibətdə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiqi ədalətli, qanuni və əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-582/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-582/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver