Məhkəmə qərarları › İş №3(032)-585/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-585/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-585/2023 04.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə xx.xx.1973-cü ildə Şirvan şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi polis kapitanı X1 tərəfindən tərtib edilmiş 03 may 2023-cü il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs 03 may 2023-cü il tarixdə saat 18:50 radələrində şəhərin Xəqani küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, qohumu Anar Əliyev barəsində açılan cinayət işi üzrə axtarışdadır. Polis əməkdaşları onun evinə gələrək onu və ailəsini narahat etmiş, evə baxış keçirmələrini, axtarışda olan şəxsin onun evində gizləndiyini bildirmişlər, evə baxış keçiriləndən sonra həmin şəxsin onun evində olmadığını görmüşlər, lakin onlarla birlikdə Polis Şöbəsinə getməsini bildirmişlər, o isə öz növbəsində heç bir etiraz etməyərək onlarla getmişdir. Həmi vaxt evində arvadı və 6 aylıq uşağı olmuşdur. Heç bir günahı omamasına baxmayaraq, onu polis bölməsində iki gecə saxlamışlar. Qohumu Anarın yerini bilsə təbii ki, polis əməkdaşlarına deyərdi. Polis əməkdaşları onun saxlanmasını rəsmiləşdirmək üçün yalandan Xəqani küçəsində səs-küy saldığını bildirmişlər, saxlanılan zaman heç bir polis əməkdaşına tabesizlik göstərməmiş, itaətsizlik etməmiş, həmçinin ictimai qaydanı pozmamışdır. Sadəcə olaraq polis əməkdaşlarına Anarın onun evində gizlənmədiyini demiş, onu hansı səbəbdən narahat etmələri barədə iradını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin CAB-ın Axtarış Üzrə baş əməliyyat müvəkkili polis kapitanı X2 bildirdi ki, Anar Əliyev barəsində açılan cinayət işi üzrə axtarışdadır, daxil olmuş əməliyyat məlumatında əsasən onun qohumlarının birinin evində gizlənməsi bildirilmişdir. Bu səbəbdən də Şəxs evinə yollanıb, evində axtarış aparmaq istəmişlər, lakin sonuncu ona evdə arvadının və azyaşlı uşağının olmasını, bu səbəbdən də onları evə buraxmaq istəmədiyini bildirmişdir. Hüseynovu polis bölməsinə dəvət edib, polisə müqavimət göstərməsi barədə protokol tərtib etmişlər. Şahid məhkəmədən fərqli olaraq inzibati protokol tərtib edilərkən isə ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:50 radələrində Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4 ilə birlikdə Şirvan şəhəri, Xəqani küçəsində xidmətdə olarkən 1 nəfər şəxs ucadan səs-küy salmış, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Həmin şəxsə yaxınlaşmış, özünü təqdim etmiş və onu nizam intizama dəvət etmişdir. Lakin həmin şəxs onun qanuni tələbinə tabe olmamış, ona nalayiq ifadələr işlətmiş və tabesizlik göstərməyə davam etmişdir. Həmin şəxsi Şirvan şəhər Polis Şöbəsinə gətirmiş, NH-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Şirvan şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenantı X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Anar Əliyev barəsində açılan cinayət işi üzrə axtarışdadır, daxil olmuş əməliyyat məlumatında əsasən onun qohumlarının birinin evində gizlənməsi bildirilmişdir. Bu səbəbdən də Şəxs evinə yollanıb, evində axtarış aparmaq istəmişlər, lakin sonuncu ona evdə arvadının və azyaşlı uşağının olmasını, bu səbəbdən də onları evə buraxmaq istəmədiyini bildirmişdir. Hüseynovu polis bölməsinə dəvət edib, polisə müqavimət göstərməsi barədə protokol tərtib etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 03 may 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs 03 may 2023-cü il tarixdə saat 18:50 radələrində şəhərin Xəqani küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis Şöbəsinin CAB-ın Axtarış Üzrə baş əməliyyat müvəkkili polis kapitanı X2 tərəfindən tərtib edilmiş raporta əsasən xx.xx.2023-cü il tarixdə, saat 17:50 radələrində Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4 ilə birlikdə Şirvan şəhəri, Xəqani küçəsində xidmətdə olarkən 1 nəfər şəxsin ucadan səs-küy salmış, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Həmin şəxsə yaxınlaşmış, özünü təqdim etmiş və onu nizam intizama dəvət etmişdir. Lakin həmin şəxs onun qanuni tələbinə tabe olmamış, ona nalayiq ifadələr işlətmiş və tabesizlik göstərməyə davam etmişdir. Həmin şəxsi Şirvan şəhər PŞnə gətirmiş, NH-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2023cü il tarixində, saat 17:35-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 17:15-də azad edilmiş və bu barədə Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi polis kapitanı X1 tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi polis işçisi və ya hərbi qulluqçusu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən irəli sürdüyü qanuni tələblərə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləri, zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən və ictimai qaydanı pozan hərəkətlər isə xırda xuliqanlıq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 510-cu maddəsi ilə qiymətləndirilir. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə polis qurumunun şəxsin inzabati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tərtib etdiyi protokol və ona əlavə edilmiş sənədlərdə, həmçinin şahidlərin ifadələrində kifayət qədər ziddiyyətlərin mövcudluğunu diqqətdən qaçırmır. Belə ki, tərtib edilmiş protokolda şəxsin ictimai qaydanı pozaraq səs-küy salması qeyd olunsa da, onun əməli polisə müqavimət kimi tövsif edilir. Bundan əlavə raportda şahidlər şəxsin küçədə səs-küy salaraq onlara müqavimət göstərməsini bildirsələr də, məhkəmədə ifadələrində axtarışda olan şəxsin yerinin müəyyən edilməsi zamanı Hüseynovun onlara müqavimət göstərmələrini qeyd etmişlər. Şəxs isə polisə sadəcə olaraq qohumunun yerini bilmədiyini və onu narahat etməmələri barədə iradını bildirmişdir. İşin faktiki hallarından da məlum olduğu kimi Şəxs polisə hər hansı tabesizlik göstərməmiş, onların tələbi ilə polis şöbəsinə getmiş, izahat vermişdir, onun küçədə səs-küy salaraq polislərə tabesizlik göstərməsi isə ziddiyyətli şəkildə tərtib edilmiş inzibati protokolun və şahid ifadələrinin özü ilə də təkzib olunur. Bütün şübhəli və ziddiyyətli məqamların şəxsin xeyrinə həll olunduğu halda isə Şəxs hərəkətləri polisə tabesizlik kimi qiymətləndirilə və o, təqsirli olmasını təsdiq edən heç bir tutarlı səbəb olmadığından inzibati qaydada məsuliyyətə cəlb edilərək tənbeh edilə bilməz. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar